22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.
Növbəti maarifləndirici tədbir Sədərək rayonunda keçirilib. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Samil Kazım­ov açıb.
Tədbirdə DSMF-nin Sədərək Rayon Şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Araz Musazadə sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən, elektron xidmətlərin tətbiqinin sosial müdafiə sistemində təsirinin yüksək olmasından danışıb.

Qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun genişləndirilmiş informasiya-kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin işəgö­türənlər üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib. Sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında maraqlı olmalıdırlar.
Diqqətə çatdırılıb ki, fondun internet səhifəsində yaradılmış elektron xidmətlər bölməsinə daxil olan istənilən vətəndaş öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər.
Hazırda fond tərəfindən əhaliyə 10 növ elektron xidmət göstərilir. Nəzərdə tutulan digər elektron xidmətlərin istifadəyə verilməsi üçün hazırlıq işləri görülür.
Bildirilib ki, muxtar respublikada avtomatlaşdırılmış pensiya təyinatı sistemi fəaliyyət göstərir. Yaşa görə əmək pensiyası hüququ yaranmış vətəndaş real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR