22 Dekabr 2024, Bazar

Bəşəriyyəti narahat edən başlıca sosial problemlərdən biri də yoxsulluqdur. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Mübarizə Günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda sosial-iqtisadi inkişafı təmin etmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Lakin müstəqilliyimizin ilk illərində ölkədə tüğyan edən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuş və ölkədə yoxsulluğun səviyyəsi artmışdır. 1993-cü ildə ümummilli liderimizin ölkə rəhbərliyinə qayıdışından sonra qısa zaman ərzində ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud gerilik aradan qaldırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Ötən dövrdə əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahəni əhatə edən mühüm dövlət proqramları qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” bu mənada xüsusi əhəmiyyət daşımışdır. Dövlət proqramının icrası əhalinin sosial müdafiəsini gücləndirmiş, yoxsulluğun səviyyəsi önəmli dərəcədə azalmışdır.

Bu gün ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən mühüm addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda iqtisadi və sosial sahədə müşahidə olunan müsbət meyillərin, o cümlədən yoxsulluğun səviyyəsinin azaldılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu sahədə tədbirlərin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət proqramının icrası, habelə ölkə başçısının müvafiq fərman və sərəncamları ilə ölkədə sabit və etibarlı iqtisadi artıma nail olunmuş, əməkhaqlarının, pensiya və müavinətlərin məbləğinin artırılması, yeni təqaüdlərin təsis edilməsi yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmış, əhalinin gəlirlərinin artmasına və rifahının yüksəlməsinə səbəb olmuşdur.
Son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən davamlı islahatlar iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir. Görülən tədbirlər nəticəsində əhalinin həyat səviyyəsi yaxşılaşmış, o cümlədən aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsi güclənmişdir. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 2005-ci il 9 iyun tаriхli Sərəncаmı ilə təsdiq edilən “Nахçıvаn Muхtаr Rеspublikаsının Rеgiоnаl İnkişаf Prоqrаmı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tаriхli Fərmanı ilə təsdiq edilən “Nахçıvаn Muхtаr Rеspublikаsının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası makroiqtisadi sabitliyi qoruyub saxlamış, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Qeyd olunanlar son 10 il ərzində sosial-iqtisadi inkişafı xarakterizə edən makroiqtisadi göstəricilərdə özünü aydın şəkildə büruzə verir. Belə ki, qeyd olunan dövrdə ümumi daxili məhsulun həcmi 7,8 dəfə, sənaye məhsulları istehsalı 21,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 dəfə, əsas kapitala investisiya qoyuluşu 7,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 5,1 dəfə artmışdır.
Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş ”Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, insan kapitalının inkişafına yeni imkanlar yaratmışdır.
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yeni iş yerləri açılır. Bütün yaşayış məntəqələrində, o cümlədən kəndlərdə yeni sənaye və sosial obyektlər istifadəyə verilir, sahibkarlıq fəaliyyəti dəstəklənir, fərdi təsərrüfatların genişləndirilməsi üçün güzəştli kreditlər verilir. Bütün bunlar yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 10 ildə muxtar respublikada 54 min 825 yeni iş yeri açılmış, əhalinin məşğulluq səviyyəsi daha da yüksəldilmişdir.
Əhalinin səmərəli məşğulluğunun inkişafına yönələn tədbirlər bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun formalaşmasına, həmçinin sosial cəhətdən həssas qrupların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsinə əsaslı zəmin yaradıb. Hər il kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları keçirilir, əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsi, işaxtaran vətəndaşların, o cümlədən gənclərin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.
Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, Аzərbаycаn Rеspublikаsının suvеrеnliyi və ərаzi bütövlüyü uğrundа, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvində iştirak edərək sağlamlığını itirən və 1941-1945-ci illər müharibəsi əlillərinə, ümumilikdə, 448 minik аvtоmоbili vеrilmiş, 191 əlil və şəhid аiləsi mənzil və fərdi yаşаyış еvləri ilə təmin olunmuşdur. Ötən dövrdə məhdud fiziki imkanlı şəxslərin sosial reabilitasiyası da diqqət mərkəzində saxlanılmış, 4695 nəfər müxtəlif texniki-bərpa vasitələri ilə təmin olunmuş, 2808 nəfərə protez-ortopedik xidmət göstərilmiş, bu kateqoriyadan olan 2205 nəfər respublikamızın müxtəlif sanatoriya və pansionatlarına göndərilmişdir. Həmçinin sosial təminat sahəsində aparılan islahatların davamı olaraq aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənilir.

Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını təmin edir. Bütün bunlar nəticə etibarilə əhalinin sosial rifah halının yüksəlməsini bundan sonra da təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR