22 Dekabr 2024, Bazar

Son illər muxtar respublikamızda görmə məhdudiyyəti olan şəxslərin reabilitasiyası və sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində əsaslı tədbirlər həyata keçirilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görmə qabiliyyəti məhdud şəxslərin iştirakı ilə tədbirlər təşkil edilir.
Noyabrın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində növbəti tədbir – görmə məhdudiyyəti olan şəxslər arasında brayl yazı müsabiqəsi keçirilib. Müsabiqədə bu kateqoriyadan olan 8 nəfər iştirak edib.
Əsas məqsəd bu kateqoriyadan olan şəxslərə qayğının artırılması, onların bacarıq və qabiliyyətini üzə çıxarmaqla onlarda özünəinam hissi yaratmaq idi.
Sonda münsiflər heyətinin rəyinə əsasən, ilk üç yerə layiq görülmüş müsabiqə iştirakçılarına mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR