22 Dekabr 2024, Bazar

Ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması və sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun tətbiq edilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli və şəffaf bölgüsünə imkan verib. Muxtar respublikamızda da bu məsələlər diqqət mərkəzində saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb.
Fonddan aldığımız məlumata görə, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) ya­radılması nəticəsində məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını bankomat kartları vasitəsi ilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açıb.

Naxçıvan Muxtar Respublikası elektron hökumət portalına (www.e-hokumet.nmr.az) Dövlət Sosial Müdafiə Fondunun 20 adda elektron xidməti inteqrə edilib. Fond tərəfindən göstərilən elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparılır.
Məlumatda o da bildirilir ki, hazırda sığortaolunanın onlayn uçota alınması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, sığortaolunanlara məlumatların verilməsi, pensiya kalkulyatoru, pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, pensiyaçıya məlumatların verilməsi, məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi xidmətləri fəaliyyət göstərir.
Elektron xidmətlərdən istifadə etmək üçün dsmf.nakhchivan.az internet ünvanında yerləşdirilmiş elektron xidmətlər bölməsinə daxil olmaq lazımdır. Elektron xidmətlərdən istifadə ödənişsizdir. Digər elektron xidmətlərin də yaxın vaxtlarda fəaliyyət göstərməsi üçün fond tərəfindən müvafiq işlər aparılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR