22 Dekabr 2024, Bazar

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.
Çıxışlarda bildirilib ki, muxtar respublikamızda dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu sahədə mühüm işlər görülür, aparılan sosial siyasət ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün Naxçıvan Muxtar Respublikasında 94 minə yaxın ailə yaşayır. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Muxtar respublikada yaşayan aztəminatlı ailələr, o cümlədən qaçqın və məcburi köçkün ailələri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələri, eləcə də aztəminatlı ailələr kateqoriyasından 500-ə yaxın ailə mənzillə təmin edilib, onların sosial müdafiəsi gücləndirilib.

Gənc ailələrin də mənzillə təminatı üçün yeni binalar salınır, ipoteka yolu ilə gənclərə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ailələrin sosial rifahının yaxşılaşdırılmasında, işaxtaranların məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, muxtar respublikada uzun­ömürlü ailələrin yubileylərinin qeyd edilməsi artıq bir ənənəyə çevrilib. Hər il uzun­ömürlü ailələrin “gümüş”, “qızıl”, “brilyant”, “firavanlıq”, “ənənəvi ” toyları qeyd olunur, ailə üzvlərinə qiymətli hədiyyələr verilir.
Tədbirdə uzunömürlü, gənc və hərbçi ailələrin üzvləri çıxış edərək muxtar respublikada ailələrin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Beynəlxalq Ailə Günü münasibətilə ailələrə hədiyyələr təqdim olunub.
Sonra Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda II muxtar respublika yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrin üzvlərinin və Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçası fidanlarının ifa və çıxışları alqışlarla qarşılanıb.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR