22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın işçilərin əmək hüquqlarının təmin edilməsi üzrə bəndinin icrasına uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurs təşkil olunub. “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda təşkil olunmuş kursa “Cahan Holdinq”, “Dizayn Holdinq” və “Gəmiqaya Holdinq” Şirkətlər ittifaqlarının kadr işləri üzrə, ümumilikdə, 22 mütəxəssisi cəlb olunub.
Kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinin nümunəvi forması, onun düzgün doldurulması və ona dəyişikliklərin edilməsi qaydaları”, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, “Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanunamüvafiq həyata keçirilməsi”nə dair, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Həmkarlar İttifaqları Şurasının nümayəndələri tərəfindən “Muxtar respublika ərazisində əmək miqrasiyası proseslərinin tənzimlənməsi”, “İşçilərin əmək hüquqlarının müdafiəsi” ilə bağlı mövzular tədris olunacaq.
Qeyd edək ki, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlilində mühüm rol oynayır.
Aprelin 1-dən başlayan kurs 7 gün davam edəcək. Sonda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR