22 Dekabr 2024, Bazar

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il noyabrın 13-ü “Beynəlxalq Gözdən Əlillər Günü” kimi qeyd olunur.
13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dünən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında tədbirlər keçirilib.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud şəxslərə göstərilən müxtəlif növ sosial xidmətin səviyyəsi yüksəldilir, onların cəmiyyətə inte­q­rasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Ardını oxu...

Gömür kəndinə ilk dəfə idi, gedirdim deyə, avtomobilin pəncərəsindən ətrafı diqqətlə seyr edir, yol kənarlarını, uzaqdan boy göstərən dağları, göz işlədikcə uzanan payız mənzərəsini yaddaşıma köçürürdüm. İlin payız vədəsində kənd yerlərinin, həm də ucqar dağ kəndlərinin ayrı bir mənzərəsi olur.
Kəndə getməkdə əsas məqsədim burada yeni tikilən obyektlərlə tanış olmaq, müasirləşən daha bir kəndin timsalında muxtar respublikamızda gedən geniş abadlıq və quruculuq işlərindən yazı hazırlamaq idi.
Bunun üçün bir gün öncədən Gömür haqqında müxtəlif mənbələrə göz gəzdirmiş, kəndin adının etimologiyası ilə maraqlanmışdım. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilir ki, 1590 və 1727-ci illərdə də bu ad olduğu kimi yazılmış və kənd əhalisi türklərdən ibarət olmuşdur. AMEA Naxçıvan Bölməsinin Onomastika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Adil Bağırovun “Naxçıvanın oykonimləri” monoqrafiyasında “Gömür” adının açılışı isə belə verilir: “Bu ad qədim türk abidələrinin dilində işlənib və “dağ başında dar, yarğanlı, uçurumlu yer” mənasını bildirir”.

Ardını oxu...

Hələ qədim zamanlardan bağ salmaq, gül əkmək, ümumiyyətlə, yaşıllıq yaratmaq ata-babalarımızın adəti olub. Ağac əkmək, xüsusilə meyvə ağacı, tənək becərmək bolluq, şirinlik, mehribanlıq nişanəsi hesab edilib. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, yaxşı gün-güzəran qismət olar.
“Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs sayıblar.
Görün ulularımız nə deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”...

Qədim çağlardan bizim elimiz – odlar yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub qayğısına qalıb, qocaman ağacların yerini versin deyə, cavanlarını əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Axı ağac da insan kimi qulluq istəyir.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişafı üçün əlverişli vasitə olaraq qəbul edilir.

Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi adıçəkilən strategiyanın başlıca prinsiplərindəndir.

Ardını oxu...

Son illər muxtar respublikamızda görmə məhdudiyyəti olan şəxslərin reabilitasiyası və sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində əsaslı tədbirlər həyata keçirilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görmə qabiliyyəti məhdud şəxslərin iştirakı ilə tədbirlər təşkil edilir.
Noyabrın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində növbəti tədbir – görmə məhdudiyyəti olan şəxslər arasında brayl yazı müsabiqəsi keçirilib. Müsabiqədə bu kateqoriyadan olan 8 nəfər iştirak edib.
Əsas məqsəd bu kateqoriyadan olan şəxslərə qayğının artırılması, onların bacarıq və qabiliyyətini üzə çıxarmaqla onlarda özünəinam hissi yaratmaq idi.
Sonda münsiflər heyətinin rəyinə əsasən, ilk üç yerə layiq görülmüş müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Əmək ehtiyatlarından daha səmərəli istifadə edərək əhalinin məşğulluğunu təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Dövlət proqramının aktiv məşğulluq tədbirləri üzrə bəndinin icrasına uyğun olaraq, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə muxtar respublikada əmək bazarının tələbləri nəzərə alınmaqla əmək yarmarkaları təşkil edilir.

Ardını oxu...

“Şərq qapısı” qəzetində fəaliyyətə başlayanda ilk dəfə bu rayondan yazı hazırlamışam. Bu rayona sonralar tez-tez yolum düşüb. Növbəti belə imkan bir neçə gün əvvəl reallaşdı. Yol boyu Şahbuz haqqında eşitdiklərimin, oxuduqlarımın hamısını bir kənara qoyub, ilk olaraq, bu qədim yurd yerinin adının etimologiyası haqqında düşünürdüm. Düzdür, bu barədə bir qədər məlumatım var idi. Bu məlumatları dəqiqləşdirmək üçün AMEA-nın müxbir üzvü Adil Bağırova müraciət etdim.

Alim bildirdi ki, bununla bağlı müxtəlif versiyalar mövcuddur. Tarixi mənbələrdə “Şahbuz” adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə və Əmir Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində rast gəlinir. Ancaq faktlar göstərir ki, Şahbuz ərazisi daha qədim yaşayış məskənidir. Bu cəhətdən adın mənası ilə bağlı xalq etimologiyasında, Q.Qeybullayev, M.Təhmasib, T.Hacıyev kimi tədqiqatçıların araşdırmalarında müxtəlif fikirlər səslənir. Həqiqətə daha uyğun olanı isə M.Təhmasibin gəldiyi qənaətdir. “Şahbuz” sözünün “şah” hissəsi “hündür, yüksək” anlamlarında işlənir. Alim “Şahbuz” sözünün ikinci komponentini (bus//buz) qəbilə adı ilə əlaqələndirir. Və bu qəbiləni Midiya qəbilələrindən biri kimi təqdim edir. Buslar türkmənşəli etnos olub, öz adlarını bir qisim toponimlərdə, o cümlədən Şahbuz adında yaşatmışlar. Belə ehtimal olunur ki, sözün birinci hecası olan “şah” “bus//buz” tayfa adı ilə birləşərək “buslara məxsus yüksək yer” mənasını verir.
Adil Bağırova görə, bu adın məna açımı ilə bağlı belə bir ehtimal da məqbul sayıla bilər. Sözün “şah” komponentinin vaxtilə bu ərazilərdə yaşamış “saq” türk qəbilə birləşməsinin adından götürülməsi mümkündür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari ilin oktyabr ayı ərzində fiziki imkanları məhdud şəxslər tərəfindən toxunan 1809 cüt yun corab “N” hərbi hissəyə təhvil verilib. Noyabrın 5-də 1157 cüt yun corabın hərbi hissəyə təhvil verilməsi ilə əlaqədar növbəti tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirib ki, bu günə kimi fiziki imkanları məhdud 24 şəxs tərəfindən toxunan 2966 cüt yun corab hərbi hissələrə təhvil verilib. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da xidmət edir.
“N” hərbi hissənin zabiti, mayor Şöhrət Səfərov komandanlıq adından minnətdarlığını bildirib.
Məlumat üçün qeyd edək ki, hərbi hissələr üçün yun corabların toxunması bu il avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu istiqamətdə verilmiş tapşırığın icrası ilə əlaqədar olaraq həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Noyabrın 5-də Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Göydərə kəndində təbii qazdan, sudan, elektrik enerjisindən düzgün istifadə qaydalarına, həmçinin “Uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyunqaçırma inzibati və cinayət məsuliyyətinə səbəb olur” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol vermə­məlidir. Əli Adıgözəlov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə də sakinlərə məlumat verib.

Ardını oxu...

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiya işinin kompleks şəkildə təşkili, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3-5 noyabr tarixlərində protez-ortopedik məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan 66 məhdud fiziki imkanlıya, o cümlədən 22 ahıla və sağlamlıq imkanları məhdud 9 uşağa növbəti səyyar xidmət göstərilib.
Tibbi-texniki heyət məhdud fiziki imkanlı şəxslərin evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 17 nəfərin protez və ortez sifarişləri qəbul edilib, 2 nəfərin protezləri təmir olunub, eyni zamanda 66 nəfər texniki-bərpa vasitələri ilə, o cümlədən 11 nəfər eşitmə apartı, 55 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Havaların soyuması ilə əlaqədar olaraq, muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayır. Ötən illərin təcrübəsi onu göstərir ki, bəzi hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın və zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bütün bunlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi qəbuledilməz hallara yol verilməsi zamanı baş verən bədbəxt hadisələrdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq, qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərinə ciddi əməl olunmasını vacib hesab edir.

Ardını oxu...

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl edilməsi, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin və vətəndaşların hüquq və vəzifələri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ülkər Möhsümova açaraq təhsil müəssisəsində yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən təhlükəsizlik tədbirlərindən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidov “Təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təşkili və yanğın təhlükəsizliyi sahəsində vətəndaşların, müəssisələrin hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin baş zabiti, daxili xidmət baş leytenantı Telman Əhmədovun, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin əhalinin maarifləndirilməsi və metodik yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarovun, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət baş leytenantı Hasil Məmməd­ovun çıxışları olub.
Tədbirdə dəm qazı və yanğın təhlükəsizliyi ilə bağlı videomaterial nümayiş etdirilib, iştirakçılara “Yaşayış evlərində və mənzillərdə yanğın təhlükəsizliyi qaydaları” adlı yaddaş kitabçaları paylanılıb.

Xəbərlər şöbəsi

Bu gün muxtar respublikamızda insan amili ön planda dayanır. Bu sırada sağlamlıq imkanları məhdud uşaqlar da davamlı qayğı əhatəsindədirlər. Regionumuzda bu istiqamətdə həyata keçirilən tədbirlər həm onlar, həm də muxtar respublika sakinləri tərəfindən rəğbətlə qarşılanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu istiqamətdə atılan növbəti addımdır.

Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunması məqsədilə qəbul olunan bu pro­qrama əsasən, cari ildə bir sıra mühüm tədbirlər həyata keçirilib. Ən mühüm tədbirlərdən biri isə bu il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi oldu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Culfa rayonunun Ərəzin kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.

Ardını oxu...

Artıq bir neçə ildir ki, ölkəmizdə Aşura günü qanvermə aksiyaları keçirilməkdədir və bu, təqdirəlayiq haldır. Bu yolla həm dindarların bədənindən qan çıxarmaq arzusu sivil qaydada reallaşır, həm də dindarlar verdikləri qanla qana ehtiyacı olan xəstələrin həyatını xilas edir, savab qazanırlar.
Son bir neçə ildə olduğu kimi, bu il də həm Naxçıvan şəhərində, həm də ayrı-ayrı rayonlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.

Ardını oxu...

Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdəndir. Ölkə başçısı tərəfindən qanunvericiliyə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması və Dövlət Sosial Müdafiə Fondunun serverlərində nadir elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılmasına şərait yaradıb.

Ardını oxu...

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir.
Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. Qeyd olunub ki, muxtar respublikamızın hərtərəfli inkişafı əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması nəticəsində əvvəlki illərdə olduğu kimi, cari ildə də xeyli iş yerləri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları əhalinin məşğulluğunun artırılmasında, onların müvafiq işlərlə təmin olunmasında böyük rol oynayır.

Ardını oxu...

XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, ayrı-ayrı regionların bir-birinə daha çox inteqrasiya olunduğu, zəngin keçmişi olan xalqların ənənəvi dəyərlərinin daha çox sıxışdırılmağa məruz qaldığı, hər bir dövlətin həyata keçirdiyi siyasətdə öz gələcəyini sağlam təməllər üzərində qurmaq prinsipinin qabardıldığı, bir sözlə, hər an yeniləşən, hadisələrin intensiv xarakter aldığı bir zamandır. Əlbəttə, belə bir dövr uşaqlarla aparılan işin metodikasını dəyişməyi, zamanla uzlaşdırmağı tələb edir. Bunu edən, eramızın sayca sonuncu əsri ilə ayaqlaşan dövlətlər öz gələcəyinə inana bilərlər.

Ardını oxu...

Hər bir fəslin özünəməxsus gözəllikləri var. Bununla belə, fəsil dəyişkənliyi insan orqanizmində müəyyən dəyişiklik­lərin baş verməsinə səbəb olur. Buna görə də gün ərzində, həmçinin fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza ciddi diqqət yetirməliyik. Nəzərə alsaq ki, artıq payız fəslidir və qarşıda bizi bundan da soyuq havalar gözləyir, o zaman mütləq şəkildə özümüzü havanın soyuğundan qorumalı və sağlamlığımıza biganə yanaşmamalıyıq. Havalar soyuduqca bədənin müqaviməti azalır. Bədən zəiflədiyi üçün xəstəliyə yoluxma halları daha çox müşahidə olunur. Mütəmadi olaraq işləyən insanlarda və ya məktəblilərdə bu cür hallara tez-tez rast gəlmək mümkündür. Havaların qəfil soyuması xroniki xəstəlikləri olan insanlara daha tez təsir edir və bəzi mövsümi xəstəliklər baş qaldırır. Bu cür xəstəliklərdən qorunmağın yollarını öyrənmək üçün həkim İsmət İmanova ilə həmsöhbət olduq:

Ardını oxu...

İnsan üçün onun həyatı və sağlamlığı ən dəyərli nemətdir. Bu nemətin qorunması, onun daim qiymətləndirilməsi də insanları düşündürən əsas qayğılardandır. Günün 24 saatı ərzində baş verə biləcək bəzi gözlənilməz hadisələr isə bəzən elə nəticələnə bilər ki, dəyən maddi zərərlərin əvəzinin ödənilməsi yalnız sığorta yolu ilə mümkün olar. Adamların fərdi təhlükəsizliyi və rahat həyatının təmin olunmasında sığortanın əhəmiyyəti də buradan görünməkdədir. Buna görə hər bir ölkədə vətəndaşların həyat və sağlamlığını riskli təbii və texnogen hadisələrdən sığortalamaq əsas vəzifələrdən biri hesab edilir.

Ardını oxu...

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Şərur rayonunda keçirilən növbəti əmək yarmarkasında bu barədə geniş danışılıb.

Ardını oxu...

Texnologiyanın  insanlara çox böyük faydası olduğu günümüzün həqiqətidir. Sənayenin inkişafında da texnologiyanın payı çox böyükdür. Texnologiyanın faydasını aşağıdakı kimi ümumiləşdirə bilərik: internet sayəsində dünyanın bir ucundan digər ucuna məlumatın sürətli bir şəkildə çatdırılması. İnsanların  həyatına sürətli bir şəkildə nüfuz edən internet yalnız fərdlərin deyil, eyni zamanda təşkilatların da strukturlarına və iş quruluşlarına  təsir etməkdədir. 

Texnologiyadan müasir günümüzdə hər sahədə istifadə olunur: məsələn, tibdə günbəgün təkmilləşən cihaz və aparatların icad edilməsini, təhsildə texnologiyadan geniş istifadə edilməklə məktəblərdə dərs izah etməyin asanlaşmasını, həm də vizual baxımdan şagirdlərin inkişafının təmin edilməsini və başqa faktorları sadalaya bilərik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Babək Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə rayonda növbəti əmək yarmarkası keçirilib. 

Tədbiri giriş sözü ilə Babək Rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq bildirib ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.

Ardını oxu...

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Gənclərin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, gənc­lər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.

Bu gün muxtar respublikamızda gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli və vətənpərvər ruhda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı bu məsələlərin həlli istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsinə təkan vermişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ordubad Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 28-də rayonda növbəti əmək yarmarkası keçirilib. Yarmarkaya 20 dövlət və özəl müəssisədən 222 boş iş yeri çıxarılıb.
Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək bildirib ki, əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. İndi muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Rayonlarda fəaliyyət göstərən məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov rayonda əhalinin məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışıb.
İşaxtaran vətəndaş Aysel Məmmədli yarmarkanın təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
Yarmarkada 11 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində insan amili, əhalinin məşğulluğunun və rifahının yüksəldilməsi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu mənada mühüm əhəmiyyət daşıyır. Ötən dövr ərzində proqramın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaratmışdır.
2014-cü ilin ötən 9 ayında dövlət proqramının icrası ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsi ilə birlikdə muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmışdır. Boş iş yerləri haqqında məlumatların toplanması mütəmadi nəzarətdə saxlanılmış, ümumilikdə, 332 müəssisədə sorğular keçirilmişdir. Bu dövr ərzində muxtar respublikanın əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi üçün də müvafiq işlər görülmüşdür. Belə ki, yanvarın 29-da “Naxçıvan Biznes Mərkəzi” MMC-də işəgötürənlərlə görüş keçirilmiş, əcnəbi işçilərə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsinin, yerli əmək ehtiyatlarından istifadə edilməsinin zəruriliyi və əmək bazarının tələbinə uyğun təşkil olunacaq peşə kursları barədə məlumatlar verilmişdir. Əlavə olaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən cari ilin may və avqust aylarında muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə əmək miqrasiyası sahəsində maarifləndirici görüşlər keçirilmişdir.

Ardını oxu...

Dünən Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, tədbirdə mərkəzin direktoru Yalçın Hüseynovun, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, muxtar respublikanın bütün bölgələrində, eləcə də Culfa rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı­ödənilən ictimai işlərə cəlb olunması da təmin edilir. Culfa rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir.
İşaxtaran vətəndaş Pərvin Süleymanov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək qeyd edib ki, bu qəbildən fəal məşğulluq tədbirləri rayon sakinləri tərəfindən maraqla qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
20 dövlət və özəl müəssisədən 154 boş iş yerinin çıxarıldığı yarmarkada 25 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında əhalinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Cari ilin ötən doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsi, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təminatı, onların cəmiyyətə inteqrasiyasının, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikamızda aztəminatlı ailələrin sosial rifah halının davamlı olaraq yüksəldilməsi diqqət mərkəzindədir. Cari ilin 9 ayı ərzində bütün növ müavinətlərə 10 milyon 31 min 359 manat, o cümlədən ünvanlı dövlət sosial yardımına 2 milyon 584 min 392 manat, bütün növ müavinətlərə isə 7 milyon 446 min 967 manat vəsait sərf olunmuşdur. Hazırda muxtar respublika üzrə 2996 ailənin 11 min 849 ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Culfa Rayon Şöbəsi tərəfindən Kırna kəndində keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxış edərək məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sığortaolunanların pensiya təminatı hüququ və onların fərdi uçot sistemi vasitəsilə əhatə olunması ilə bağlı məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd olunub ki, məcburi dövlət sosial sığortası “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə, bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilən sosial təminat formasıdır. Belə ki, işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir. Məcburi dövlət sosial sığortası həyata keçirilən əmək müqaviləsi üzrə çalışan işçilər sığortaolunan hesab edilir və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta şəhadətnaməsi verilir.
Vurğulanıb ki, qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilib. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar.
Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən onlayn ödəmə sistemi vasitəsilə bankda nağd qaydada və ya internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, dünən Şahbuz rayonunda keçirilən əmək yarmarkasına 13 təşkilatdan 120 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə məşğulluq xidməti orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. İşəgötürən müəssisə və təşkilatların nümayəndələri məşğulluq mərkəzlərinin mütəxəssisləri ilə birlikdə işaxtaran vətəndaşları müasir dövrdə əmək bаzаrındа işçi qüvvəsinə yaranmış tələbаtla bağlı ətraflı şəkildə məlumatlandırmalı, onlara arzuladıqları işlə təmin olunmaq üçün zəruri tövsiyələr verməlidirlər.
İşaxtaran vətəndaş Nihad Baxşəliyev belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.
16 nəfərə işə göndərişin verildiyi yarmarkada Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəlal Paşayev çıxış edərək rayonda əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, növbəti bu qəbildən olan yarmarka bu gün Culfa rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

Oktyabrın 21-də Sədərək Rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Həsən Nəsirov açıb.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxış edərək qeyd edib ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Sədərək rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Sədərək rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” da bu mənada mühüm əhəmiyyətə malikdir. Proqramda inklüziv və məsafədən təhsil üçün əsaslı zəminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səmərə və keyfiyyətinin yüksəldilməsi və bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məsələləri öz əksini tapmışdır. Dövlət proqramı ötən dövrdə uğurla icra olunmuş, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrinə cəlbi, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra işlər görülmüşdür.

Ardını oxu...

Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramının icrası ilə əlaqədar işaxtaran vətəndaşların qeydiyyatda olan vakant iş yerlərinə göndərilməsi, müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb olunması, özünüməşğulluğun təmini üçün şəraitin yaradılması, habelə əmək bazarının tələbləri nəzərə alınaraq rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığı kurslarının təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, nazirlik tərəfindən cari ilin ötən 9 ayı ərzində dövlət proqramının icrası ilə bağlı əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin keçirilməsi, əmək bazarının tələbinə uyğun işaxtaranların peşə hazırlığının təşkili, habelə sosial cəhətdən həssas əhali qrupların məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində nitq qüsuru olan uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloqu Rəfayil Orucov, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-defektoloqu Çinarə Abbasova nitq qüsuru olan uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıb. Qeyd olunub ki, nitq qüsuru irsi olmaqla yanaşı, hamiləlik zamanı baş verən problemlər səbəbindən, doğuş zamanı alınan travmadan və uşaqlıq dövründə baş vermiş hansısa hadisədən sinir sisteminin pozulması, səs çıxaran orqanların zədələnməsi nəticəsində meydana çıxır. Nitq qüsurlarının yaranması uşağın həm əqli, həm də psixi inkişafında müəyyən çətinliklər törədir. Məhz buna görə də ailə, uşaq müəssisələri qarşısında duran ən mühüm vəzifələrdən biri uşaqlarda düzgün və səlis nitq mədəniyyətinin inkişaf etdirilməsidir. Uşaq nitqə yiyələnməklə ətraf aləmi dərk edir, öz təfəkkürünü inkişaf etdirir.

Ardını oxu...

Bu gün muxtar respublikamızda uzun­ömürlü xoşbəxt ailələrimiz çoxluq təşkil edir. Naxçıvan şəhərində yaşayan Yusif və Xədicə Cəfərovların qurduğu ailənin bu ay 50 ili tamam olur. Bu münasibətlə ailənin yaşadığı mənzildə tədbir keçirilmişdir.
Ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov uzunömürlü ailəni təbrik etmişlər.
Çıxışlarda vurğulanmışdır ki, bu gün ailələrimizin daha da möhkəmləndirilməsi, uzun­ömürlülüyünün təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikamızda yaşayan ailələrin sosial problemlərinin öyrənilməsi və həlli, yaşayış səviyyələrinin yüksəldilməsi, şəhid ailələrinə, milli qəhrəman və veteran ailələrinə yaşayış evlərinin, nəqliyyat vasitələrinin verilməsi, onların müəyyən güzəşt və imtiyazlarla təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Uzun­ömürlü ailələrimizin evliliklərinin 25 illiyinin – gümüş toylarının, 50 illiyinin – qızıl toylarının, 60 illiyinin – brilyant toylarının qeyd olunması artıq ənənəyə çevrilmişdir. Bu da dövlətimiz tərəfindən cəmiyyətimizin heç bir üzvünün, o cümlədən ahıllarımızın, yaşlı insanlarımızın unudulmadığının göstəricisidir.

Ardını oxu...

Oktyabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar istedadlı qadın və qızların rəsm və əl işlərinin sərgi-satışına başlanmışdır.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirin məqsəd və mahiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özlərinə fəaliyyət sahəsi seçən və asudə vaxtlarını bu işlərə sərf edən qadınlara da xüsusi önəm verilir. İstedadlı qadınlara istər texniki köməkliyin göstərilməsində – onların müəyyən avadanlıqlarla təmin edilməsində, istərsə də mənəvi dəstək göstərilməsində dövlətimizin qayğısı əvəzsizdir. Son illər istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satışı təşkil olunur. Bundan əlavə, qadınların müəyyən peşələrə yiyələnmələri, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçılıq, keçəçilik, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur. Sevindirici haldır ki, bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir, nəticə olaraq, onların həyata bağlılıqları daha da möhkəmləndirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının və fondun Naxçıvan Şəhər Şöbəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi və sosial sığorta sistemində fərdi uçotun tətbiqi məsələlərinə həsr olunan tədbiri Dövlət Sosial Müdafiə Fondu Aparatının rəhbəri Vüsal Sevdimalıyev açaraq ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, Fərdi uçotun təşkili şöbəsinin müdiri İsmayıl Həsənov və Pensiya təyinatı şöbəsinin aparıcı məsləhətçisi Həbib Rzayev sosial sığorta qanunvericiliyindən, məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsi ilə ödənilməsindən, sosial sığorta sistemində fərdi uço­tun tətbiqindən, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsindən danışmışlar.

Ardını oxu...

Son 20 ilə yaxın bir müddətdə muxtar respublikamızın bölgələrində aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində diyarımızın siması tanınmaz dərəcədə dəyişib. Bu tədbirlərdən öz payını alan rayonlardan biri də Şərurdur. Rayonda genişmiqyaslı sosial infrastruktur layihələri həyata keçirilib, xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları, kənd mərkəzləri tikilib, yollar yenidən qurulub, ictimai yaşayış binaları təmir olunub.

Həmin tədbirlər bu gün də davam etdirilir. Belə ki, hazırda Dizə, Kürkənd və Püsyan kəndlərində məktəb, xidmət və kənd mərkəzləri, həkim ambulatoriyaları inşa olunur, Cəlilkənddə Cəlil Məmmədquluzadənin xatirə muzeyi, mədəniyyət evi təmir edilir, Şərur şəhərində rayonun 10 ayrı-ayrı idarə, təşkilat və müəssisəsinin müasir iş şəraiti ilə təmin olunması üçün nəzərdə tutulmuş dördmərtəbəli binada əsaslı təmir işləri görülür.
Muxtar respublikamızı, Şəruru əhatə edən quruculuq, yeniləşmə Araz çayının sahilində yerləşən Diyadin kəndini də ağuşuna alıb. Ok­tyabrın 8-də 102 təsərrüfatda 360 nəfərin yaşadığı kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.

Ardını oxu...

Yoxsulluq tarixən bəşəriyyəti narahat edən əsas sosial problemlərdən biri olmuşdur. Ölkələr bu ciddi problemlə tarix boyu mübarizə aparmış, yoxsulluğun aradan qaldırılmasına çalışmışlar. Bu səbəbdən də 1992-ci il dekabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər il oktyabrın 17-nin “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsini, sosial sahədə dinamik inkişaf tempinin təmin edilməsini diqqət mərkəzində saxlamış, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Lakin müstəqilliyimizin ilk illərində ölkəni bürüyən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuş, nəticədə, yoxsulluq səviyyəsi yüksəlmişdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra isə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdən başlayaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət proqramları qəbul olunaraq icra edilmişdir. Ulu öndərin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrası bu problemin həllinə stimul olmuşdur.

Ardını oxu...

Ancaq görüləsi işlər də çoxdur

Bir neçə ildir ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər naxçıvanlıların qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan verir. Bu sahəyə məsul olan aidiyyəti təşkilatların öz vəzifələrini layiqincə yerinə yetirmələri üçün yaradılan şərait, sərt keçən qış mövsümünü mütəşəkkil başa vurmaq üçün əvvəlcədən lazımi işlərin görülməsi hesabına muxtar diyarımızda fasiləsiz iş rejimi təmin olunur. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə belə təşkilatlar qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi əhali tərəfindən rəğbətlə qarşılanır.

Ardını oxu...

Dünən Şahbuz Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Külüs kəndində ətraf mühitin qorunmasına, təbii qazdan, elektrik və ya istilik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş tədbir keçirilib.
Kənd mərkəzində keçirilən tədbirdə rayon prokuroru, ədliyyə müşaviri Ramiz Novruzov “Ekoloji cinayətlər”, həmçinin “Təbii qazdan, elektrik və ya istilik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət” mövzularında çıxış edib. Qeyd olunub ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb. Nəzərə çatdırılıb ki, ekologiyamıza, sağlamlığımıza ciddi təsiri olan ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biri olduğu unudulmamalı və bu işdə hər kəs vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmalıdır.

Ardını oxu...

İşaxtaran vətəndaşların işlə təmin edilməsi üçün oktyabrın 21-də növbəti əmək yarmarkalarına start veriləcək 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnib. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” da bu məqsədə xidmət edən mühüm dövlət sənədidir. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.

Ardını oxu...

Bazar iqtisadiyyatına keçid Azərbaycan Respublikasında sosial sahədə islahatların aparılmasını zəruri etmişdir. Bu islahatların təməlində ölkədə yeni sığorta-pensiya sisteminin yaradılması durur. Son illər dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda makroiqtisadi və demoqrafik vəziyyətin dəyişməsi sosial müdafiə sisteminin yeniləşməsini zəruri etmişdir. Sadalanan amillər pensiya-sığorta sisteminin optimal və dinamik idarə olunmasına, maliyyə nəticələrinin əsas makroiqtisadi göstəricilərə təsirinin qabaqcadan proqnozlaşdırılmasına imkan vermirdi və bu, əhalinin narazılığına səbəb olan bərabər – ədalətli bölgü mexanizminin meydana gəlməsinə səbəb oldu.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış “Pensiya İslahatı Konsepsiyası” Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini yaratmışdır. Həyata keçirilən islahatlar pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir.

Ardını oxu...

 Aşağı Əylis belə kəndlərimizdən biridir

Qurban kişinin qənaəti

Ordubad rayonunun Aşağı Əylis kəndində bir neçə dəfə olmuşam. Sonuncu dəfə bu yaşayış məntəqəsinə yolum kənddə kompleks quruculuq tədbirlərinə başlanılan vaxt düşüb. Artıq həmin tədbirlər başa çatdırılıb, sentyabr ayının 26-da kənd tam orta məktəbinin və kənd mərkəzinin açılışı olub. O günü əylislilər, yəqin ki, uzun müddət xatırlayacaqlar. Çünki həmin tarix Aşağı Əylisin müasirliyə qovuşduğu gündür. Bu düşüncələr içərisində yolum Ordubad rayonunun Aşağı Əylis kəndinədir. Yol boyu hələ burada tikinti işləri aparılarkən görüşüb söhbət etdiyim el ağsaqqalı Qurban Qeyibovun sözlərini xatırlayıram: – Bu gün Naxçıvanda quruculuq işləri sistemli şəkildə aparılır, ilk növbədə, ucqar dağ və sərhəd kənd­lərində bu işlər həyata keçirilir.
Müsahibim söhbətinə bir qədər ara verir, sonra əlini Yuxarı Əylis kəndi istiqamətinə tutaraq davam edir: – Dağətəyi kənddir. Bir-iki il irəli Yuxarı Əylisdə tikinti işləri aparıldı. Bu il isə Aşağı Əylisdə. Tam qətiyyətlə demək olar ki, yaxın illərdə muxtar diyarımızda müasirliyə qovuşmayan yaşayış məntəqəsi qalmayacaq.

Ardını oxu...

Şərur Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Çomaxtur kəndində ətraf mühitin mühafizəsinə, həmçinin təbii qaz və elektrik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbiri Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ədalət Rzayev açaraq tədbirin mahiyyətindən danışıb.
Şərur rayon prokurorunun müavini, birinci dərəcəli hüquqşünas Anar Həsənov “Ekoloji-hüquqi məsuliyyət” mövzusundakı məruzəsində bildirib ki, cəmiyyətin hər bir üzvünün ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu kimi təsbit edilib. Konstitusiyada nəzərdə tutulan vəzifələrin yerinə yetirilmə­məsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Buna görə də hər kəs təbiətin qorunmasında yaxından iştirak etməli, təbii sərvətlərimizin mühafizəsində əlindən gələni əsirgəmə­məlidir. Unutmaq olmaz ki, ekoloji tarazlığın qorunması həm də bizim sağlamlığımız üçün vacibdir.
Sonra Şərur rayon prokurorunun böyük köməkçisi, birinci dərəcəli hüquqşünas Araz Zöhrabovun “Enerji resurslarından səmərəli istifadə enerji təhlükəsizliyinin təminatında mühüm fak­tordur” mövzusunda məruzəsi dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Müqəddəs Həcc ziyarəti artıq başa çatıb. Bu il ölkəmizdən 4 minə yaxın zəvvar bu ziyarətin iştirakçısı olub ki, bunlar içərisində naxçıvanlılar da var. Zəvvarlarımızı qrup rəhbərləri və həkim briqadası müşayiət edib.
Dünən onlar doğma torpağa qayıdıblar. Naxçıvan Beynəlxalq Hava Limanında zəvvarları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, zəvvarların yaxınları qarşılayıblar. Qeyd edək ki, müqəddəs ziyarətdən qayıdanlar arasında yaşlılar üstünlük təşkil etsə də, onların arasında gənc zəvvarlar da az deyildi. Bu isə o deməkdir ki, dinimizə hörmət və ehtiram bu gün yüksək səviyyədədir.
Ziyarətdən qayıdan Hacı Qəhrəman Seyidov, Hacı Toğrul Azadəliyev və başqaları bildirdilər ki, müqəddəs ziyarətin insanların mənəvi təmizliyində böyük təsiri var. Onlar zəvvarlara göstərilən belə qayğı üçün dövlətimizə minnətdarlıqlarını bildirdilər.

Xəbərlər şöbəsi

Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatının diqqət mərkəzində saxlanması, qazanxana təsərrüfatı işçiləri üçün müvafiq kursların təşkili, həmçinin hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi istiqamətində tapşırıqlar verilib.
Nazirlik müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirir. Belə ki, nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatı diqqət mərkəzində saxlanılıb, Əlillərin Bərpa Mərkəzi və Ahıllar evi əsaslı təmir olunaraq istifadəyə verilib, həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində “qazanxana maşinisti” peşəsi üzrə kursların keçilməsinə başlanılıb. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, dünən “N” hərbi hissəyə yun corabların təhvil verilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirib ki, bu gün 1349 cüt yun corab hərbi hissəyə təhvil verilir. Yun corablar fiziki imkanları məhdud 24 şəxslə bağlanmış müqavilə əsasında toxunub. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına xidmət edir. İlin sonunadək, ümumilikdə, 4000 cüt yun corab toxunması nəzərdə tutulmuşdur.
“N” hərbi hissənin zabiti Fərhad Məcidli çıxış edərək komandanlıq adından minnətdarlığını bildirib.
Sonda yun corablar əsgərlərə təhvil verilib.
Məlumat üçün qeyd edək ki, ötən il ahıl və fiziki imkanları məhdud şəxslərlə bağlanılmış müqavilə əsasında 5000 cüt yun corab, əlavə olaraq 503 ədəd yun şərf toxunaraq hərbi hissələrə təhvil verilmişdi.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada sığorta fəaliyyətinin genişləndirilməsi və vətəndaşların sığorta xidmətləri ilə tam təmin olunması istiqamətində aparılan işlər uğurla davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin sentyabr ayında sığorta tədiyyələrinin toplanmasında 18,2 faiz artım müşahidə olunub. Cari ilin sentyabr ayında avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 1660 müqavilə, daşınmaz əmlakın icbari sığortası üzrə 2358 müqavilə, fərdi qəza sığortası üzrə isə 1143 müqavilə bağlanılıb. Sığorta fəaliyyətinin genişlənməsi istiqamətində aparılan işlər nəticəsində vətəndaşların sığortanın faydalarından bəhrələnməsi imkanları da artmaqdadır.

Xəbərlər şöbəsi

Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında sosial sığorta sahəsinin sürətli inkişafı bu sahədə elektron xidmətlərin tətbiqini də zəruri edib. Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.nakhchivan.az saytında müvafiq bölmə yaradılıb. İnternet vasitəsilə həmin sayta daxil olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik bankomat kartı ilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, 2014-cü ilin sentyabr ayında muxtar respublika üzrə 2305 sığortaedən tərəfindən 86898,15 manat həcmində məcburi dövlət sosial sığorta haqqı elektron formada ödənilib ki, bu əməliyyat plastik kartlar və ya banklarda nağd qaydada onlayn ödəmə sistemi vasitəsilə həyata keçirilib. Bu amil vaxta və vəsaitlərə qənaət etmək, sürətli ödəniş aparmaq, həmçinin təhlükəsizlik baxımından sığortaedənlərə rahatlıqla bərabər, məsafədən maliyyə idarə etməsini də həyata keçirməyə imkan yaradır.

Xəbərlər şöbəsi

90 yaşlı muxtariyyət tarixinin son iyirmi ilində həyata keçirilən siyasət sayəsində həyatımıza daxil olan yeniliklər yeni terminlərin, yeni adların və yeni ünvanların yaranmasına səbəb olub. “Bulaq-abidə” sözü də dilimizə elə o vaxtdan düşüb. Belə bulaq-abidələr Şahbuz rayonunu da bulaqlar qalereyasına çevirib.
Yurdumuzun gül-çiçəyi, təbii sərvətləri kimi, çayları, çeşmələri, gölləri, bulaqları da dillər əzbəridir. Ölkəmizdə ümumi uzunluğu 34 min kilometrə bərabər olan irili-xırdalı 8350 çay vardır ki, onların bəzilərinin uzunluğu 8-10 kilometrdən artıq deyil. Amma onlar dağlarımızı, düzlərimizi, dərələrimizi, obalarımızı, oymaqlarımızı cana gətirirlər. Təəssüflə qeyd etməliyik ki, dünyanı caynağına alan ekoloji problemlər bizim də qurumuş çaylarımızın və bulaqlarımızın sayını artırır.
Mütəxəssislərin hesablamalarına görə, respublika üzrə əhalinin hər bir nəfərinə 1,9 min kubmetr su düşür. Çoxumuz suyun qədrini bilməsək də, onun azlığından tez-tez şikayət edərək “çox idi, indi azalıb” deyirik.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR