Noyabrın 5-də Şərur rayon Xanlıqlar kənd sakini, müharibə veteranı Abbas Abbasovun 90 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib.
Tədbirdə iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Vurğulanıb ki, müharibə veteranlarının sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Onlar minik avtomobilləri, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunur, sanatoriya və pansionatlara müalicəyə göndərilir, hər ay müharibə veteranlarına Prezident təqaüdü ödənilir, habelə yaşayış yerlərində abadlıq işləri aparılır.
Abbas Abbasov müharibə veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti