22 Dekabr 2024, Bazar

Dünən Ordubad rayonunda əmək yarmarkası keçirilib. Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun yaxşılaşdırılmasında çevik məşğulluq tədbirlərindən biri olan əmək yarmarkaları mühüm rol oynayır. Son illər təşkil olunan əmək yarmarkaları vasitəsilə yüzlərlə ordubadlının məşğulluq problemi həll edilib. Cari ildə də bu ənənə davam etdirilir.

İşaxtaran vətəndaş Taliyə Bağır­ova əmək yarmarkasının keçirilməsinin işaxtaranlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxışında qeyd edib ki, rayonda məşğulluq problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Kənd mərkəzlərinin, məktəb binalarının tikintisi və ya yenidən qurulması, içməli su və kanalizasiya xətlərinin çəkilişi və digər quruculuq tədbirləri nəticəsində yaranmış iş yerləri, eləcə də idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.
Sonra əmək yarmarkasının iştirakçıları boş iş yerləri ilə tanış olublar. 25 təşkilatdan 269 boş iş yerinin çıxarıldığı yarmarkada 46 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR