Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, 1941-1945-ci illər müharibəsi veteranlarının yubileylərinin keçirilməsi davam edir.
Bu istiqamətdə növbəti görüş iyulun 2-də Kəngərli rayonunun Xok kənd sakini Əli İbrahimovla olub. Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, ölkəmizin sürətli inkişafı 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə təminat verir. Belə ki, onların minik avtomobilləri ilə təmin edilməsi, sanatoriya və pansionatlarda müalicə üçün göndərişlərlə, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunması, veteranlara pensiya və müavinətlərlə yanaşı, hər ay Prezident təqaüdünün ödənilməsi müharibə veteranlarının rifahının yüksəlməsinə xidmət edir.
Əli İbrahimov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti