22 Dekabr 2024, Bazar

Dünən Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, tədbirdə mərkəzin direktoru Yalçın Hüseynovun, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, muxtar respublikanın bütün bölgələrində, eləcə də Culfa rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı­ödənilən ictimai işlərə cəlb olunması da təmin edilir. Culfa rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir.
İşaxtaran vətəndaş Pərvin Süleymanov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək qeyd edib ki, bu qəbildən fəal məşğulluq tədbirləri rayon sakinləri tərəfindən maraqla qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
20 dövlət və özəl müəssisədən 154 boş iş yerinin çıxarıldığı yarmarkada 25 nəfərə işə göndəriş verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR