22 Dekabr 2024, Bazar

1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, mərdliyini nümayiş etdiriblər. Bu müharibədə ön cəbhədə xüsusi fəallıq göstərən, fiziki sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz biz nəslin qürur və iftixar mənbəyidir.
Dövlətimiz bu insanlara daim yüksək qayğı göstərir: müharibə veteranlarının sosial müdafiəsi ilbəil gücləndirilir, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür.
Muxtar respublikamızda da 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçən veteranlara xüsusi diqqət və qayğı göstərilir. 1941-1945-ci illər müharibəsinin qurbanlarının xatirəsini yad etmək məqsədilə 9 May – Qələbə Günü münasibətilə Xatirə kompleksinin ziyarət edilməsi, 1941-1945-ci illər müharibəsində sağlamlığını itirən 121 nəfərə pulsuz minik maşınının verilməsi, 51 nəfər müharibə əlili və müharibə iştirakçısına hər ay Prezident təqaüdünün ödənilməsi, onların respublikanın sanatoriya və pansionatlarında müalicəyə göndərilmələri, ehtiyacı olanların texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunmaları, həmçinin yaşayış yerlərində abadlıq işlərinin aparılması bu diqqət və qayğının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”nda müharibənin 90 yaşına çatmış veteranlarının yubileylərinin keçirilməsi də nəzərdə tutulub.
Tədbirlər planının icrası ilə bağlı olaraq, mayın 5-də Culfa rayonunun Yaycı kənd sakini, 90 yaşlı Cəfər Əliyevlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev yubilyarı təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada 1941-1945-ci illər müharibəsi iştirakçılarının sosial müdafiəsi gücləndirilir, onların sağlam həyat tərzində yaşamaları üçün mühüm işlər görülür, cəmiyyətin həyatında fəal iştirakları diqqət mərkəzində saxlanılır.
Cəfər Əliyev müharibə iştirakçılarına qayğısını əsirgəməyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova müharibə iştirakçıları adından minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR