22 Dekabr 2024, Bazar

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbirdə mərkəzin direktoru Məzahir Rüstəmov çıxış edərək bildirib ki, həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Mahir İsmayılov bildirib ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Əmək yarmarkalаrı əhаlinin məşğulluğunun gücləndirilməsində, işахtаrаnlаrlа işəgötürənlər аrаsın­dа birbаşа əlаqələrin yаrаdılmаsında və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Jalə Mehdiyeva belə tədbirlərin əhali tərəfindən rəğbətlə qarşılandığını, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırdığını deyib, yarmarkanın təşkilinə görə minnətdar­lığını bildirib.
Ümumilikdə, 15 təşkilatdan 96 boş iş yerinin çıxarıldığı yarmarkada 33 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR