22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.

Sədərək Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışıldı. Tədbiri giriş sözü ilə açan Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov dedi ki, əhalinin iş yeri tapmasında əmək yarmarkalarının rolu böyükdür və bu sosial tədbirin keçirilməsi daim diqqət mərkəzində saxlanılır. 2014-cü ildə rayonda 4 əmək yarmarkası keçirilib. Məşğulluq Mərkəzində 137 nəfər işaxtaran qeydiyyata alınıb və onlardan 112 nəfəri daimi işlə təmin olunub. Rayonda mütəmadi təşkil olunan belə yarmarkalar müvafiq dövlət proqramlarının icrası istiqamətində atılan addımlardandır. Növbəti əmək yarmarkası ərəfəsində rayon Məşğulluq Mərkəzinin əməkdaşları yenə də idarə, müəssisə və təşkilatlarla əlaqə saxlayıb, bütün təşkilatlarda boş iş yerlərinin mövcudluğunu araşdırıblar. Məlum olub ki, bu gün Sədərəkdə 9 təşkilatda 95 boş iş yeri vardır.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov çıxış edərək qeyd etdi ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Sədərək rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara və haqqı­ödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Sərhəd bölgəsi Sədərək rayonu əhalisinin məşğulluğunun gücləndirilməsi, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkaları mühüm əhəmiyyətə malikdir.
İşaxtaran vətəndaş Rizvan Əliyev çıxışında bildirib ki, belə tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır, xüsusilə gənclərin müvafiq işlə təmin olunmaq imkanlarını artırır. O, növbəti əmək yarmarkasının təşkilinə görə minnətdarlığını bildirib.
Yarmarkada 21 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR