22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı” na uyğun olaraq, 1941-1945-ci illər müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileylərinin keçirilməsi davam etdirilir.
Bu istiqamətdə növbəti görüş mayın 13-də Naxçıvan şəhər sakini Dilbər Təhməzbəyova ilə olub. Görüşdə iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsində muxtar respublikamızdan da minlərlə oğul və qızlarımız cəbhəyə yollanıb və işğal olunmuş ərazilərin azad olunmasında, tarixi qələbənin qazanılmasında yaxından iştirak ediblər. Onların qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Muxtar respublikada 1941-1945-ci illər müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Mayın 9-da – faşizm üzərində qələbənin 70-ci ildönümündə Naxçıvan şəhərində 1941-1945-ci illər müharibəsi veteranlarına da “NAZ-Lifan-320” markalı minik avtomobilinin təqdim edilməsi bu qayğının daha bir bariz nümunəsidir.

Qeyd olunub ki, müharibə iştirakçılarına müxtəlif növ xidmətlər göstərilir. Belə ki, müharibə əlili və müharibə iştirakçılarına hər ay Prezident təqaüdü ödənilir, onlar respublikanın sanatoriya və pansionatlarında müalicə olunmaları üçün göndərişlərlə, ehtiyacı olanlar texniki bərpa vasitələri və protez ortopediya məmulatları ilə təmin olunurlar. Bütün bunlar müharibə veteranlarının sağlamlıqlarının qorunmasına, həyat səviyyələrinin yüksəlməsinə xidmət edir.
Dilbər Təhməzbəyova yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR