22 Dekabr 2024, Bazar

1941-1945-ci illər müharibəsində muxtar respublikamızdan da cəbhəyə yollanan oğul və qızlarımız tarixi qələbənin qazanılmasında yaxından iştirak ediblər. Muxtar respublikada müharibənin ağır və çətin sınaqlarından keçən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, 1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileyləri keçirilir.
Növbəti görüş mayın 7-də Culfa rayon Yaycı kənd sakini, 90 yaşlı Hüseyn Məmmədovla olub. Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.

Ardını oxu...

1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, mərdliyini nümayiş etdiriblər. Bu müharibədə ön cəbhədə xüsusi fəallıq göstərən, fiziki sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz biz nəslin qürur və iftixar mənbəyidir.
Dövlətimiz bu insanlara daim yüksək qayğı göstərir: müharibə veteranlarının sosial müdafiəsi ilbəil gücləndirilir, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür.
Muxtar respublikamızda da 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçən veteranlara xüsusi diqqət və qayğı göstərilir. 1941-1945-ci illər müharibəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə 9 May – Qələbə Günü münasibətilə Xatirə kompleksinin ziyarət edilməsi, 1941-1945-ci illər müharibəsində sağlamlığını itirən 121 nəfərə pulsuz minik maşınının verilməsi, 51 nəfər müharibə əlili və müharibə iştirakçısına hər ay Prezident təqaüdünün ödənilməsi, onların respublikanın sanatoriya və pansionatlarında müalicəyə göndərilmələri, ehtiyacı olanların texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunmaları, həmçinin yaşayış yerlərində abadlıq işlərinin aparılması bu diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Beynəlxalq ictimaiyyətin diqqətini əlillərin hüquqlarının qorunmasına cəlb etmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən mayın 5-i dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. 

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əlillərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində olub və bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Ulu öndərin rəhbərliyi ilə hazır­lanan Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı, o cümlədən xəstəliyə, əlilliyə, işsizliyə, ailə başçısını və əmək qabiliyyətini itirməyə və qanunla nəzərdə tutulan digər hallara görə bu kateqoriyalardan olan insanların sosial təminat hüququna malik olduğu təsbit edi­lib. 1998-ci il 18 iyun tarixdə “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən diqqətin ifadəsi olub, əlillərin hüquqlarının müda­fiəsində mühüm əhəmiyyət kəsb etməkdədir.

Ardını oxu...

Yeni təhsil islahatının həyata keçirilməsində qarşıya çıxan problemlərin uğurla həlli məqsədilə Naxçıvan Müəllimlər İnstitutu Təhsil Nazirliyi ilə birlikdə muxtar respublikanın ümumtəhsil məktəblərində müxtəlifməzmunlu silsilə tədbirlərin ke­çirilməsini davam etdirir.
Növbəti belə tədbir Şərur rayon Çərçiboğan kənd tam orta məktəbində “Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları” mövzusunda keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq Abbasov son illər rayonda keçirilən belə tədbirlərin əhəmiyyətindən, yeni təhsil islahatının qarşıya qoyduğu vəzifələrin həllində Müəllimlər İnstitutunun köməyindən danışıb.
Məktəb direktorunun sözlərinə görə, ötən illər ərzində yeni tələblərin tətbiqi işdə ciddi dönüşün yaranmasına, müəllim-şagird münasibətlərinin yeni təməllər üzərində qurulmasına zəmin yaradıb. Bugünkü tədbir də pedaqoji işin səmərəli təşkilinə öz töhfəsini verəcəkdir.

Ardını oxu...

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiyası daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 aprel-1 may tarixlərində bu kateqoriyadan olan şəxslərə növbəti səyyar xidmət göstərilib. Belə ki, tibbi-texniki heyət məhdud fiziki imkanlı 80 şəxsin, o cümlədən 11 ahılın və sağlamlıq imkanları məhdud 4 uşağın evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 14 nəfərdən protez və ortez sifarişləri qəbul edilib, 3 nəfərin protezləri təmir edilib, 14 nəfər protez-ortopediya məmulatları ilə, eyni zamanda 49 nəfər texniki-bərpa vasitələrilə, o cümlədən 12 nəfər əlil arabası, 6 nəfər eşitmə aparatı, 31 nəfər isə müxtəlif növ əsalarla təmin olunub.
Cari ildə, ümumilikdə, 156 məhdud fiziki imkanlı şəxsə səyyar xidmət göstərilib.

Xəbərlər şöbəsi

“Milli dəyərlərə bağlılıq vətənpərvərlik hislərini gücləndirir, insanın əsl vətəndaş kimi tərbiyəsində birbaşa rol oynayır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, onun tarixi, milli və mədəni dəyərləri üçün qürur hissi keçirməkdən və müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Milli dəyərlərimiz insana kiçik yaşlarından aşılanmalıdır”. 

Bu fikirlər Babək qəsəbə tam orta məktəbində “Milli dəyərlər və uşaqlar” mövzusunda keçirilən seminarda səsləndirilib.
Şagirdlərlə yanaşı, məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və valideynlərin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Eltun Həziyev açaraq belə seminarların keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, məktəb insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynayır. Bu mənada milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olmaları ilə bərabər, onların milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmalarına da ciddi yanaşılmalıdır.

Ardını oxu...

Culfa Rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiya Bənəniyar kənd tam orta məktəbində “Müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Allahverdi Qasımov qeyd edib ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkəmizin zəngin mədəni, mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflilik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfensiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.

Ardını oxu...

Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının və təşkilatın Qadınlar Şurasının üzvləri Naxçıvan şəhərində yerləşən Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olublar.
YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin deputatları Yazgül Rzayeva, İlhamə Mustafayeva, Aidə Allahverdiyeva, Ülviyyə Həmzəyeva və digərləri burada dövlətin qayğı və himayəsində olan məhdud fiziki imkanlı uşaqlarla görüşərək onlara hədiyyələr və oyuncaqlar təqdim ediblər.
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olan uşaqlar tədbirə dəvət olunmuş həkimlər briqadası tərəfindən növbəti dəfə müayinədən keçirilib, mütəxəssislər tərəfindən valideynlərə müvafiq məsləhətlər və tövsiyələr verilib.

Ardını oxu...

Daşınmaz əmlak hər bir insanın normal yaşaması üçün həyativacib tələbat sayılır. Daşınmaz əmlakı gözlənilməz bədbəxt hadisələrdən qoruyub saxlamaq sığortanın əsas vəzifəsi olmaqla vətəndaşların sosial müdafiəsinin ən mühüm istiqamətlərindən biridir.
Vətəndaşlara məxsus daşınmaz əmlak yaşayış üçün vacib olan tikililərdir. Bunlar icbari qaydada sığorta olunurlar. Sığorta isə insanların mənafelərinin zəmanət altına alınması üçün mövcud olan mühüm vasitə, hamı üçün faydalı olan bir yoldur. Sığorta dövlət və əhali arasında etibarlı əməkdaşlığın qurulması baxımından olduqca ­əhəmiyyətlidir.
Hazırda ölkəmizdə və muxtar respublikamızda vətəndaşlara məxsus yaşayış evləri, binalar, mənzillər, ümumən, daşınmaz əmlak, bir qayda olaraq, icbari sığorta olunur. Burada məqsəd sığorta hadisələri baş verdiyi zaman daşınmaz əmla­kın məhv olması və yaxud hər hansı formada zərər görməsi ilə əlaqədar vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsidir.

Ardını oxu...

Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində milyonlarla insan xəsarət alır. Bütün bunlar isə əməyin mühafizəsi məsələsini aktuallaşdırır. Cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunmuşdur.

Ölkəmizdə əməyin mühafizəsi və təhlükəsiz iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. İnsanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradan problemlərin qarşısının vaxtında alınması və əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra əmək qanunvericiliyi sahəsində islahatlar aparılmış, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işçilərin hüquqlarının müdafiəsinə davamlı diqqət və qayğısı bu sahədə aparılan siyasətin daha da genişlənməsinə şərait yaratmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində əmək yarmarkalarının təşkili aktiv məşğulluq tədbirlərindən sayılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən bu tədbirlərdə məşğulluq xidməti orqanları tərəfindən vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, habelə işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik göstərilir, işəgötürənlərlə işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyəti təşkil edilir.
Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2015-ci ilin aprel ayında muxtar respublikada keçirilmiş əmək yarmarkalarına 177 müəssisədən 1702 boş iş yeri çıxarılıb, 332 nəfər işlə təmin olunub. İşlə təmin olunanlardan 121 nəfərini gənc­lər təşkil edib. Kvota üzrə işlə təmin olunanların sayı isə 10 nəfər olub.

Xəbərlər şöbəsi

Günəş batır. Yavaş-yavaş qürub edir parlaq şəfəqlər. Gündüzlərin nazlı xanımı itir tutqun üfüqlərdə. Axşam düşür. Hava qaralır. Gecələrin sultanı olan Ay görünür buludların arasında. Ulduzları çağırır səmanın dərinliklərindən. Mavi kəhkəşan səssiz-səmirsiz təslim olur qaranlığa. Gecə başlayır, qaranlıq səssizcə yatmış şəhərin gözəlliklərinə süzülür. Aramla danışır, söhbətləşir oyaq sirdaşlarıyla. Şairlərin qələminə toxunur, rəssamların fırçasına. Bəzən də kövrək duyğu olub köçür pianonun dillərinə – hey danışır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib.
Naxçıvan şəhərindəki Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş verən və böyük fəlakətlərə səbəb olan texnoloji qəzanın nəticələrinin aradan qaldırılması işlərində muxtar respublikanın 500 nəfərə yaxın sakini də iştirak edib.
Qeyd olunub ki, ölkəmizdə Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak edən və həmin qəza nəticəsində zərərçəkən şəxslər daim dövlətimizin himayəsindədirlər. Onların statusu və sosial müdafiəsini tənzimləyən müvafiq normativ-hüquqi aktlar qəbul olunub.
Muxtar respublikada bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin təmin olunması, o cümlədən müalicələrinin təşkili, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, həmçinin onlara nəqliyyat və texniki-bərpa vasitələrinin verilməsi istiqamətində xeyli tədbirlər görülüb.

Ardını oxu...

Muxtar respublikada əməyin mühafizəsi, təhlükəsiz iş yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına, tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təchiz olunmalarına, onların texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılmasına nəzarətin artırılması barədə aidiyyəti orqanlara tapşırıqların verilməsi insan amilinə göstərilən davamlı qayğının ifadəsidir.
Muxtar respublikada işçilərin sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsinin təşkilinin, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin nəticəsidir ki, əməyin mühafizəsi sahəsində müsbət göstəricilər ilbəil artır.

Ardını oxu...

Aprelin 23-də Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Nehrəm kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin ətraf mühitin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Babək rayon prokuroru, ədliyyə müşaviri Əsrafil Əsgərov “Təbii qazın, elektrik və istilik enerjisinin talanması iqtisadiyyatımıza zərbədir” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.

Ardını oxu...

Əmək yarmarkaları işaxtaran vətəndaşların müvafiq işlə təmin olunmaları sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri hesab olunur.
Belə yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən genişmiqyaslı təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.

Ardını oxu...

Dünən Şərur rayonunda Şərur Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə cari ilin ilk əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açaraq bildirib ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunmaları sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır.

Ardını oxu...

Muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədlərindən biri də ailələrin rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün regionda yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin edilib, insanların gəlirləri artırılıb. İqtisadi layihələrdən əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib, nəticə olaraq, əhalinin sosial müdafiəsi daha da gücləndirilib.
Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi həmin ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi daşıyır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Qışlaqabbas kəndində yaşayan Məmmədovlar ailəsinə baş çəkilib. Sözügedən təşkilatın əməkdaşları ailənin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib.
Sonda ailənin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

İnsanı yer üzünün əşrəfi qılan yüksək mənəvi keyfiyyətlərdən biri də “xeyirxahlıq” adlı anlayışın əməldə təzahürüdür. Bu keyfiyyətə qədər insan kiçik yaşlarından müəyyən mərhələlər, tərbiyə prosesi keçir. Həmin mərhələlərdən biri əməksevərlik, əməyə məhəbbət tərbiyəsinin aşılanması dövrüdür. Bu mərhələni lazımi səviyyədə qət edən şəxs, nəticədə, xeyirxah bir insana çevrilir.
Nədir əməyə məhəbbət, əməksevərlik? O, insana hansı duyğuları bəxş edir, onda hansı keyfiyyətlər formalaşdırır? Nəhayət, əməksevərlik bir insanda necə təcəlli edir?
Ən əvvəl qeyd edək ki, insanoğlunun ilk tərbiyə məktəbi olan ailə mühiti, digər tərbiyə növləri kimi, gələcəyimiz olacaq övladlarımıza əməksevərlik tərbiyəsini də təlqin etməyə borcludur. Bu tərbiyəyə, başlıca olaraq, uşaqların etdiklərinə, dediklərinə görə məsuliyyət hissi duyduqları andan başlanmalıdır.

Ardını oxu...

İnsanların təhlükəsizliyi üçün bina və qurğuların konstruktiv dayanıqlılığının təmin olunması daim prioritet vəzifə kimi qarşıya qoyulub.
Aparılan tikinti işləri zamanı təhlükəsizliyin təmin olunmasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi də yaxından iştirak edir. İdarə muxtar respublika ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir.

Ardını oxu...

Dünən Ordubad rayonunda əmək yarmarkası keçirilib. Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun yaxşılaşdırılmasında çevik məşğulluq tədbirlərindən biri olan əmək yarmarkaları mühüm rol oynayır. Son illər təşkil olunan əmək yarmarkaları vasitəsilə yüzlərlə ordubadlının məşğulluq problemi həll edilib. Cari ildə də bu ənənə davam etdirilir.

Ardını oxu...

Müasir dövrdə güclü dövlət həm də güclü sosial dayaqlara malik vətəndaş cəmiyyəti strukturudur. Hər bir ölkənin və onun əhalisinin əmin-amanlıq şəraitində, rifah halında yaşaması güclü dövlətin ən mühüm şərtidir. Çünki dövlətin və cəmiyyətin idarə olunmasında müəyyən mexanizmlər olsa da, bütün maddi və mənəvi problemlərin həllində dövlət məhz cəmiyyətin dəstəyinə arxalanır. Buna görə də insan amilinə həssas yanaşılan ölkələrdə dövlət-vətəndaş münasibətləri ən yüksək səviyyədə özünü təzahür etdirir.

Bu gün hərtərəfli inkişafı ilə seçilən Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsinə isti münasibətin formalaşdırılmasında, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inte­qrasiyasında ortaya qoyulan yanaşma bir çox dünya ölkə­ləri üçün də nümunə ola bilər. 2003-cü ilin ok­tyabrında böyük səs çoxluğu ilə ölkə rəhbəri seçilən Prezident İlham Əliyev: “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən məhz öz gələcək fəaliyyətində cəmiyyətin hər bir üzvünü, o cümlədən sağlamlığı məhdud olan vətəndaşları da nəzərdə tuturdu. 5 oktyabr 2010-cu ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışı mərasimində ölkə başçısının söylədiyi “Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin” fikirləri isə dövlət başçısının bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqətinin təzahürü olmaqla yanaşı, Naxçıvanın həm də digər regionlar üçün bir nümunə olduğunu göstərirdi.

Ardını oxu...

Naxçıvan-Kəngərli magistral yolunun sağında Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi Naxçıvaninin adını daşıyan məhəllədə yeni tikilən evlər həmin magistraldan keçən insanların diqqətini çəkir. Söhbətimiz də həmin məhəllə və onun sakinləri barədədir. Bəlkə də, bu mövzu çoxlarına adi görünər. Amma elə deyil. Fikrimizcə, Naxçıvanın 20 ilə yaxın inkişafının izlərini bütün çalarları ilə görmək baxımından bu məhəllə ən yaxşı nümunədir. Yol kənarında dayanıb boy-boy sıralanan evlərə baxıram.

Bir-birindən gözəl, arxitektura üslubu ilə zövqoxşayan evlər məni heç də uzaq olmayan yaxın keçmişə aparır. Çoxlarımız yaxşı xatırlayırıq o keçmişi. Bir vaxtlar bu ünvan çöllük idi. O zaman kim bilərdi ki, burada yeni yaşayış massivi salınacaq, neçə-neçə ailə buralarda kök salacaq. İndi isə bu ünvan insanda xoş duyğular yaradan bir məkandır. Bu məkanda sıralanan evlərlə yanaşı, göylərə boy verən ağaclar da diqqəti çəkir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­­­q­ramı”nın icrası ilə bağlı cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi, habelə onların cəmiyyətə inte­qrasiyası istiqamətində tədbirlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət müvafiq komissiya 2014-2015-ci tədris ilində Naxçıvan şəhər, həmçinin Şərur, Babək, Culfa, Ordubad və Sədərək rayonlarında sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrdə olub, uşaqların tədrisdə iştirakına, peşə maraqlarının aşkar edilməsinə, ümumtəhsil müəssisələrində psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla əlaqədar fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqların valideynləri, müəllimləri ilə maarifləndirici görüşlər keçirib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Cəhri kənd 1 nömrəli tam orta məktəbdə komissiya üzvlərinin, Cəhri kənd tam orta məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqlarının iştirakı ilə tədbir keçirilib. Görüşdə məktəbdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı psixoloqlar tərəfindən hazırlanan fərdi pro­qramlar əsasında həyata keçirilən tədbirlər, onların tədrisdə iştirakının vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar maarifləndirici söhbətlər aparılıb.
Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Dünən Culfa rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə açan Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Yalçın Hüseynov muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb.
Qeyd olunub ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib.
İşaxtaran vətəndaş Əhməd Həsənov dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər üçün minnətdarlığını bildirərək vurğulayıb ki, bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin mart ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtında başa çatdırmışdır.
Bu dövrdə yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 9 milyon 273 min 700 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Eyni zamanda sosial sığorta müavinəti almaq hüququ olan vətəndaşlara 212 min 500 manat dəyərində vəsait ödənilmişdir.
Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya hüququ yaranmış 151 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Onlardan 79-u yaşa görə, 35-i əlilliyə görə, 37 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Əmək pensiyaçılarına plastik kartların verilməsi, eləcə də istifadə müddəti başa çatmış plastik kartların yenilənməsi işləri də davam etdirilmişdir. Mart ayında bu məqsədlə müvafiq müvəkkil banklara 1608 ədəd plastik kart hazırlanması üçün sifariş verilmişdir.

Ardını oxu...

Maarifləndirici tədbirdə bu məsələ ilə yanaşı, kənd təsərrüfatı sahəsində
həyata keçirilən sığorta növlərindən də bəhs edilib

Dövlətin böyük qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazır­da qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.
Bu fikirlər dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində keçirilən enerji resurslarından səmərəli istifadə, həmçinin kənd təsərrüfatı sahəsində sığortalarla bağlı maarifləndirici tədbirdə səsləndirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Naxçıvan şəhər prokurorunun müavini, I dərəcəli hüquqşünas Qalib İsmayılov “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyində bir sıra əməllər cinayət kimi təsbit edilib. O, qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat verib.

Ardını oxu...

Son illərdə muxtar respublikamızda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Sevindirici haldır ki, dövlət orqanlarının əksəriyyətində əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər insanların qarşılaşa biləcəyi bürokratik əngəlləri, vaxt itkisini, eləcə də digər çətinlikləri aradan qaldırıb.

Fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən Daxili İşlər Nazirliyinə və Daşınmaz Əmla­kın Dövlət Reyestri Xidmətinə əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsinin təmin edilməsi haqda verilən tapşırıq doğma diyarımızda dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub. Bu addım qədirbilən muxtar respublika sakinləri tərəfindən yeni fikrin, yeni yanaşmanın təcəllisi, əhaliyə göstərilən ictimai xidmətlər sahəsində atılan uğurlu addımın, dövlətimizin öz vətəndaşına, bütövlükdə, insan amilinə verdiyi dəyərin təzahürü kimi qiymətləndirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq əmək yarmarkalarının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşlar arasında qarşılıqlı ünsiyyətin yaradılmasından, işəgötürənlərin qısa vaxt ərzində ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaqdan, eyni zamanda işaxtaran vətəndaşların boş iş yerləri haqda məlumat almalarına və işlə təmin olunmalarına köməklik göstərilməsindən ibarətdir.
Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev çıxışında əmək yarmarkasına hazırlıq dövründə həyata keçirilən təşkilati işlərdən danışıb. Vurğulanıb ki, bu mühüm aktiv məşğulluq tədbiri işəgötürənlərlə işaxtaran vətəndaşların fəal iştirakına geniş imkanlar açır.
İşaxtaran vətəndaş Ruhin Musayev çıxış edərək işaxtaran vətəndaşların ixtisas və peşələrinə uyğun işlə təmin olunmaları, insanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətli olan əmək yarmarkalarının təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, məşğulluq tədbirində iş­axtaran vətəndaşlara 12 müəssisədən 141 boş iş yeri təqdim edilib, 39 nəfərə göndəriş verilib.

Xəbərlər şöbəsi

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbirdə mərkəzin direktoru Məzahir Rüstəmov çıxış edərək bildirib ki, həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Mahir İsmayılov bildirib ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Əmək yarmarkalаrı əhаlinin məşğulluğunun gücləndirilməsində, işахtаrаnlаrlа işəgötürənlər аrаsın­dа birbаşа əlаqələrin yаrаdılmаsında və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Jalə Mehdiyeva belə tədbirlərin əhali tərəfindən rəğbətlə qarşılandığını, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırdığını deyib, yarmarkanın təşkilinə görə minnətdar­lığını bildirib.
Ümumilikdə, 15 təşkilatdan 96 boş iş yerinin çıxarıldığı yarmarkada 33 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.
Növbəti maarifləndirici tədbir Sədərək rayonunda keçirilib. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Samil Kazım­ov açıb.
Tədbirdə DSMF-nin Sədərək Rayon Şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Araz Musazadə sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən, elektron xidmətlərin tətbiqinin sosial müdafiə sistemində təsirinin yüksək olmasından danışıb.

Ardını oxu...

Meyvə və üzüm bağlarında

Aran bölgələrdə meyvə bağlarında suvarma aparılmalı, dağlıq bölgələrdə isə budama işləri başa çatdırılmalıdır. Dağlıq bölgələrdə meyvə bağlarında tezyetişən sortlarda vegetasiya inkişafı müşahidə edildikdə bar orqanlarını, aran bölgələrdə isə hava şəraitindən asılı olaraq açılmış çiçəklərin şaxtadan mühafizə edilməsi məqsədilə cərgə aralarında şaşkalar yandırılır, çətin yanıb alışan bitki qalıqları, küləş, peyin və ya yaş odunla tüstüləndirmə aparılır.
Dağlıq bölgələrdə gecoyanan meyvə ağaclarında, az məhsuldar sortlarda sortdəyişmə aparmaq məqsədilə calaq vurulması davam etdirilir. Məhsuldar sortlardan meyvə tingləri tədarük edilir və yeni bağlar salınır.

Ardını oxu...

7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gənclərin sağlamlığı gələcəyin sağlamlığının təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbiri komitə sədrinin müavini Aytən Məmməd­ova açaraq “Sağlam ailənin təməli və milli dəyərlər” mövzusunda çıxış edib. Bildirilib ki, hər il Ümumdünya Sağlamlıq Gününün qeyd olunması bəşəriyyət üçün prioritet sayılan problemləri bir daha gündəmə gətirir. Məhz bugünkü tədbirin keçirilməsində əsas məqsəd də gənclərimizə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verməkdən ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və mədəni həyatın bütün sahələrində müxtəlif peşə ixtisaslı kadrlara olan tələbatın təmin edilməsi, işaxtaran vətəndaşların, eləcə də sağlamlıq imkanları məhdud şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə peşə hazırlığının təşkili daim diqqət mərkəzindədir.
Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqların, o cümlədən muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davam etdirilməsi, peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması və əlillərin məşğulluğunun təmin edilməsinin icrası ilə bağlı bir sıra işlər görülür.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində kənd təsərrüfatı və xidmət sahələrində ixtisaslı kadrlara olan tələbatı, həmçinin gənclərin və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunu təmin etmək məqsədilə “traktorçu-maşınçı”, “dərzi” və “kompüter istifadəçisi” peşələri üzrə kurslar təşkil edilib.

Ardını oxu...

Ekoloji tərbiyə günümüzün daha çox diqqət yetirilən sahələrindən birinə çevrilib. Bu da təbiidir. Çünki sağlam ekologiya sağlam cəmiyyət, sağlam yaşayış tərzi deməkdir. Bu səbəbdən də muxtar respublikamızda ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Qeyd olunmalıdır ki, ekoloji tərbiyə hələ kiçik yaşlardan başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hisləri oyatmaq vacib şərtlərdəndir. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə qarşı laqeydlik baş qaldıra bilər. Təbiətə qarşı bu cür münasibət uşaq qəlbində xeyirxahlıq hislərinin kütləşməsindən başlanır. Bunun qarşısının alınmasında cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin yerinə yetirilməsi həm də vətəndaşlıq borcumuzdur.

Ardını oxu...

Qədərsiz çörəyin qədri bolluq zamanında bilinməlidir

Çörək müqəddəs nemətdir. Tarixboyu andımız, alqışımız çörəklə də olub: “Çörək haqqı”, “Çörəyə and içirəm”, “Səni çörəyə and verirəm”, “Süfrənə bərəkət”, “Həmişə çörəkli olasan” andları, alqışları dillərdən düşməyib. Böyüklərimiz dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Yaxşı adam haqda danışılanda “Çörək verən adamdır”, pis xasiyyətli, heç kimin inanmadığı, nankor adam haqda danışılanda isə “Çörəyi dizinin üstündədir” deyilib. Bir sözlə, xalqımız üçün çörəyin mənəvi dəyəri daha yüksək olub.

“Naxçıvan 1 nömrəli çörək zavodunun nəzdindəki mağazadan hər gün yüzlərlə adam çörək alır. Əgər buna almaq demək mümkündürsə. Burada saatlarla dayanmağın “ləzzətini” görənlər görüb. Görməyənlərə bu əziyyəti dərk etdirmək üçün gərək, heç olmasa, bircə dəfə burada növbədə durmağın dadını göstərəsən. Günün hansı saatında getsən, burada tünlüklə rastlaşarsan. Adı növbə olan bu dəstədə adamlar dörd cərgə ilə dururlar. Gələn də bilmir ki, kim kimdən sonradır”.

Ardını oxu...

Ordubad rayonunun Aşağı Əylis kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edib. Bildirilib ki, muxtar respublikada gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması, eləcə də qadınların ailədə üzərinə düşən vəzifələrin düzgün yerinə yetirilməsi məqsədilə maarifləndirmə işinin daha geniş surətdə aparılması, qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ana və uşaq ölümü hallarının qarşısının alınmasında müsbət göstəriciyə nail olunub. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisidir.
Vurğulanıb ki, ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın işçilərin əmək hüquqlarının təmin edilməsi üzrə bəndinin icrasına uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurs təşkil olunub. “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda təşkil olunmuş kursa “Cahan Holdinq”, “Dizayn Holdinq” və “Gəmiqaya Holdinq” Şirkətlər ittifaqlarının kadr işləri üzrə, ümumilikdə, 22 mütəxəssisi cəlb olunub.
Kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinin nümunəvi forması, onun düzgün doldurulması və ona dəyişikliklərin edilməsi qaydaları”, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, “Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanunamüvafiq həyata keçirilməsi”nə dair, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Həmkarlar İttifaqları Şurasının nümayəndələri tərəfindən “Muxtar respublika ərazisində əmək miqrasiyası proseslərinin tənzimlənməsi”, “İşçilərin əmək hüquqlarının müdafiəsi” ilə bağlı mövzular tədris olunacaq.
Qeyd edək ki, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlilində mühüm rol oynayır.
Aprelin 1-dən başlayan kurs 7 gün davam edəcək. Sonda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.

Xəbərlər şöbəsi

2015-ci ilin birinci rübündə tikinti və istehsal müəssisələrində işçilərin əmək şəraitinin, habelə iş yerlərinin əməyin mühafizəsi qaydalarına uyğun olmasının, işəgö­türənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri, eləcə də xüsusi geyimlə təmin edilməsinin və həmin vasitələrdən istifadənin vəziyyəti ilə bağlı muxtar respublika üzrə, ümumilikdə, 20 obyektə baxış keçirilib. 15 halda istehsal sahəsində çalışan işçilər fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunub, fərdi mühafizə vasitələri olmayan 9 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 1 işəgötürənə 1500 manat məbləğində cərimə tətbiq olunub. Bəhs olunan dövrdə xidmətə səhiyyə müəssisələrindən xəsarət­alma ilə bağlı 7 məlumat daxil olub. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən aldığımız məlumatda bildirilir ki, xəsarətalmaların istehsalatla əlaqəli olmadığı aşkarlanıb. İstehsalatla əlaqəli olan 3 hadisə zamanı isə 3 nəfər yüngül xəsarət alıb. Xəsarətalmalarla əlaqədar müəssisələrin işəgötürənlərinə iş sahələrində əməyin mühafizəsi norma və qaydalarına riayət etmələrinə dair xəbərdarlıq edilib, həmçinin metodik köməkliklər göstərilib. Bir halda isə ağır xəsarətlə nəticələnən hadisənin xidmətin əmri­nə əsasən yaradılmış təhqiqat komissiyası tərəfindən təhqiqatına başlanılıb. 2014-cü ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə xəsarətalma ilə bağlı daxil olmuş məlumatların, həmçinin istehsalatla əlaqəli olan hadisələrin sayında azalma müşahidə olunub.

Ardını oxu...

 Balta yaman moddadır

Builki şaxtalı qışda ən çox işlənən təsərrüfat aləti hansıdır? Əlbəttə, balta. 20-30 illik ağacların ömrünə vurulan balta. İndi kənd yerlərində çox adamların qoltuğunda balta görmək olar. Baxırsan ki, ikibir-üçbir cuqquldaşıb özlərini verirlər meşə zolaqlarına. Balta, mişar səsi, kökündən ayrılan ağacların “ahu-naləsi” qarışır bir-birinə. Qollu-budaqlı ağaclar, yerə sərildikcə onlara sığınan körpə ting­lər yetim qalmış balalar kimi əsməcə tuturlar. Sanki onlar bu titrəyişləri ilə deyirlər: “Bizi yetim qoyub hara gedirsən, ana?”

Vaxtilə əzəmətinə, gözəlliyinə tamaşa etdiyimiz ağaclara indi müştəri gözü ilə baxırıq. Bax bu ağac bir həftə bəs edər, o birisi isə 15 gündən də çox görər. Beləcə, ağacların kökünə balta vururuq. Kimisi sevinir, kimisinin də ürəyindən qara qanlar axır. Bəziləri də bu ağacları əkənlərə, onları ərsəyə gətirənlərə rəhmət diləyir.
Bəli, ermənilərin törətdiyi müharibənin yurdumuza gətirdiyi bu bəlalı günlərdə yenə ümidimiz ağaclara gəldi. Ağaclar insanlara həyan oldu, həyatlarını onlara qurban verdi. İllərboyu qamətinə, gözəlliyinə heyran olduğumuz meyvə və bəzək ağacları bu gün minlərlə evin istisinə, işığına çevrildi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhdud fiziki imkanlı 10 nəfər Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə 20 günlük fizioterapevtik müalicə üçün göndərilib. Dünən həmin şəxslər Naxçıvan Beynəlxalq Hava Limanından Bakıya yola salınıblar. Bu gün isə onlar Bakı şəhərindən Türkiyəyə gedəcəklər.
Hava limanında həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Firdovsi Əhmədov dedi ki, dayaq hərəkət sistemi xəstəliklərindən əziyyət çəkir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xarici ölkədə müalicə almaq üçün göndərildiyini eşidəndə çox sevinib və onda bu xəstəlikdən qurtulacağına ümid yaranıb. Sağalacağına dair ürəyində ümid işığı yandırdığına görə dövlətimizə minnətdardır.
Şərur rayonunun Oğlanqala kənd sakini Zəminə Süleymanova dedi ki, son illər ayaqlarında taqətsizlik yaranıb, ayağa qalxa bilməyib, əlil arabasına möhtac qalıb. Tibbi innovasiyaların geniş tətbiq olunduğu Nobel Tibb Mərkəzinə göndərilməsi ona, hər şeydən öncə, mənəvi güc, dəstək olub. Çünki orada aparılan müalicə kursunun səhhətinə müsbət təsir göstərəcəyi şübhəsizdir; mütəxəssislərin dediyinə görə, bu müəssisədə reabilitasiya kursu keçənlərin səhhətində əsaslı dönüş yaranır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlam­lıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Bu baxımdan komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyələrinin artırılması məqsədilə rübdə bir dəfə kurslar təşkil edir.
Komitədə təşkil olunan növbəti tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Zeynal Hümbətov açıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, dövlət pro­qramından irəli gələn vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilmələrində və cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində mühüm rola malikdir. Bu qəbildən olan uşaqların erkən yaşlarında sağlam uşaqlarla birgə təlim-tərbiyə almaları onların inkişafına müsbət təsir göstərir. Ailə və təhsil müəssisələri arasında sıx işbirliyi də, nəticə olaraq, bu uşaqların psixologiyasında yaxşı çalarların formalaşmasında ciddi vasitədir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində çalışan metodist, tərbiyəçi-müəllimlər uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə sıx əlaqə saxlamalı, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına daha çox səy göstərməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

2015-ci ilin ilk əmək yarmarkası aprel ayının 7-də Sədərək rayonunun Heydərabad qəsəbəsində keçiriləcək. Hazırda rayon üzrə idarə və müəssisələrdən vakant yerlər barədə məlumatların toplanması və əmək yarmarkasında işaxtaranlara təqdim olunması üçün yekun işlər görülür. Bunu qəzetimizə müsahibəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev deyib.
Xidmət rəisi onu da bildirib ki, aprelin 8-də Kəngərli, 9-da Şahbuz, 10-da isə Culfa rayonunun işaxtaran vətəndaşları aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarından yararlana biləcəklər. Bu qəbildən yarmarkalar aprelin 14-də Ordubad, 15-də Babək, 16-da isə Şərur rayonlarında keçiriləcək. Aprel ayında reallaşdırılacaq aktiv məşğulluq tədbirlərinin sonuncu ünvanı isə Naxçıvan şəhəri olacaq. Naxçıvan şəhərində əmək yarmarkasının aprelin 17-si keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə əlverişli şərait yaradıb. 2014-cü il ərzində 2727 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan 125 nəfər kvota yerlərinə göndərilib, 327 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib.

Xəbərlər şöbəsi

Sədərək kənd uşaq bağçası nümunəvi fəaliyyəti ilə seçilir

O, adəti üzrə işə hamıdan tez gəlir. Səhər Günəşini təzə əkilmiş güllərin və ağacların yarpaqları üzərində, şehlərin parıltısında görmək, uşaqların çöhrələrindəki incə təbəssümləri sezmək ona xüsusi zövq verir. Təzə əkilmiş həmişəyaşıl ağaclara və güllərə xüsusi qayğı ilə yanaşır, onların körpə balalar kimi nazını çəkməkdən xüsusi zövq alır.

Bu gün də eyni qayda ilə bağçanın həyətinə daxil oldu. Səhər Günəşinin şəfəqləri nar gülləri kimi yarpaqların üzərində qızarırdı. Həmişəyaşıl ağac və gül kollarının üstünə qırmızı tül kimi səpilmiş Günəşin şəfəqlərindən ayrı bir əlvanlığa qərq olmuş bu incə təbiət körpələrin məsum çöhrələrini xatırladırdı. Bütün bunlardan xüsusi zövq ala-ala o, uşaq bağçasının hər tərəfini diqqətlə seyr etdi, bağbanla salamlaşdı və kiçik sual-cavabdan sonra öz otağına keçdi. Əl çantasını ora qoyub yenidən uşaqlar qəbul edilən foyeyə getdi.
Mən isə düşünürdüm ki, bu gün muxtar respublikamızda uşaqların inkişafı, onların sağlam böyüməsi üçün müxtəlif addımlar atılır. Belə tədbirlərdən biri də bağçalar üçün yeni binaların tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsidir. Məqsəd ondan ibarətdir ki, uşaqlarımız yüksək səviyyədə tərbiyə alsınlar, Azərbaycanın layiqli vətəndaşı kimi böyüsünlər. Uşaqların böyük himayədarı, ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara avtomatlaşdırılmış qaydada pensiya təyinatı davam etdirilir. Ötən il noyabr ayının 1-də yaradılan xidmət vasitəsilə bu günədək 45 nəfərə yaxın şəxsə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunub.
Qəzetimizə bu barədə məlumatı sözügedən qurumun Pensiya şöbəsinin baş məsləhətçisi Fərzi Seyidov verib. Fond əməkdaşı bildirib ki, muxtar respublika ərazisində yaşayan və pensiya yaşına çatan hər bir şəxs heç bir sənəd toplamadan, vaxt itirmədən fondun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinin 550-59-79 telefon nömrəsinə zəng edərək yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə bu xidmətdən istifadə edə bilər. Bu məlumat dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricinin sistemdə düzgünlüyü təsdiqləndiyi halda bir neçə dəqiqə ərzində vətəndaşın 1 yanvar 2006-cı il tarixədək olan iş stajı və 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrdə ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır və təyin olunan pensiyanın məbləği ilə öz plastik bankomat kartını ala biləcəyi bankın filialının ünvanı ona bildirilir. Eyni zamanda vətəndaşın ünvanına bununla bağlı xüsusi yazılı rəsmi bildiriş də göndərilir. Hal-hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək-pensiya hüququ yaranmış şəxslərə tətbiq edilir. Bu xidmət gələcəkdə əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan şəxslərə də şamil olunacaqdır.

Ardını oxu...

 Cəmiyyət həyatının hər bir sahəsində əldə olunmuş inkişaf formalaşmış ümumi mədəniyyətdən  xəbər verir. Məhz mədəni inkişaf göstəriciləri ilə ictimai həyatın bütün sahələrində, o cümlədən sığorta sahəsində əldə olunmuş müsbət nəticələrdən danışmaq mümkündür. Hər bir vətəndaş həyatını, əmlakını, məsuliyyətini vaxtında sığortalamaqla gözlənilməz bədbəxt hadisələrin vura biləcəyi maddi zərərlərdən təminat almış olur.

İnsan həyatında elə gözlənilməz hadisələrə rast gəlinir ki, bəzən onların vurduğu maddi zərərlər çox çətinliklə bərpa oluna bilir. Təbii fəlakətlər, texnogen qəzalar, səhlənkarlıqdan yaranan bədbəxt hadisələr və digər gözlənilməz hallar insanların həyatına və əmlakına maddi zərərlər vuraraq çıxılmaz vəziyyət yaradır. Belə hadisələrin vurduğu maddi zərərlərin əvəzinin ödənilməsinə imkan verən etibarlı sığorta sistemi isə sığortalı vətəndaşların düşdüyü çətin maddi vəziyyətlərdən çıxmasında çox əhəmiyyətlidir. Bu baxımdan sığortanın inkişaf edib geniş yayılması üçün ona olan inamın artırılması və insanlarda sığorta vərdişlərinin yaradılmasının böyük rolu vardır. Bu istiqamətdə davamlı olaraq aparılan maarifləndirici tədbirlər, keçirilən görüşlər, müxtəlif çıxış və reklam xarakterli tədbirlər də məhz cəmiyyətdə sığorta mədəniyyətinin formalaşdırılması, insanlara sığortalı yaşamağın üstünlüklərinin çatdırılması məqsədi güdür.
Günümüzdə icbari və könüllü formada onlarla sayda sığorta növləri vardır. İnsanlar bu sığorta növlərindən faydalanmaqla özlərinin can sağlığından tutmuş ev əmlakının sığortasınadək bir çox sahələrdə onların üstünlüklərindən istifadə edirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu gün muxtar respublikamızda 26 növdə sığorta xidmətləri təklif olunmaqdadır. Ancaq müasir dünyada sığortanın geniş yayıldığı bir dövrdə bəzi hallarda sığortaya göstərilən münasibət, yaxud sığortalıların bəzən sığorta müqaviləsində göstərilməyən hadisələrdən sığorta zərərini tələb etməsi sığorta mədəniyyətinin adi tələblərinə belə cavab vermir. Halbuki insanların gözlənilməz bədbəxt hadisələrdən sığortalandıqda qarşılarına qoyduqları məqsəd yalnız sığorta hadisəsi kimi müqavilədə nəzərdə tutulmuş və müvafiq qanunverici­likdə də öz əksini tapmış hadisələrdən dəymiş maddi zərərlərin əvəzinin ödənilməsidir. Bu da, ümumiyyətlə, sığortanın daşıdığı ümumi sosial funksiyanın mahiyyətinə uyğun gələn bir vəzifədir. Belə ki, sığorta hadisəsi baş verdiyi zaman zərərçəkmiş vətəndaşa və ya üçüncü şəxsə ödənilən vəsait həmin şəxsin maddi vəziyyətinin bərpa olunması, eyni zamanda zərərə səbəb olmuş hadisədən sonra onların sosial rifahının yerinə qaytarılması və maddi durumlarının yenidən reabilitasiya olunmasına xidmət edir. Sığortanın bu funksiyaları isə onun faydalarından istifadə edənlərə yaxşı məlumdur.

Ardını oxu...

Martın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə sahibkarlıq obyektlərində daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmla­kın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilib.
Tədbirdə məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, sahibkarların hər cür risklərdən sığortalanması günün vacib tələbi olub, biznesin uğuruna zəmanət verən amillərdən biridir.
Qeyd edilib ki, muxtar respublikada sahibkarlıq müəssisələrinə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 2014-cü ildə 936 müqavilə bağlanıb ki, bu da 2013-cü ildə bağlanılmış sığorta müqavilələrindən 79 müqavilə çoxdur. Ötən il daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 574 müqavilə bağlanılıb ki, bu, 2013-cü ildə bağlanmış sığorta müqavilələrindən 183 müqavilə çoxdur. Ümumilikdə, 2014-cü ildə sahibkarlarla hər iki sığorta növü üzrə 1510 müqavilə bağlanılıb. 2015-ci ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 60 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 83 müqavilə bağlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin nümayəndələri və distant dərsləri tədris edən 3 müəllim distant təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud 19 uşağı evlərində ziyarət ediblər. Onlar Novruz bayramı münasibətilə uşaqları və onların ailə üzvlərini təbrik edib, uşaqlara bayram hədiyyələri veriblər.
Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqların təhsil almalarını təmin etmək məqsədilə ötən il Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılıb. Bu məqsədlə mərkəzdə iki otaq ayrılıb. Otaqların birində mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfi intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlarla təchiz olunub. Distant tədrisə cəlb olunan uşaqların yaşadıqları mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb.
Hazırda muxtar respublika üzrə Naxçıvan şəhərindən 1, Şərur rayonundan 5, Babək rayonundan 7, Culfa rayonundan 2, Kəngərli rayonundan 3, Şahbuz rayonundan 1 olmaqla, ümumilikdə, sağlamlıq imkanları məhdud 19 uşaq distant təhsilə cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib. 2012-ci ildən Ümumdünya Daun Sindromlu İnsanlar Günü muxtar respublikada da qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” kafesində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək məhdud fiziki imkanlı şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara göstərilən qayğıdan danışıblar. Bildirilib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR