22 Dekabr 2024, Bazar

Muxtar respublikada sosial proqramlar genişləndirilir, əhalinin sosial müdafiəsi daha da gücləndirilir. Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, Babək rayonunun Sirab kəndində yaşayan çoxuşaqlı aztəminatlı Quliyevlər ailəsinə baş çəkilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ailənin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, onlara məişət əşyası və ərzaq payı veriblər.
Sonda ailənin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Şərura çatmağımıza az qalmış şəhərin uzun illər bundan əvvəlki miskin görkəmi yadıma düşdü. Rayonun bu mənzərəsini yaxşı xatırlayıram. Əslən bu rayondan olduğum üçün yaşımın bu vədəsinə kimi hər həftə, hər ay Şərura getmişəm. Ona görə də Şərurun dünənini və bu gününü müqayisə etmək mənim üçün çətin deyil.

Ardını oxu...

Muxtar respublikada əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, qeyri-məşğul əhalinin işlə təmin edilməsi üçün məşğulluq xidməti orqanları muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlardan boş iş yerləri (vakansiya) haqqında məlumatlar toplayır, məşğulluq xidmətinə müraciət edən işaxtaranların peşə və ixtisaslarına uyğun olaraq həmin iş yerlərinə göndərilməsini təmin edir. Cari ilin 6 ayı ərzində məşğulluq xidməti orqanlarına müraciət edən 1391 nəfər peşə və ixtisasına uyğun münasib işlə təmin edilib, sosial müdafiəyə xüsusi ehtiyacı olan 22 nəfər kvota yerlərinə göndərilib, 90 nəfər isə haqqıödənilən ictimai işlərə cəlb olunub. Keçirilən əmək yarmarkalarında 332 nəfərə işə göndəriş verilib.

Ardını oxu...

İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi ölkəmizdə, eyni zamanda muxtar respublikamızda aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmişdir. İstehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsidir ki, muxtar respublikamızda da bu sahədə mühüm addımlar atılır, daxili bazarın keyfiyyətli məhsullarla təminatına ciddi fikir verilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, 1941-1945-ci illər müharibəsi veteranlarının yubileylərinin keçirilməsi davam edir.
Bu istiqamətdə növbəti görüş iyulun 2-də Kəngərli rayonunun Xok kənd sakini Əli İbrahimovla olub. Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.

Ardını oxu...

Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin etmişdir. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı sürətli inkişafa malik modern dövlətə çevirmişdir. Ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında yenidən qurulması və sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun tətbiq edilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli və şəffaf bölgüsünə imkan vermişdir.

Ölkə başçısı cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə “Elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir. Dövlət-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir.

Ardını oxu...

Naxçıvanda şəhər infrastruk­turunun inkişafı ilə yanaşı, insanların sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Ötən ilin iyul ayında Uzunoba Su Anbarında yeni çimərliyin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Ötən il olduğu kimi, bu il də şəhər sakinləri Uzunoba İstirahət Kompleksində fəaliyyət göstərən Naxçıvan şəhər çimərliyində öz vaxtlarını səmərəli keçirəcəklər.
İyulun 1-də Naxçıvan şəhər çimərliyində çimərlik mövsümünün başlanması münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri Şamı Abdullayev tədbirdə iştirak etmişlər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, bu gün Naxçıvan şəhərində insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ötən il istifadəyə verilən Naxçıvan şəhər çimərliyi də bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət şəraiti yaradılmışdır. Burada restoran və digər xidmət sahələri fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcəkdir.

Ardını oxu...

Uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, hamilə qadınların və uşaqların patronaj xidmətinin gücləndirilməsi, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların qidalanmasının düzgün təşkil edilməsi, onların xüsusən ana südü ilə qidalandırılması muxtar respublikamızda uğurla həyata keçirilən səhiyyə islahatlarının tərkib hissələrindən biridir.
Uşaqların idarəolunan yoluxucu xəstəliklərə qarşı aldığı peyvəndlərin ardıcıl icra olunması gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır. Uşaqlara elektron sağlamlıq kartların verilməsinin əhəmiyyətinin izah edilməsində, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən, xüsusən siqaretə, spirtli içkilərə meyillilikdən uzaq böyümələri üçün valideynlərin maariflənməsində “Ailə sağlamlıq məktəbi”nin böyük rolu vardır.
Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən belə məktəblərdə məşğələlər ardıcıl şəkildə davam etdirilir.­

Ardını oxu...

Müxtəlif təbii amillər, xüsusən də ekoloji problemlər müasir dövrdə yaşıllıqların əhəmiyyətini daha da artırıb. Çünki ətraf mühitin qorunması və əlverişli ekoloji mühitin yaradılması insan sağlamlığına xidmət edir. Son illər muxtar respublikada keçirilən iməciliklər bu qədim diyarda təbiətin zənginləşdirilməsinə səbəb olub, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artıb.
İyunun 27-də keçirilən növbəti iməciliklərdə əvvəlki dövrlərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib. Belə ki, Naxçıvan şəhər sakinləri Uzun­oba Su Anbarının yaxınlığındakı, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıq sahələrinə aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunun Gümüşlü və Dizə kəndlərindəki yaşıllıq sahələrində bu tədbirlər davam etdirilib, təmizlik və suvarma işləri aparılıb.
Babəklilər rayonun Vayxır və Xal-xal kəndləri arasındakı yaşıllıqlarda, müəssisə və təşkilatların ərazilərində ağaclara aqrotexniki qulluq göstərərək suvarıblar.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun Aza kəndindən Ordubad şəhərinə qədər olan hissəsində və rayon Mərkəzi Xəstəxanasının həyətindəki yaşıllıqlarda təmizlik və suvarma tədbirləri həyata keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir tələblər səviyyəsində təhsil almasına, cəmiyyətə fəal inteqrasiyasına təkan verir.
Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə məhdudiyyəti olan şəxslər üçün daktilo əlifbasının tədrisi üzrə növbəti kursa başlanılıb. Məqsəd bu kateqoriyadan olan 7 şəxsin təhsilinin davam etdirilməsinin təmin edilməsidir.
İyun ayının 18-də başlayan kurs bir ay davam edəcək. Dərsləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi tədris edir.
Məlumat üçün qeyd edək ki, yeni tədris ilində eşitmə məhdudiyyəti olan məktəbyaşlı uşaqların təhsil alması üçün bu qəbildən olan kursun təşkili istiqamətində hazırlıq işləri görülür.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nda sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasının təmin edilməsi də nəzərdə tutulub. Həmin vəzifənin yerinə yetirilməsi istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi cari ilin mart ayının 10-da Naxçıvan Regional Peşə Tədris Mərkəzində sağlamlıq imkanları məhdud şəxslər üçün dərzi peşəsi üzrə kurs təşkil edilmişdi.
İyunun 24-də dərzi peşəsi üzrə üçaylıq təlim kursunu bitirən 6 müdavimə şəhadətnamə təqdim edilib və hədiyyə olaraq onların hər birinə tikiş maşını verilib. Məqsəd bu kateqoriyadan olan şəxslərin özünüməşğulluğunun təmin edilməsidir.
Bununla yanaşı, məzunlardan 2 nəfəri Nehrəm və Külüs kəndlərində istifadəyə verilən dərzi sexlərinə işə göndərilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

“Muzey günləri” mühüm ictimai əhəmiyyətə malikdir

Hörmətli redaksiya!
Bu məktubu sizə ünvanlamaqda məqsədim “Muzey günləri”nin, muzeylərə kollektiv gedişlərin, ziyarətlərin müsbət nəticələri barədə fikirlərimi oxucularla bölüşməkdir.
Hər birimizə məlumdur ki, qədim Naxçıvanın 5 minillik zəngin tarixi keçmişi var. Bura, necə deyərlər, insanlığın ikinci yaradılış yeri, dünya sivilizasiyasının beşiyi hesab edilir. Qədim diyarımız böyük tarixi şəxsiyyətlər – siyasətçilər, sərkərdələr, yazıçılar, alimlər yetişdirib, dahilər yurdu kimi şan-şöhrət qazanıb. Sevinirəm ki, muxtar respublikamızda yaradılan muzeylər də məhz qədim mədəniyyətimizi, tarixi inkişaf yolumuzu, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirir, Naxçıvanın keçmişinə işıq salır. Qədim diyarımızda aparılan məqsədyönlü gərgin iş hesabına muzey şəbəkələrinin yaradılması mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirir. Muzeylərimiz zəngin mədəni irsimizin qorunmasında və təbliğində, gənc nəslin bədii və estetik tərbiyəsində, elmi dünyagörüşünün zənginləşməsində böyük rol oynayır.

Ardını oxu...

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Babək Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirib.
Yığıncağı Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta olunmağın vacibliyindən danışıb, baş verən bədbəxt hadisələrə qarşı vaxtında sığortalanmağın faydalarını diqqətə çatdırıb. Baş direktor hazırda tətbiq olunan icbari və könüllü sığortaların əhəmiyyətindən də bəhs edərək bu sahədə Babək rayonunda müəyyən işlər görüldüyünü bildirib. Çıxışda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də könüllü sığorta növlərindən olan ev əmlakının sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası, fərdi qəza sığortası, mal-qaranın sığortasının hüquqi və fiziki şəxslər üçün əhəmiyyəti baş vermiş konkret hadisələr ətrafında təhlil edilərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ardını oxu...

Ordubad rayonunun ən səfalı guşələrindən biri olan Gənzə kəndindən yazı hazırlayacağımı eşidən yaşlı həmkarlarım elə bil sözləşiblərmiş kimi eyni sözləri deyirdilər: O kənd başqa kənddir, milli dəyərlərə, adət-ənənələrə sadiq yurd yeridir. Elə 4 il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kənddə olarkən Gənzəni Ordubadın incisi adlandıraraq deyib ki, bu kənd milli-mənəvi dəyərlərimizə, qədim adət-ənənələrimizə sədaqəti, haqqa, ədalətə sadiqliyi ilə həmişə fərqlənib.
...Kəndə çatmamışdan əvvəl yolboyu bu barədə çox fikirləşdim. Görən, bu kənd haqqında necə yazacağam? Təəssüratlarım necə olacaq? Kəndin bugünkü mənzərəsini qələmimlə təsvir edə biləcəyəmmi? Elə bu fikirlərlə də baxdım ki, Gənzə kəndinin gözəlliyinin sehrinə düşmüşəm. O anda şəhərin səsli-küylü ab-havasını xatırladım. Və düşündüm ki, oxucumun da özünü o kənddəki kimi hiss etməsi üçün Gənzədə gördüyüm gözəlliyi və sakitliyi necə təsvir edim? İnanın, Gənzə sanki Ordubada bir pay düşüb, elə bil ki, göydən yerə Günəş enib. Yaşıllıqlar qoynunda elə cilvələnir, görən desin, nazlı qızdır, nazlı gəlindir. Hər tərəfdə səssizlik. Təkcə Gənzə çayı sükutu pozur.

Ardını oxu...

Dünyada sadə peşə sahələri kimi tanıdığımız çoxlu peşələr var. Bu peşələrin bir çoxu zaman keçdikcə, daha doğrusu, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq sıradan çıxsa da, öz əhəmiyyətini saxlayan peşə və sənət sahələri də çoxdur. Belə peşələrdən biri də kankanlıqdır. Kankan peşəsi qədim peşə sahələrindən olub, insanların həyatında mühüm rol oynayıb. Hələ uzaq keçmişdən insanların içməli və təsərrüfat suyuna olan ehtiyacını ödəyən kankanlar kəhrizlərin çəkilməsində əsas rola malik olublar. Tarixən quru kontinental iqlimə malik Naxçıvanda da hazırda tarixi abidə kimi qiymətləndirilən kəhrizlərin qazılması, uzaq məsafələrdən çəkilərək əsas yaşayış məntəqələrinə çatdırılması mühüm əhəmiyyət kəsb edib. Məhz əhalinin su ilə təminatında mühüm rolu olan bu sahənin adamları, yəni kankanlar daim xalq tərəfindən sevilən, hörmət edilən peşə sahibləri kimi tanınıblar. Naxçıvanın ən yaşlı kankanlarından biri olan Yunis İbrahimovla görüşüb bu peşənin incəlikləri ilə bağlı həmsöhbət olduq.

– Kankanlıq peşəsini seçmək hansı zərurətdən doğub, yəqin bunun bir səbəbi olub?
– Əslində, bu peşəyə yönəlməyim ondan irəli gəlir ki, mənim atam da, babam da vaxtı ilə kankan olublar. Atam Naxçıvanın dillər əzbəri olan Kalba Musa kəhrizinin qazılmasında iştirak edib. Söhbət edirdi ki, 1903-cü ildə kəhrizin qazılmasına başlanılıb. İndiki çeşmənin töküldüyü yerdən Şıxmahmud vadisinə qədər 3300 metrlik kəhriz xəttinin çəkilməsi 8 ilə başa gəlib. O zaman Kərbəlayi Musa bu iş üçün 24 min qızıl onluq xərcləyib.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzində keçən bir neçə saatın təəssüratları

Hər ailə dünyaya gələcək övladı gözləyərkən o uşaqla bağlı arzularını dilə gətirər, xəyallar qurar, o övladla bağlı gələcək planlarını yaxınları ilə bölüşər. Təbii ki, dünyaya sağlamlıq imkanları məhdud bir uşağın gələcəyi ehtimalını heç kim düşünməz, ağlına belə gətirməz. Ailədə sağlamlıq imkanları məhdud bir uşağın dünyaya gəlməsi həm ata-ana, həm də ailənin yaxınları üçün çətin, gözlənilməyən vəziyyətdir. Çünki belə olan halda həmin uşağın gələcəyi ilə bağlı qurulan bütün arzularda, xəyallarda dəyişiklik baş verir, ailə üzvlərinin üzərinə düşən vəzifələr, məsuliyyət daha da artır.

Naxçıvanda ailə dəyərlərinə xüsusi önəm verilməsinin nəticəsidir ki, dünyaya sağlamlıq imkanları məhdud uşaq gətirən bir çox ailələr uşaqlarının fərqli olmasını qəbul edir, övladlarını bu vəziyyətdə özünə qapanmaqdan uzaqlaşdırır, onlara qayğı göstərir. Bu, çox sevindirici haldır. Çünki yalnız bu halda uşaq yaşıdlarından imkanları daxilində geri qalmamağa çalışır, həyatında baş verən nizamsızlıqların öhdəsindən gəlir. Danışığı, ünsiyyəti, təmizliyi, geyiminə diqqəti, oxuyub-yazmağı kimi təməl zehni bacarıqları və ictimai sahədəki digər bütün bacarıqları inkişaf edir. Belə uşağa təsir edən amillər sırasında digər uşaqların və ata-ananın ona qarşı müsbət davranışları, ailənin ümumi emosional yetkinlik səviyyəsi, ana-atanın təhsil səviyyəsi də var.

Ardını oxu...

Oruc Adəm Peyğəmbərdən bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş ibadətdir. Məsələn, Nuh Peyğəmbər bayram günlərindən başqa, bütün ilboyu, Davud Peyğəmbər isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” deyə bildirilir (“əl-Bəqərə”, 183).

İslam dinində orucluq

Oruc tutmaq müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində Şaban ayının on üçündə bəxş edilmişdir. Ramazana bəzən “orucluq ayı” anlamına gələn “Şəhri-Sıyam” da deyirlər. Ərəb mənşəli “savm” (cəmdə işləndikdə “sıyam”) kəlməsi Azərbaycan dilinə tərcümədə nəfsə hakim olmaq mənasındadır.
Ramazani-Şərif müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki “Qurani-Kərim” bu ayda nazil olmağa başlamış, Məhəmməd Peyğəmbərə bu ayda peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də belə əks olunmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (“Quran”) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (“əl-Bəqərə”, 185).

Allah elçisi də hədislərindən birində Ramazan orucunun faydalarından bəhs edərkən demişdir: “Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

Ardını oxu...

İşsizlik  

Bizim yaşadığımız günlərdə işsizlik bir sosial bəladır. Biz ona bekarçılıq da deyirik. Bu, adamların həyat tərzini, əhval-ruhiyyəsini korlayır, ailələri miskin vəziyyətə salır. Bir neçə il əvvəl mətbuatdan bizə aydın olurdu ki, xarici ölkələrdə işsizlər hər ay dövlətdən müavinət alırlar. İndi isə bizdə belə bir dövr və şərait yaranıb. Bazar iqtisadiyyatı və qiymətlərin bahalaşması, hələ heç bir ölkədə görünmədiyi bir səviyyəyə qalxması blokadada yaşayan muxtar respublika əhalisinin güzəranını çətinləşdirir. Belə bir şəraitdə işsizlik getdikcə artır. Bu gün adamlar güzəranın çətinləşməsi problemi ilə üz-üzə dayanıblar.

Bəs işsizlər necə etsin? Cüzi yaşayışını necə qursun? Bu, dözülməz vəziyyətdir. Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq İdarəsinin rəisi Vilayət Vəli oğlu Qasımov ilə bu barədə söhbət edirik. Fikir mübadiləsindən sonra bu idarənin hüquq və vəzifələri aydın olur. İdarənin vəzifəsi işləyən əhalinin əmək məsələləri və işsizlərin sosial müdafiəsi ilə məşğul olmaqdır. Yəni işsizləri işə düzəldirlər, onlara müavinət ödəyirlər. Eləcə də peşəyönümünə cəlb edirlər, həm də yeni iş yerlərinin açılması üçün kiçik müəssisələr yaradırlar.
İşsiz o adam sayılır ki, ona işsiz statusu təyin edilir. Bu status muxtar respublikanın şəhər və rayonlarının yerli sosial müdafiə mərkəzlərində Azərbaycan Respublikasının müvəqqəti əsasnaməsinə görə təyin edilir.

Ardını oxu...

Ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması və sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun tətbiq edilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli və şəffaf bölgüsünə imkan verib. Muxtar respublikamızda da bu məsələlər diqqət mərkəzində saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb.
Fonddan aldığımız məlumata görə, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) ya­radılması nəticəsində məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını bankomat kartları vasitəsi ilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətləri davam edir.
Uşaqların istirahət günlərinin mənalı təşkili üçün müvafiq tədbirlər keçirilir. Belə ki, uşaqların iştirakı ilə çərpələng və tennis yarışları keçirilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, fiziki imkanlı məhdud ifaçılar uşaqlar qarşısında konsert veriblər. Eyni zamanda uşaqların təbiətdə gəzintisi təşkil olunub, onlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
İyunun 17-də növbəti tədbirlər – dama yarışı və karaoke müsabiqəsi keçirilib, qaliblər mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

İyunun 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirib. 

Ordubad Rayon İcra Hakimiyyətində keçirilən tədbiri icra başçısı Elşad Məmmədov açaraq son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta olunmağın vacibliyindən danışıb, vaxtında sığortalanmağın baş verən bədbəxt hadisələr zamanı faydalarını diqqətə çatdırıb. Baş direktor icbari və könüllü sığortaların əhəmiyyətindən də bəhs edərək bu sahədə Ordubad rayonunda müəyyən işlər görüldüyünü bildirib. Çıxışda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, eləcə də könüllü sığortalardan ev əmlakının sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası, fərdi qəza sığortası, mal-qaranın sığortasının hüquqi və fiziki şəxslər üçün nə dərəcədə əhəmiyyətli olduğu konkret baş vermiş hadisələr ətrafında təhlil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi silsilə tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi nazirliyin təşkilatçılığı ilə iyun ayının 12-də sağlamlıq imkanları məhdud 50 məktəbli uşaq valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzinə göndərilib.
Mərkəzdə uşaqların istirahəti üçün hər cür şərait yaradılıb, həmçinin onların asudə vaxtlarının səmərəli keçməsi məqsədilə proqram tərtib olunub.
Yeddi gün ərzində mərkəzdə uşaqlara müxtəlif sosial xidmətlər göstəriləcək, onlar gündə 3 dəfə yeməklə təmin olunacaqlar.
Proqrama uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə müxtəlif idman yarışları, intellektual oyunlar keçiriləcək. Uşaqlar təbiət gəzintisinə aparılacaq, onlara vətənpərvərlik mövzusunda filmlər nümayiş etdiriləcək. Uşaqların Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmələri və fiziki imkanları məhdud ifaçılardan ibarət musiqi qrupunun onlar qarşısında konsert proqramı ilə çıxışı təşkil olunacaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Artıq muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri növbəti yay tətilinə buraxılıblar. Bütün uşaqlar kimi, sağlamlıq imkanları məhdud uşaqlar da ötən dərs ilində məktəblərə getdi, şagird yoldaşları ilə dərs saatlarında müəllimlərini dinlədi, onlarla bərabər oxudu, potensialı imkan verdiyi qədərilə öyrəndi, ömür-günlərinə yeni çalarlar qatdılar. Hərəkət qabiliyyəti məhdud uşaqlar üçün ilk dəfə olaraq distant (məsafədən) təhsil almaq imkanları yaradıldı. Onlar da müəyyən biliklərə sahib olmaqla yanaşı, sevindilər. Darıxdırıcı keçən günlərini bir-birindən maraqlı anlar əvəz etdi. 

Bir sözlə, ötən dərs ili muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inte­qrasiyasında, onlar üçün məhdud çərçivələrin aşılmasında əlamətdar oldu. Heç şübhəsiz, bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq im­kan­ları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu tədbirlərin icrasından qaynaqlanıb.

Ardını oxu...

Ətraf mühitin mühafizəsi, normadan artıq çirklənməsinə səbəb olan halların qarşısının alınması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan şəhəri ərazisində 2015-ci ilin 25 may-5 iyun tarixlərində ekoloji monitorinqlər keçirilib.
Monitorinqlərdə iaşə məntəqələrində, o cümlədən şadlıq saraylarında və istirahət mərkəzlərində istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi və digər fəaliyyətlərə ekoloji nəzarətin səviyyəsi yoxlanılıb. Monitorinq zamanı, eyni zamanda şəhər ərazisində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib və müəyyən edilib ki, havaların istiləşməsi, temperaturun artması ilə əlaqədar olaraq infeksion xəstəliklərin yaranması, ətraf mühitin iy, qoxu ilə çirklənməsinin qarşısının alınması məqsədilə tullantıların yığışdırılması soyuq havalara nisbətən daha tez-tez həyata keçirilməlidir.

Ardını oxu...

5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Şərur, Kəngərli və Sədərək rayonlarının parklarında “Ətraf mühitin mühafizəsi hər birimizin vəzifəsidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi təşkil etmişdir. Şərur, Kəngərli və Sədərək rayonlarının hər birindən 50-dən çox gəncin iştirakı ilə keçirilən tədbirdə iştirakçılara ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması ilə bağlı məlumatlar verilmiş, gənclərin bu sahədə rolundan söhbət açılmışdır.

 Ceyhun Məmmədov

İnsanların qəza halında məruz qaldığı itkilərin maddi dəyərinin əvəz olunmasında fərdi qəza sığortasının əhəmiyyəti böyükdür. Buna görə də ölkəmizdə vətəndaşların həyat və sağlamlığını təbii və texnogen hadisələrdən sığortalamaq yolu ilə sosial müdafiəsinin təşkili sığortanın əsas vəzifələrindən biri hesab olunur.

Fərdi qəza sığortası öz formasına görə könüllü sığortadır. Bu, tərəflərin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunmuş qaydalar əsasında aparılır. Tətbiqi icbari olan digər sığorta növləri ilə müqayisədə isə bu sığorta növünün bir sıra üstünlükləri vardır. Belə ki, istehsalatda bədbəxt hadisələrdən icbari sığorta yolu ilə sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası olan insana onun harada olmasından və günün hansı saatından asılı olmayaraq, baş vermiş gözlənilməz, bədbəxt hadisələrdən təminat verilir. Gündəlik həyatımızda belə hadisələr baş verir və bu hadisələrin bəziləri insanların həyat və sağlamlığına zərər vurmaqla ciddi maddi itkilər törədə bilir. Belə hallarla rastlaşdıqda daha etibarlı gələcək üçün sığorta agent­liyi tərəfindən həyata keçirilən fərdi qəza sığortasının hər kəs üçün əhəmiyyətli olduğunu deyə bilərik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzinin yaradılması əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğu­nun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar mərkəzdə rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazır­lığının, xidmət sahələri, habelə əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili, ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə ixtisasları barədə məlumatların verilməsi, sosial müdafiəyə ehtiyacı olanların, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə peşə kurslarının təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

Ardını oxu...

Dünən 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq Uzunoba Su Anbarının ətrafında tələbə-gənclərin iştirakı ilə aksiya keçirildi. Aksiya zamanı gənclərə bukletlər paylandı. Gənclər sözügedən anbarın ətrafındakı yaşıllıqlara aqrotexniki qulluq göstərdi, ərazini məişət tullantılarından təmizlədilər.

Aksiya iştirakçılarından Naxçıvan Musiqi Kollecinin IV kurs tələbəsi Mirtoğrul Seyidzadə bizimlə söhbətdə bildirdi ki, tədbir zamanı onlara aksiyanın təşkilatçısı olan qurumların nümayəndələri tərəfindən ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması ilə bağlı məlumat verilib, gənclərin bu sahədə rolundan söhbət açılıb. Sözsüz ki, belə tədbirlər gənclərin ətraf mühitin mühafizəsinə münasibətini köklü surətdə dəyişir, onların diqqətini ekoloji problemlərin həllinə yönəldir. Buna görə tədbirin təşkilatçılarına minnətdardırlar.
Digər bir aksiya iştirakçısı, Naxçıvan Musiqi Kollecinin I kurs tələbəsi Türkanə Hümbətova ilə söhbət zamanı o, bu tədbirin muxtar respublikada ətraf mühitin mühafizəsinə verilən önəmi bir daha ortaya qoyduğunu dedi. Həmsöhbətimiz qeyd etdi ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, cari ilin ötən 5 ayı ərzində xidmət tərəfindən 1484 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 1156 nəfər işlə təmin olunub, 176 nəfər peşə hazırlığı kurslarına cəlb edilib, 70 nəfər haqqıödənilən ictimai işlərə, 21 nəfər isə kvota yerlərinə göndərilib.

Xəbərlər şöbəsi

5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq dünən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında gənclərin iştirakı ilə aksiya keçirilib.
Aksiya zamanı gənclərə bukletlər paylanıb. Gənclər sözügedən parkın ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərib, ərazini məişət tullantılarından təmizləyiblər. Tədbirdə gənclərə Zəngəzur Milli Parkının bitki örtüyü, ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı ətraflı məlumat verilib, təbiətin bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün muxtar respublikada həyata keçirilən tədbirlərdən söhbət açılıb. Qeyd edilib ki, bu gün muxtar respublikamızda ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir, yeni yaşıllıq zolaqlarının və meşə massivlərinin salınması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün məqsədyönlü tədbirlər görülür.

Ardını oxu...

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, xidmət sahələrinin yaradılmasına da nail olub. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən “Cahan” Alış-Veriş Mərkəzində (AVM) alıcılara nümunəvi xidmət göstərilir. Ümumi sahəsi 10 min kvadratmetr olan alış-veriş mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.

“Cahan” Alış-Veriş Mərkəzində 21 bölmədə müxtəlif çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar isə orta qiymətdən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır. Alış-veriş mərkəzində bütün növ tikinti materiallarının vahid bir mərkəzdən satışı təşkil olunub. Mərkəzdə müştəri xidməti və satışdan sonrakı xidmət sistemi müasir standartlara uyğun qurulub. Belə ki, burada çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçib.

Ardını oxu...

Qədim Naxçıvanın yurd yerləri arasında Şərur elinin şöhrəti çox uzaqlara yayılıb. Tarixin minillik qatlarından süzülüb gələn Vətən sevgisinin təəssübü bu torpaqlara bağlanmış şərurluların xoşbəxt günlərinin sorağı ilə bu yurda ayaq basan hər müsafir bir anda özünü müasir intibahın qucağında hiss edir. Bir-birinə qol-qanad vermiş kimi sıx Şərur kəndlərinin növrağını bəzəyən yeni həyat quruculuğu bu yerlərin sakinlərinin arzularının aynası kimi doğma Arazın köksündən bərq vurur. 

Belə bir gözəl yaz günündə əhalisinin sayına görə Şərur rayonunun böyük yaşayış məntəqələrindən biri olan Dəmirçi kəndinə üz tutduq. “Şəhərləşən kəndlərimiz” rubrikasında Dəmirçinin ümumi mənzərəsini, onun sosial həyatını, bu kəndin gələcəyin qəsəbə və şəhəri olmaq yönündə inkişafını oxuculara çatdırmaq üçün ilin də əlverişli zamanı idi. Hər zaman işgüzarlığı ilə seçilən Dəmirçidə həmin gün də həyat qaynayırdı.
Naxçıvan-Sədərək magistral yolunun 65-ci kilometrində, rayon mərkəzi Şərur şəhərindən 14 kilometr məsafədə yerləşən Dəmirçi ilə tanışlıq onun adından başlanır. Adının türkdilli tayfalarla bağlandığı ehtimal olunan bu kəndin bilinən tarixi qədimdir. Kənddə XVI əsrə aid olduğu güman edilən pir, arxeoloji qazıntılar nəticəsində tapılmış maddi-mədəniyyət nümunələri kəndin tarixi haqqında tutarlı dəlillər verir. Kənd geniş bir sahəyə malikdir. Dəmirçi kəndinin ərazisi 1264 hektardır. 6 min 200 nəfərə yaxın əhalisi olan Dəmirçidə 900-dən çox ev vardır. Kənd əhalisinin məşğuliyyəti, əsasən, buradakı bərəkətli torpaqların əkilib-becərilməsi ilədir. Dəmirçililər geniş sahələrdə taxıl əkini, üzümçülük və meyvəçiliklə məşğuldurlar. İndi bu kənddə 70 hektardan artıq taxıl sahəsi, 40 hektar sahədə meyvə bağı vardır. Dəmirçidəki fermerlərə məxsus 1800 başdan artıq iribuynuzlu, 7700 başdan artıq xırdabuynuzlu heyvan vardır. Aran kəndi olmasına baxmayaraq, Dəmirçidə 100-ə yaxın arı ailəsi də saxlanılır. Burada camışçılıq da çox fayda verir. Camış südündən hazırlanan ağartı məhsulları hər il muxtar respublikanın paytaxtında və Bakı şəhərindəki yarmarkalarda alıcılara təqdim olunur. Adamların mülkiyyətində olan çox sayda kənd təsərrüfatı texnikası kənd əhalisinin əl əməyini yüngülləşdirməkdə olduqca faydalıdır.

Ardını oxu...

Son 20 ildə muxtar respublikamızda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi muxtar respublikanın hər bir guşəsində keçirilən və naxçıvanlıların vətəndaşlıq borcuna çevrilən iməciliklər nəticəsində mümkün olmuşdur. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyəti getdikcə yüksəlir. Son illər iməciliklər yolu ilə xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmışdır.

Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdədir.
Mayın 30-da muxtar respublikanın şəhər və rayonlarında keçirilən iməciliklərdə, ümumilikdə, 24 min 510 nəfər iştirak etmişdir.

Həmin gün Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Şıxmahmud kəndi yaxınlığındakı yaşıllıq sahəsinə, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Şərurlular Dəmirçi və Maxta kənd­ləri ərazilərindəki, babəklilər rayon Mədəniyyət Evinin ətrafındakı, müəssisə və təşkilatların ərazilərindəki, ordubadlılar Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndi ərazisindəki və rayon Mərkəzi Xəstəxanasının həyətindəki yaşıllıqlarda çalışmış, culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərmiş və Bayraq Meydanının ərazisində 17 həmişəyaşıl ağac əkmişlər.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün müntəzəm olaraq Naxçıvan Dövlət Uşaq və Kukla teatrlarında tamaşalar göstərilir, yay tətili günlərində onların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə silsilə tədbirlər diqqət mərkəzində saxlanılıb.
Bu tədbirlərin davamı kimi, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün “Nəğməkar bülbül” tamaşası nümayiş etdirilib.
Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri, Ali Məclisin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi gənc fəalların ekoloji biliklərinin zənginləşdirilməsi, onlarda təbiətə məhəbbət hissinin aşılanması üçün tədbirlər keçirir. Həyata keçirilən ekoloji maarifləndirmə tədbirlərində xüsusi estetik gözəlliyi olan təbiət ərazilərinə, təbiət parklarına, milli park və yasaqlıq ərazilərinə eko­turizm marşrutları üzrə gəzintilərin təşkili, təbiət abidələri ilə tanışlıq və təmizlik aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur.
Dünən özünün ekoturizm potensialı ilə diqqəti cəlb edən Batabat yaylağına ekskursiya-gəzinti təşkil olunmuşdur. Tədbirdə 50 nəfərdən çox təbiətsevər gənc iştirak etmişdir. Gənclər əvvəlcə yaylağın fauna və flora aləmi, təbiət abidələri ilə tanış olmuş, bu haqda onlara geniş məlumat verilmişdir. Sonra tədbir iştirakçıları ərazinin təbiət gözəllikləri olan “Zor bulaq”, “Üzən ada” kimi təbiət əraziləri haqqında məlumatlandırılmışlar. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış məlumat bukletləri gənclərə paylanmış, istirahət guşələrində təmizlik aksiyası keçirilmişdir. Bu tədbirlər digər ekoturizm potensialı olan təbiət ərazilərində də davam etdiriləcəkdir.

 Əli Cabbarov

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt üzərində rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə sağlamlıq imkanları məhdud 15 uşaq iştirak edib. Müsabiqə iştirakçıları tabaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Münsiflər heyətinin rəyinə əsasən, çəkdikləri rəsmlərə görə Fatimə Babayeva birinci, Zeynəb Əhmədova ikinci, Gülay Zeynalova isə üçüncü yerlərə layiq görülüblər.
Müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.

Xəbərlər şöbəsi

Gələcəyimiz təhlükədədir

Ömrümüzün müharibəsiz çağlarında “Uşaqlar gələcəyimizdir” deyib uşaq ili elan edər, uşaq tərbiyə müəssisələrində, məktəb və məktəbdənkənar tərbiyə ocaqlarında sırf uşaqlar üçün nəzərdə tutulan tədbirlər keçirər, maraqlı müsabiqələr təşkil edərdilər. Hər il musiqi, rəssamlıq, bədii qiraət, şahmat, dama və sair üzrə neçə-neçə is­tedadlı yeniyetmə aşkar edilib üzə çıxarılardı.
Bu da təbii haldır ki, müharibə gedən ölkədə dinc quruculuq illərinin ab-havası hökm sürə bilməz. Müharibənin öz qanunları var. Lakin acı və dəhşətli müharibə qanunlarından da irəli olan müqəddəs qanunlar var: gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi, sağlamlığı, istedad və bacarığının məhv olmaması qanunları!
Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə və gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub. Artıq 3-4 ildir ki, uşaq tərbiyə müəssisələrində balacaların istirahət və tərbiyəsi üçün lazımi şərait yoxdur. İstilik və işığın olmaması üzündən bağçalar tez-tez bağlanır. Valideynlər yüksəkkalorili ərzağın çatışmaması üzündən övladlarını bağçaya vermirlər. Şəhər istilik sisteminin işləməməsi, elektrik enerjisinin fasilələrlə verilməsi ümumtəhsil müəssisələrində, orta ixtisas məktəblərində, texnikum və institutlarda dərslərin aylarla dayandırılmasına səbəb olur. Tibbi ləvazimatların, dərman preparatlarının çatışmamasına görə uşaqlar arasında lazımi peyvəndlər aparılmır. Bu da, öz növbəsində, onların infeksion xəstəliklərə yoluxmasına səbəb olur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların, o cümlədən gənclərin və məhdud fiziki imkanlı şəxslərin əmək bazarına inteqrasiyasına, onların sosial rifahının yüksəlməsinə imkanlar yaradıb.
Cari ilin dörd ayı ərzində gənclərin və məhdud fiziki imkanlı şəxslərin məşğulluğu, onların peşə kurslarına cəlb edilməsi, müəssisələrdə müəyyən edilən kvota yerlərinə işə göndərilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılıb, məhdud fiziki imkanlı və hərbi xidmətini başa vuran 61 nəfər müvafiq işlə təmin edilib, 77 nəfər isə peşə kurslarına cəlb olunub.
Dövlət proqramının sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi bəndinin icrasına uyğun olaraq, mayın 26-da Şərur rayonunun Çərçiboğan və Yuxarı Daşarx kənd sakinləri – məhdud fiziki imkanlı Emin Məmmədovun və hərbi xidmətdən tərxis olunan Bəhlul Məmmədovun, Culfa rayonunun Bənəniyar kənd sakini, məhdud fiziki imkanlı İbrahim Həsənovun hər birinə bir baş heyvan (inək balası ilə birlikdə) verilib. Güzəştli şərtlərlə verilən inəklərin dəyəri 30 ay müddətində geri qaytarılacaq.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bu il tarixən formalaşan təsərrüfatçılıq ənənələrinin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Ənənəvi əkinçilik təsərrüfatı, xüsusən taxılçılıqla bağlı əkinçilik ənənələrinə aid yazı hazırlamaq qərarına gəldik.

Qədim Naxçıvanımız taxılçılıq ənənələrinin yarandığı ilk ərazilərimizdən biri olmuşdur. Arxeoloji materiallara söykənərək demək olar ki, Naxçıvanda hələ 8-9 min il bundan əvvəl əkinçilik mədəniyyəti yaranmış və inkişaf etməyə başlamışdır. Kültəpənin Еnеоlit təbəqəsindən həm yаbаnı, həm də mədəni tахıl dənlərinin tаpılmаsı Nахçıvаnın Cənubi Qаfqаzdа dənli bitkilərin bеcərildiyi ilk оcаqlаrdаn biri оlduğunu göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili ilə muxtar respublikamızın kənd yaşayış məntəqələrində vətəndaşlara müvafiq xidmətlər göstərilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün ayrılmış “Hyundai” markalı avtomobildə lazımi avadanlıqların quraşdırılması vətəndaşlara ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması kimi xidmətlərin göstərilməsinə imkan verir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobilinin növbəti dayanacağı mayın 20-də Şərur rayonunun Sərxanlı kəndi olub.
Nazirliyin əməkdaşı, polis baş leytenantı Seymur Tağıyev bizimlə söhbətində bildirdi ki, indiyədək Şərur rayonunun 19 kəndində belə səyyar xidmət göstərilib, növbəti günlərdə Gümüşlü və Axura kəndlərinin sakinləri bu xidmətdən yararlana biləcəklər. Hazırda burada vətəndaşlara 5 hüquqi növdə xidmət göstərilir. Çalışırıq ki, vətəndaşların müraciətlərini yerlərdə operativ şəkildə cavablandıraq, onların xidmətdən lazımınca yararlanmalarına şərait yaradaq.

Ardını oxu...

Duzdağda müalicə olunub sağlamlığıma qovuşdum

Hörmətli redaksiya!
Mən Bakı şəhərinin Yasamal rayon sakiniyəm. Məktubu yazmaqda məqsədim Naxçıvanda olduğum müddətdə aldığım təəssüratları oxucularla bölüşməkdir.

Bir neçə il əvvəl nəfəs almaqda çətinlik çəkdiyimdən həkimlər mənə Naxçıvana gedib müalicə almağı tövsiyə etdilər. Duzdağ haqqında əvvəllər eşitsəm də, yolun uzaq olması və bir az da nabələdlik səbəbindən bir il gələ bilməyib gözlədim. Ancaq üç il əvvəl ilk dəfə Duzdağ Fizioterapiya Mərkəzində olarkən məndə yaranan xoş təəssüratı indi də unuda bilmirəm. Təbiətin möcüzəsi insan əlinin qüdrəti ilə birləşdikdə nələr yaradıla bilərmiş, burada gördüm. Artıq üçüncü dəfədir ki, mərkəzdə olduğum müddətdə aldığım müalicə, həkim və tibb işçilərinin insanlara diqqəti, Naxçıvan şəhərində gördüyüm qonaqpərvərlik məndə yüksək təəssürat yaradıb, sağlamlığıma yenidən qovuşmağa mənə çox kömək eləyib. Bu yay mövsümü də məzuniyyətimi Naxçıvanda keçirməyi, Duzdağda müalicəmi davam etdirməyi planlaşdırıram. Qəzetiniz vasitəsilə ailəmiz adından Duzdağda yaradılan nümunəvi şəraitə görə öz səmimi minnətdar­lığımı bildirmək istəyirəm.

Hörmətlə, Əfruzə Qasımova
Bakı şəhər sakini

Buna ən çox sevinən uşaqlar idi...

Salam, hörmətli redaksiya! Bu məktubu sizə Naxçıvan şəhərindən yazıram. Daimi oxucunuz olduğumdan qəzetinizdə “Oxucu məktubları” rubrikasında yayımlanan məktubları çox maraqla oxuyuram.

Muxtar respublika sakini kimi qəzetiniz vasitəsilə bura gələn qonaqlardan bu qədim diyar haqqında xoş sözlər oxuyuruq. Belə bir məşhur ifadə var: “Aşıq gördüyün çağırar”. Doğrudan da, bu gün Naxçıvanın gözəlliyini görməmək, bu gözəlliklərdən ləzzət almamaq mümkün deyil. Yaşadığımız Naxçıvan şəhəri son dövrlər gözəlliyi ilə yanaşı, həm də bura gələn əcnəbi qonaqların sayının artması ilə də diqqəti cəlb edir. Bu isə onu göstərir ki, şəhərimizə maraq gündən-günə daha da artır. Ancaq mənim demək istədiklərim, sadəcə, bu gözəlliklər yox, həm də gözəlliklər içərisində şəhər sakinlərinə, xüsusilə uşaqlarımıza yaradılmış şərait haqqındadır.
Yaxşı yadımızdadır, 15-20 il bundan əvvəl uşaqlarımızı şəhərdə gəzdirmək üçün indiki qədər gözəl ünvanlar, əyləncə mərkəzləri yox idi. Gücümüz o qədər də ürəkaçan olmayan şəhər parklarına çatırdı. Ancaq indi vəziyyət tamam dəyişilib. Uşaq və yeniyetmələrin, o cümlədən gənclərin üz tuta biləcəyi çox gözəl obyektlərimiz var. Bu günlərdə peşəkar sirk ustalarının şəhərimizə təşrif buyurması və maraqlı pro­qramlarla çıxış etməsi isə təkcə uşaqlar deyil, böyüklər üçün də maraqlı oldu. Mən də fürsətdən istifadə edib balaca nəvəmlə bu əyləncədə iştirak etdim. Onu da deyim ki, Naxçıvanda sirk oyunlarının axırıncı dəfə nə zaman nümayiş etdirildiyini xatırlaya bilmirəm. Uşaqlarımız hər dəfə bu cür əyləncə proqramlarına yalnız televiziya vasitəsilə baxmalı olurdular. Ancaq sirkdəki oyunçularla canlı təmasda olmaq, onları yaxından görmək, düşünürəm ki, hər kəs üçün maraqlıdır. Biz də bir-birindən maraqlı nömrələri böyük sevinc və həyəcanla izlədik. Sirk çadırının tamaşaçılarla dolu olması bu əyləncəyə nə qədər böyük maraq olduğundan xəbər verirdi. Əlbəttə ki, buna ən çox sevinənlər uşaqlar idilər. Balaca Aygünün proqramdan sonra da mənə ünvanladığı suallar, sirk haqqında hər şeyi öyrənmək istəyi balacaların bu əyləncəyə nə qədər maraqlı olduqlarını göstərir. Bu cür tədbirlər gələcəyimiz olan uşaqların əyləncəsi ilə yanaşı, onların dünyagörüşlərinin artmasına, günümüzün yenilikləri haqqında məlumatlar toplamalarına da öz müsbət təsirini göstərir. Mən isə uşaqlarımızın yaddaşında xoş izlər buraxmış bu proqramın təşkilatçılarına minnətdarlığımı bildirmək üçün bu məktubu sizə yazdım.

Ləzifə Quliyeva
Naxçıvan şəhər sakini

Kəndimiz müasir yaşayış məntəqəsinə çevrilib

Hörmətli redaksiya! Yaşadığım Şahbuz rayonunun Gömür kəndi muxtar respublikanın ucqar sərhəd və dağ yaşayış məntəqələrindən biridir. Sovet dönəmində Gömür digər belə ünvanlarda yerləşən kəndlər kimi gözdənuzaq düşmüşdü. 1995-ci ildən sonra hərtərəfli qayğı ilə əhatə olunan kənddə ilk quruculuq tədbirlərinə öz ata-baba yurdlarından didərgin düşərək buraya pənah gətirən soydaşlarımıza yeni mənzillər tikilməsi ilə başlanıldı. Digər məqsədyönlü tədbirlər həyata keçirildi. Bunların davamı kimi bu il aprel ayının 22-də kənddə daha bir neçə obyekt istifadəyə verilib. Onlardan biri 2 mərtəbədən ibarət olan kənd mərkəzidir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, rabitə evi, kitabxana, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, mədəniyyət evi yerləşdirilib. Kənd mərkəzində yaradılan müasir iş şəraiti sakinlərin sosial problemlərinin vaxtında həllinə imkan verib.
Həmin gün gömürlülərin sevincinə sevinc qatan daha bir obyekt isə 2 mərtəbədən ibarət olan məktəb binasıdır. Burada 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter, şahmat otağı, kitabxana, hərbi kabinə, idman zalı və açıq idman qurğuları istifadəmizə verilib.
Gömürlülərə göstərilən daha bir qayğı burada istifadəyə verilən xidmət mərkəzidir. Mərkəzdə bərbərxananın, qadın gözəllik salonunun, ət satışı yerinin, ərzaq və təsərrüfat malları mağazalarının fəaliyyətindən istifadə üçün hərtərəfli şərait yaradılıb. Bununla da, kənd sakinlərinin zəruri ehtiyaclarını ödəmələri məqsədilə rayon və şəhər mərkəzinə üz tutmaları problemi aradan qaldırılıb.
Kənddə geniş abadlıq işləri aparılıb, kənddaxili yola asfalt örtük salınıb, yolboyu beton kanal çəkilib, bir neçə su keçidi qoyulub, Ağbulaq kəndindən Gömür kəndinədək və eləcə də kənd daxilində fiber-optik kabel, rabitə, elektrik, qaz və içməli su xətləri çəkilib.
Bizə göstərilən belə qayğı üçün kənd sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.

Zahid Aslanov
Gömür kənd tam orta məktəbinin müəllimi

Naxçıvanın müasir səhiyyə müəssisələrində indi ən çətin
cərrahi əməliyyatlar da uğurla aparılır

Hörmətli redaksiya!
Bu minnətdarlıq məktubunu təkcə öz adımdan yox, 5-6 aprel 2015-ci il tarixlərində Naxçıvan Diaqnos­tika-Müalicə Mərkəzində uğur­lu açıq ürək əməliyyatı aparılması sayəsində yenidən öz sağlamlığına qovuşmuş on nəfər muxtar respublika sakininin adından yazıram.
Dərin minnətdarlıq duyğusu ilə bildirmək istəyirik ki, müstəqil Azərbaycanda, onun ayrılmaz hissəsi olan ulu Naxçıvanda bütün digər sahələrlə yanaşı, səhiyyənin ən müasir standartlar səviyyəsində inkişafı, insanların sağlamlığının hərtərəfli şəkildə qorunması da daim diqqət mərkəzindədir. Diyarımızın səhiyyə ocaqları tamamilə yenidən qurulmuş, ən müasir tibbi avadanlıq, cihaz və aparatlarla, yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmuşdur. Bir vaxtlar hətta adi müayinə və müalicə imkanlarının məhdud olduğu Naxçıvanın səhiyyə müəssisələrində indi ən çətin cərrahiyyə əməliyyatlarının uğurla aparılması adi hala çevrilmişdir.
Biz bütün bunların şahidi olduq. Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuş ürək-damar cərrahiyyəsi üzrə tanınmış mütəxəssislər – tibb üzrə fəlsəfə doktoru Seymur Musayevin, eləcə də Nurlan Mahmudov və Kənan Əsəd­ovun, həmçinin Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı İntiqam Fətullayevin, həkimlərdən Xətayi Əliyevin, Şahin Mazan­ovun və digər tibbi personalın birgə zəhməti ilə keçirilən açıq ürək əməliyyatı nəticəsində biz, sözün əsl mənasında, yenidən həyata qayıtdıq. Əməliyyatdan sonrakı dövrdə də bizə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində mükəmməl tibbi xidmət göstərildi.
Artıq sağlamlığımız bərpa olunub, ağrı-acılarımız arxada qalıb, səhhətimiz tam normaldır. Dünyanın ən böyük neməti olan cansağlığına təkrar qovuşduğumuz üçün göstərilən böyük qayğıya, yaradılan şəraitə görə dərin minnətdarlığımızı bildiririk!

Tofiq Əliyev
Naxçıvan şəhər sakini

Məhdud fiziki imkanlı şəxslərə böyük diqqət və qayğı
göstərildiyinin bir daha şahidi oldum

Hörmətli redaksiya!

Sizə bu məktubu Şərur rayonunun Oğlanqala kəndindən yazıram. Mən ötən ayın əvvəllərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 nəfər sağlamlıq imkanları məhdud insanla Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə 20 günlük fizioterapevtik müalicə üçün göndərilmişdim.

Biz Naxçıvandan Bakıya, oradan da Türkiyənin mülayim iqlimə, təmiz havaya sahib Dənizli şəhərinə yola düşdük. Əzələ və skelet sistemi xəstə­liklərindən neyroloji xəstəliklərə, daxili xəstəliklərdən dəri xəstəliklərinə qədər bir sıra xəstəliklərin müalicə olunduğu bu mərkəz haqda əvvəlcədən məlumatım yox idi və adıçəkilən səhiyyə ocağı ilə tanış olarkən dövlətimizin biz məhdud fiziki imkanlı şəxslərə nə qədər diqqət və böyük önəm verdiyini bir daha dərindən anladım.
Xəstəliyimlə əlaqədar olaraq bildirim ki, son illər ayaqlarımda taqətsizlik yaranıb. Ayağa qalxa bilmirəm, əlil arabasına möhtacam. Tibbi innovasiyaların geniş tətbiq olunduğu Nobel Tibb Mərkəzinə göndərilməyim çox yerinə düşdü. Nəinki Türkiyənin, hətta dünyanın ən tanınmış tibb mərkəzlərindən olan bu müalicə ocağında mən və yoldaşlarım tərkibində bikarbonat, sulfat, maqnezium, sodium, kalsium, karbondioksid, dəmir maddələri olan, yerdən 58 dərəcə istiliklə çıxan qırmızı rəngli termal su və palçıq vannaları qəbul edərək müalicə aldıq. Bundan başqa, yerdən 36 dərəcə istiliklə çıxan ağ rəngli termal sulardan istifadə etməklə müalicə kursu keçdik, oradakı həkimlərdən faydalı məsləhətlər aldıq. Masajlar, elektroterapiyalar, lazerterapiyalar ağrılarımın aradan qaldırılmasına yardım etdi. Su hovuzlarında, salonlarda keçirilən fiziki müalicə kurslarına qatılmağım ağrılara səbəb olan amillərin aradan qaldırılmasında mənə çox kömək oldu. Hiss etdim ki, əzələlərim öz gücünü yenidən qazanır, dayaq-hərəkət sistemi bərpa olunur – sağalıram! Oradakı həkimlər tərəfindən müxtəlif fiziki metodlar vasitəsi ilə orqanizmimin funksional imkanları yaxşılaşdırıldı, müalicə-reabilitasiya, sağlamlaşdırıcı və bərpaedici müalicə kursları nəticəsində səhhətimdə böyük dəyişikliklər baş verdi. Müalicə kursu müddətində mən və yoldaşlarım çox sayda təbiət, mədəniyyət və ətraf mühitin tanıdılması ilə bağlı bir sıra tədbirlərə də qatıldıq. Bu da bizdə effektli müalicə üçün vacib olan yüksək əhval-ruhiyyə, xoş ovqat yaratdı.
Bundan əvvəl iki dəfə Ukraynada müalicəyə göndərilmişəm. Bu müalicə kurslarına göndərilməyimin mənə ən böyük faydası sağalıb əvvəlki kimi ayağa qalxacağıma, yeriyəcəyimə dair ürəyimdə ümid işığının yanması, daha doğrusu, dövlətimiz tərəfindən yandırılması oldu. Xarici ölkədə müalicə almaq üçün göndəriləcəyimi eşidəndə çox sevindim və bu xəstəlikdən qurtulacağıma inandım. İnam isə bir insan üçün hər şeydir. Məndə bu inamı yaratdığına görə dövlətimizə minnətdaram.

Zəminə Süleymanova
Şərur rayonunun Oğlanqala kənd sakini

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, 1941-1945-ci illər müharibəsi veteranlarının yubileylərinin qeyd edilməsi istiqamətində növbəti tədbir mayın 20-də Babək rayonunun Yarımca kəndində keçirilib. Budəfəki yubilyar 95 yaşlı Rza Rzayev olub.
Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsində tarixi qələbənin qazanılmasında yaxından iştirak edən muxtar respublikamızın oğul və qızlarının qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.

Ardını oxu...

İstər əhali, istərsə də ərazi baxımından muxtar respublikamızın ən kiçik rayonu olan Sədərəyi digər regionlardan, bölgələrdən fərqləndirən cəhətlər, xüsusiyyətlər az deyil. Bunlar, ilk növbədə, onun yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Əvvəla, Sədərək təkcə Naxçıvanın yox, bütöv məmləkətimizin ən ucqarda və sərhəddə yerləşən torpaqlarından biridir: mənfur ermənilərlə həmsərhəddir.

Digər tərəfdən isə dost və qardaş ölkə olan Türkiyə ilə cəmi 11 kilometrlik sərhəd xətti də bu ərazidə (Araz çayı boyunca) yerləşir. Bax bu mənada Sədərək rəmzi bir qapıdır. Bu qeyrət qalası düşmənlərimiz qarşısında qurulub, onları diz çökdürmək, torpaqlarımıza buraxmamaq üçündür. 2002-ci ilin avqust ayında Sədərək əhalisi ilə görüşündə ümummilli liderimiz Heydər Əliyev deyib: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir”.
Sədərəklilər keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində düşmənə qarşı göstərdikləri qəhrəmanlıqları ilə dastan yazdılar. “Şərq qapısı” qəzetinin 1994-cü il 5 fevral tarixli nömrəsində dərc olunan “Sədərək qorunur, yaşayır!” adlı məqalədən oxuyuruq ki, sədərəklilərin şücaəti, qəhrəmanlığı dillərdən düşməyib, sərhədlər aşıb. Belə şücaəti və qəhrəmanlığı ancaq öz yurduna, öz torpağına, öz dövlətinə bağlı olan insanlar göstərə bilərlər.

Ardını oxu...

Yaz fəsli gəlişi ilə əhval-ruhiyyəmizi yüksəltməklə yanaşı, müəyyən mövsümi xəstəlikləri də özü ilə gətirir. Bu xəstəliklərin səbəbləri, ilk növbədə, fəsil dəyişkənliyi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur. Xüsusən immun sistemi zəif olan insanlar bu aylarda tez-tez xəstəliklərə tutulurlar. Daha çox uşaq və yaşlılarda özünü göstərən bu tip xəstəliklərə el arasında mövsümi xəstəliklər deyilir.

Bəs bu xəstəliklər necə yaranır? Bu xəstəliklərdən uşaqlarımızı necə qorumalıyıq? Suallarımıza cavab tapmaq üçün Nehrəm Kənd Sahə Xəstəxanasının baş həkimi, pediatr Hüseyn Niftəliyevə müraciət etdik. Həkimin çox vaxtını almadan gəlişimizin səbəbini söyləyib suallarımızı ünvanlayırıq.
Son zamanlar uşaqların tez-tez xəstəliklərə yoluxduğunu bildirən Hüseyn Niftəliyev bunu mövsümlə əlaqələndirdi, yaz-yay fəsillərində körpə uşaqlarda ən çox rast gəlinən problemlərin vitamin çatışmazlığı və allergik xəstəliklər olduğunu dedi. Həkimin sözlərinə görə, tibdə “polinoz” adlandırılan bu fəsadlar, əsasən, uşaqları əhatə edir: “Ağacların yarpaqlaması, çiçək açması, çiçək tozunun olması ilə bağlı uşaqlar arasında allergik xəstəliklər tez-tez baş verir. Bu vaxt uşaqlarda asqırmalar, gözdə və boğazda qaşınma kimi simptomlar meydana çıxır. Əgər bunlar müalicə olunmasa, xəstəlik bronxial-astmaya keçə bilər”.

Ardını oxu...

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.
Çıxışlarda bildirilib ki, muxtar respublikamızda dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu sahədə mühüm işlər görülür, aparılan sosial siyasət ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün Naxçıvan Muxtar Respublikasında 94 minə yaxın ailə yaşayır. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Muxtar respublikada yaşayan aztəminatlı ailələr, o cümlədən qaçqın və məcburi köçkün ailələri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələri, eləcə də aztəminatlı ailələr kateqoriyasından 500-ə yaxın ailə mənzillə təmin edilib, onların sosial müdafiəsi gücləndirilib.

Ardını oxu...

Şərur rayonunun Çomaxtur kənd tam orta məktəbində üzunömürlü ailələrin yeniyetmə və gənclərlə görüşü keçirilib. Dəyirmi masa arxasında keçirilən tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov çıxış edərək bildirib ki, ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Yeni nəslin tərbiyə olunmasında ailə əvəzsizdir. Cəmiyyətin formalaşması və inkişafında ailə mühüm vasitə olmaqla yanaşı, insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ülvi mühitdir. Ailəni fərqli edən cəhət də məhz budur. Ailələrin uzunömürlü olmasında iki amil mühüm əhəmiyyət kəsb edir. Biri ailələrə dövlət qayğısıdırsa, digəri ailəni quran tərəflərin adət-ənənələrə, milli-mənəvi dəyərlərə bələd olmaqla onu ailə üzvlərinə mənimsətməsidir. Muxtar respublikada yaşayan ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bütün bunlar ailələrin uzunömürlü olmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün muxtar respublikamızda evliliklərinin 70 ili tamam olan ailələr çoxdur.

Ardını oxu...

 Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il  mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycanda bu günün qeyd olunması həm də milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsədə xidmət edir.

Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Başqa sözlə, ailə vahid qayə uğrunda birlikdə var olub çalışan üzvlərin, qohum-əqrəbaların cəmidir, onların yaşayış tərzində ən əhəmiyyətli bir yer tutan təməldir. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduqları ən ali dəyərdir.

Ardını oxu...

15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Əlincə kəndində yaşayan II qrup əlil Qəhrəman Orucovun ailəsi ilə görüşün keçirilməsi ailənin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyıb. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailənin üzvlərini tibbi müayinədən keçirib, onlara məişət əşyası və ərzaq payı veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədi ailələrin rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Bunun üçün əlverişli şərait yaradılıb, yeni iş yerləri açılıb və əhalinin məşğulluğu təmin edilib, vətəndaşlarımızın gəlirlərinin davamlı və sabit artım tempi formalaşıb. İqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib, nəticə olaraq, əhalinin sosial müdafiəsi daha da gücləndirilib.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda növbəti maarifləndirici kurs təşkil edilib.
Mayın 12-də başlayan və yeddi iş günü davam edəcək kursa “Cahan Holdinq” Kommersiya Şirkətlər İtti­faqının, Naxçıvan Avtomobil Zavodunun, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin, “Sirab”, “Əcəmi“ Tikinti-Quraşdırma və “Naxçıvan Tikiş” Açıq Səhmdar cəmiyyətlərinin, “Prestij Naxçıvan Pivəsi”, “Dekor Qrup“, “Ləzzət Qida-Sənaye”, “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Dostluq” və “Bizim Qida” Məhdud Məsuliyyətli cəmiyyətlərinin kadr işləri üzrə, ümumilikdə, 14 mütəxəssisi cəlb edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı” na uyğun olaraq, 1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileylərinin keçirilməsi davam etdirilir.
Bu istiqamətdə növbəti görüş mayın 13-də Naxçıvan şəhər sakini Dilbər Təhməzbəyova ilə olub. Görüşdə iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsində muxtar respublikamızdan da minlərlə oğul və qızlarımız cəbhəyə yollanıb və işğal olunmuş ərazilərin azad olunmasında, tarixi qələbənin qazanılmasında yaxından iştirak ediblər. Onların qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Muxtar respublikada 1941-1945-ci illər müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Mayın 9-da – faşizm üzərində qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində 1941-1945-ci illər müharibəsi veteranlarına da “NAZ-Lifan-320” markalı minik avtomobilinin təqdim edilməsi bu qayğının daha bir bariz nümunəsidir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR