22 Dekabr 2024, Bazar

1941-1945-ci illər müharibəsində muxtar respublikamızdan da cəbhəyə yollanan oğul və qızlarımız tarixi qələbənin qazanılmasında yaxından iştirak ediblər. Muxtar respublikada müharibənin ağır və çətin sınaqlarından keçən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, 1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileyləri keçirilir.
Növbəti görüş mayın 7-də Culfa rayon Yaycı kənd sakini, 90 yaşlı Hüseyn Məmmədovla olub. Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.

Bildirilib ki, müharibə veteranlarının keçdikləri döyüş yolu, onların vətənpərvərliyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Onların həyat səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Müharibə iştirakçılarına pulsuz minik avtomobillərinin verilməsi, hər ay Prezident təqaüdünün ödənilməsi onların sosial müdafiələrinin güclənməsinə xidmət edir.
Qeyd olunub ki, müharibə iştirakçılarına müxtəlif növ xidmətlər göstərilir. Belə ki, ehtiyacı olanlar texniki bərpa vasitələrilə, həmçinin respublikanın sanatoriya və pansionatlarında müalicələri üçün göndərişlərlə təmin olunurlar.
Hüseyn Məmmədov yüksək qayğı üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR