22 Dekabr 2024, Bazar

2015-ci ilin ilk əmək yarmarkası aprel ayının 7-də Sədərək rayonunun Heydərabad qəsəbəsində keçiriləcək. Hazırda rayon üzrə idarə və müəssisələrdən vakant yerlər barədə məlumatların toplanması və əmək yarmarkasında işaxtaranlara təqdim olunması üçün yekun işlər görülür. Bunu qəzetimizə müsahibəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev deyib.
Xidmət rəisi onu da bildirib ki, aprelin 8-də Kəngərli, 9-da Şahbuz, 10-da isə Culfa rayonunun işaxtaran vətəndaşları aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarından yararlana biləcəklər. Bu qəbildən yarmarkalar aprelin 14-də Ordubad, 15-də Babək, 16-da isə Şərur rayonlarında keçiriləcək. Aprel ayında reallaşdırılacaq aktiv məşğulluq tədbirlərinin sonuncu ünvanı isə Naxçıvan şəhəri olacaq. Naxçıvan şəhərində əmək yarmarkasının aprelin 17-si keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə əlverişli şərait yaradıb. 2014-cü il ərzində 2727 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan 125 nəfər kvota yerlərinə göndərilib, 327 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR