22 Dekabr 2024, Bazar

İnsanların təhlükəsizliyi üçün bina və qurğuların konstruktiv dayanıqlılığının təmin olunması daim prioritet vəzifə kimi qarşıya qoyulub.
Aparılan tikinti işləri zamanı təhlükəsizliyin təmin olunmasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi də yaxından iştirak edir. İdarə muxtar respublika ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir.

Binaların, qurğuların və digər obyektlərin tikintisi, əsaslı təmiri, yenidən qurulması, genişləndirilməsi və texniki cəhətdən dəyişdirilməsi zamanı tikinti norma və qaydalarına əməl olunması tikintidə təhlükəsizliyin təmin edilməsində vacib şərtlərdən biridir. Muxtar respublikamızda digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, sifarişçi, podratçı təşkilatların, layihəçilərin, habelə yerli icra hakimiyyəti orqanlarının üzərinə böyük vəzifələr və məsuliyyət qoyur. Qaydalar ilə tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində tikinti obyektinin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsinin yeni və daha təkmilləşdirilmiş prosedur və mexanizmi müəyyən edilib. Tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir.
Ötən dövr ərzində Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin maddi-texniki bazası daha da gücləndirilib, fəaliyyət sahəsi genişləndirilib, idarənin tərkibində Mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılıb. Laboratoriya bu günə kimi 98 adda Türkiyə, İngiltərə, İsveçrə və Rusiya istehsalı olan ən müasir sınaq avadanlıqları ilə təchiz olunub. Laboratoriyada işə qəbul olunmuş mütəxəssislər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq laboratoriyalarında ixtisasartırma kursları keçiblər.
İdarə tərəfindən muxtar respublika ərazisində tikintisi başa çatdırılmış və davam etməkdə olan bina və qurğuların qeydiyyatı aparılıb, mühəndis-geoloji işlərin aparılması ilə bağlı 81 obyekt ərazisindən quyu və şurf qazma üsulu ilə qrunt nümunələri götürülərək analizi aparılıb və müvafiq hesabatlar hazırlanıb.
Həmçinin obyektlərin layihələndirilməsi mərhələsində muxtar respublika ərazisində 279 obyektin tikintisi ilə bağlı layihələndirilmiş obyektlərin layihə sənədləri ekspertizadan keçirilib və obyektlərin tikintisi üçün işçi layihələrə müvafiq rəylər verilib. Tikintidə istifadə olunan tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı idarənin Mühəndis-geoloji, sement və beton laboratoriyasında 1376 sayda sınaq və analiz keçirilib, müvafiq protokollar verilib. Tikinti dövrü tikintidə istifadə olunan tikinti material və konstruksiyalarının laboratoriya şəraitində keyfiyyətinin yoxlanılması ilə yanaşı, səyyar üsulla tikinti obyektlərində dəmir-beton konstruksiyalarda betonun naturada möhkəmlik göstəricisi mütəmadi olaraq yoxlanılır.
Bu sahədə qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da yüksək səviyyədə həyata keçiriləcəkdir.

Vüqar KAZIMOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə
Hallar Nazirliyinin Dövlət Tikintidə
Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR