22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara avtomatlaşdırılmış qaydada pensiya təyinatı davam etdirilir. Ötən il noyabr ayının 1-də yaradılan xidmət vasitəsilə bu günədək 45 nəfərə yaxın şəxsə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunub.
Qəzetimizə bu barədə məlumatı sözügedən qurumun Pensiya şöbəsinin baş məsləhətçisi Fərzi Seyidov verib. Fond əməkdaşı bildirib ki, muxtar respublika ərazisində yaşayan və pensiya yaşına çatan hər bir şəxs heç bir sənəd toplamadan, vaxt itirmədən fondun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinin 550-59-79 telefon nömrəsinə zəng edərək yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə bu xidmətdən istifadə edə bilər. Bu məlumat dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricinin sistemdə düzgünlüyü təsdiqləndiyi halda bir neçə dəqiqə ərzində vətəndaşın 1 yanvar 2006-cı il tarixədək olan iş stajı və 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrdə ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır və təyin olunan pensiyanın məbləği ilə öz plastik bankomat kartını ala biləcəyi bankın filialının ünvanı ona bildirilir. Eyni zamanda vətəndaşın ünvanına bununla bağlı xüsusi yazılı rəsmi bildiriş də göndərilir. Hal-hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək-pensiya hüququ yaranmış şəxslərə tətbiq edilir. Bu xidmət gələcəkdə əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan şəxslərə də şamil olunacaqdır.

Məlumatda qeyd edilib ki, fondun internet saytında (www.dsmf.nakhchivan.az) bir sıra elektron xidmətlər fəaliyyət göstərir. Bunlardan biri də pensiya kalkulyatorudur. Bu elektron xidmət vasitəsilə sosial sığortaya cəlb edilmiş şəxslər öz pensiya məbləğlərini hesablaya bilərlər.
Xatırladaq ki, 9 fevral 2015-ci il tarixdə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən Dövlət Sosial Müdafiə Fonduna elektron xidmətlərin tətbiqi, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” rejimində həyata keçirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi tapşırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR