22 Dekabr 2024, Bazar

Muxtar respublikada əməyin mühafizəsi, təhlükəsiz iş yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına, tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işçilərin fərdi və xüsusi mühafizə vasitələri ilə təchiz olunmalarına, onların texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılmasına nəzarətin artırılması barədə aidiyyəti orqanlara tapşırıqların verilməsi insan amilinə göstərilən davamlı qayğının ifadəsidir.
Muxtar respublikada işçilərin sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsinin təşkilinin, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin nəticəsidir ki, əməyin mühafizəsi sahəsində müsbət göstəricilər ilbəil artır.

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü muxtar respublikada geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əməyin mühafizəsində önləyici tədbirlər mədəniyyətini birgə yüksəldək!” devizi ilə müxtəlif tədbirlər, o cümlədən istehsalat xüsusiyyətləri nəzərə alınmaqla müəssisələrdə əməyin mühafizəsi üzrə biliklərin, peşəkarlığın artırılması məqsədilə maarifləndirici seminarlar təşkil edib.
İlk tədbir aprelin 21-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və muxtar respublika ərazisində tikinti aparan müəssisələrdə keçirilib. Aprelin 22-si və 23-də isə bu seminarlar Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində, Avtomobil Yolları Dövlət Şirkətində, “Cahan Holdinq” və “Dizayn Holdinq” Kommersiya Şirkətlər ittifaqlarında təşkil edilib. Seminarlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilər üçün sağlam sanitariya-gigiyena və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi normaları və qaydalarına riayət olunması, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, işçilərin icbari tibbi müayinədən keçmələri və sair mövzularda çıxışlar edib, həmçinin işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etmələri ilə bağlı müvafiq metodik təlimatlandırma işləri aparıblar.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara əməyin mühafizəsinə dair bukletlər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR