22 Dekabr 2024, Bazar

Ətraf mühitin mühafizəsi, normadan artıq çirklənməsinə səbəb olan halların qarşısının alınması, bu sahədə idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan şəhəri ərazisində 2015-ci ilin 25 may-5 iyun tarixlərində ekoloji monitorinqlər keçirilib.
Monitorinqlərdə iaşə məntəqələrində, o cümlədən şadlıq saraylarında və istirahət mərkəzlərində istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi və digər fəaliyyətlərə ekoloji nəzarətin səviyyəsi yoxlanılıb. Monitorinq zamanı, eyni zamanda şəhər ərazisində məişət tullantılarının toplanması üçün yerləşdirilmiş təmizlik qutularına baxış keçirilib və müəyyən edilib ki, havaların istiləşməsi, temperaturun artması ilə əlaqədar olaraq infeksion xəstəliklərin yaranması, ətraf mühitin iy, qoxu ilə çirklənməsinin qarşısının alınması məqsədilə tullantıların yığışdırılması soyuq havalara nisbətən daha tez-tez həyata keçirilməlidir.

Əhalinin istifadə etdiyi içməli suların ekoloji-sanitar təmizliyinin yoxlanması məqsədilə müəyyən edilmiş mənbələrdən su nümunələri götürülüb, fiziki və kimyəvi xassələrini öyrənmək məqsədilə analiz və təhlillər aparılıb. Əldə edilmiş nəticələr içməli suların ekoloji təmiz və içməli su kimi istifadəyə tam yararlı olduğunu müəyyən edib.
Məişət və istehsalat tullantılarının toplandığı ərazilərdə, poliqonlarda tullantıların çeşidlənərək zərərsizləşdirilməsi, basdırılması, poliqon ərazisinin çəpərlənməsi sahəsində mövcud çatışmazlıqlar müəyyən edilib və aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə tövsiyə-xəbərdarlıqlar olunub.
Aparılan ekoloji monitorinqlər zamanı ətraf mühiti normadan artıq çirkləndirən subyektlər aşkar edilməyib və Naxçıvan şəhəri ərazisindəki mövcud ekoloji durum əlverişli qiymətləndirilib.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR