Muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədlərindən biri də ailələrin rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün regionda yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin edilib, insanların gəlirləri artırılıb. İqtisadi layihələrdən əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib, nəticə olaraq, əhalinin sosial müdafiəsi daha da gücləndirilib.
Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi həmin ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi daşıyır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Qışlaqabbas kəndində yaşayan Məmmədovlar ailəsinə baş çəkilib. Sözügedən təşkilatın əməkdaşları ailənin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib.
Sonda ailənin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti