22 Dekabr 2024, Bazar

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Babək Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirib.
Yığıncağı Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta olunmağın vacibliyindən danışıb, baş verən bədbəxt hadisələrə qarşı vaxtında sığortalanmağın faydalarını diqqətə çatdırıb. Baş direktor hazırda tətbiq olunan icbari və könüllü sığortaların əhəmiyyətindən də bəhs edərək bu sahədə Babək rayonunda müəyyən işlər görüldüyünü bildirib. Çıxışda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də könüllü sığorta növlərindən olan ev əmlakının sığortası, avtonəqliyyat vasitələrinin tam sığortası, fərdi qəza sığortası, mal-qaranın sığortasının hüquqi və fiziki şəxslər üçün əhəmiyyəti baş vermiş konkret hadisələr ətrafında təhlil edilərək tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Babək rayonunda sığorta fəaliyyəti sahəsində görülmüş işlər ətraflı təhlil edilib, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, Babək rayonunda icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsi yolu ilə yaradılmış sığorta ənənələrinin dərinləşdirilməsi və bunun vasitəsilə bütün vətəndaşlar üçün etibarlı sığorta təminatını yaratmaq qarşımıza qoyulan vəzifələrdəndir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Şöbəsinin və Babək Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin nümayəndələri görülmüş işlər barədə məlumat veriblər.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseyn­əliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR