22 Dekabr 2024, Bazar

2015-ci ilin birinci rübündə tikinti və istehsal müəssisələrində işçilərin əmək şəraitinin, habelə iş yerlərinin əməyin mühafizəsi qaydalarına uyğun olmasının, işəgö­türənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri, eləcə də xüsusi geyimlə təmin edilməsinin və həmin vasitələrdən istifadənin vəziyyəti ilə bağlı muxtar respublika üzrə, ümumilikdə, 20 obyektə baxış keçirilib. 15 halda istehsal sahəsində çalışan işçilər fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunub, fərdi mühafizə vasitələri olmayan 9 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 1 işəgötürənə 1500 manat məbləğində cərimə tətbiq olunub. Bəhs olunan dövrdə xidmətə səhiyyə müəssisələrindən xəsarət­alma ilə bağlı 7 məlumat daxil olub. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən aldığımız məlumatda bildirilir ki, xəsarətalmaların istehsalatla əlaqəli olmadığı aşkarlanıb. İstehsalatla əlaqəli olan 3 hadisə zamanı isə 3 nəfər yüngül xəsarət alıb. Xəsarətalmalarla əlaqədar müəssisələrin işəgötürənlərinə iş sahələrində əməyin mühafizəsi norma və qaydalarına riayət etmələrinə dair xəbərdarlıq edilib, həmçinin metodik köməkliklər göstərilib. Bir halda isə ağır xəsarətlə nəticələnən hadisənin xidmətin əmri­nə əsasən yaradılmış təhqiqat komissiyası tərəfindən təhqiqatına başlanılıb. 2014-cü ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə xəsarətalma ilə bağlı daxil olmuş məlumatların, həmçinin istehsalatla əlaqəli olan hadisələrin sayında azalma müşahidə olunub.

Məlumatda o da bildirilib ki, tikinti sahəsində işə başlamazdan əvvəl sanitar, yanğın, ekoloji təhlükəsizliyə, təmir-tikinti aparılan yerdə xüsusi işarələrin qoyulmasına, işçi heyət üçün soyunub-geyinmə çadırlarına, həmçinin işçilərin nahar və istirahət etmələri üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlərin hazırlanmasına nəzarət aparıldıqdan sonra 3 halda müvafiq orqanların nümayəndələri ilə birlikdə işə başlanmasına dair akt tərtib edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə hazırlanmış Tədbirlər Planına əsasən, “Qeyri-formal məşğulluğun qarşısının alınması, işə gö­türülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı tədbirlərin görülməsi” məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən rüb ərzində, ümumilikdə, 103 obyektdə aparılan araşdırma zamanı 66 işçi ilə yeni əmək müqaviləsi bağlanılması təmin edilib, 123 halda isə əmək müqaviləsində əməkhaqqının artırılmasına nail olunub. Bu dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində əməyin mühafizəsi və texniki norma, qayda və standartlara əməl olunması ilə bağlı maarifləndirici kurs təşkil olunub. Kursa 33 tikinti, istehsal və sənaye müəssisəsinin 37 nəfər əməyin mühafizəsi üzrə mütəxəssisi cəlb edilib, iştirakçıların biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilib. Tədris prosesində Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin və Dövlət Baş Sığorta Agentliyinin nümayəndələrinin də iştirakı təmin edilib.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR