22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil edilən növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov açaraq əmək yarmarkalarının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, əmək yarmarkalarının keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşlar arasında qarşılıqlı ünsiyyətin yaradılmasından, işəgötürənlərin qısa vaxt ərzində ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaqdan, eyni zamanda işaxtaran vətəndaşların boş iş yerləri haqda məlumat almalarına və işlə təmin olunmalarına köməklik göstərilməsindən ibarətdir.
Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev çıxışında əmək yarmarkasına hazırlıq dövründə həyata keçirilən təşkilati işlərdən danışıb. Vurğulanıb ki, bu mühüm aktiv məşğulluq tədbiri işəgötürənlərlə işaxtaran vətəndaşların fəal iştirakına geniş imkanlar açır.
İşaxtaran vətəndaş Ruhin Musayev çıxış edərək işaxtaran vətəndaşların ixtisas və peşələrinə uyğun işlə təmin olunmaları, insanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətli olan əmək yarmarkalarının təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, məşğulluq tədbirində iş­axtaran vətəndaşlara 12 müəssisədən 141 boş iş yeri təqdim edilib, 39 nəfərə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR