22 Dekabr 2024, Bazar

Artıq bir neçə ildir ki, ölkəmizdə Aşura günü qanvermə aksiyaları keçirilməkdədir və bu, təqdirəlayiq haldır. Bu yolla həm dindarların bədənindən qan çıxarmaq arzusu sivil qaydada reallaşır, həm də dindarlar verdikləri qanla qana ehtiyacı olan xəstələrin həyatını xilas edir, savab qazanırlar.
Son bir neçə ildə olduğu kimi, bu il də həm Naxçıvan şəhərində, həm də ayrı-ayrı rayonlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.

Dünən keçirilən Aşura mərasimlərində günorta saatlarınadək Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin, Doğum Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının həkim briqadaları tərəfindən muxtar respublika üzrə 516 nəfərdən 165,5 litr qan tədarük olunub.
Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda qan bankına təhvil verilib. Beləliklə, qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır. Aşura günündə tədarük olunan qandan və ondan hazır­lanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq və ehtiyacı olan xəstələrin həyatı xilas ediləcəkdir.
Bir köməksizə yardım etmək, bir kəsin həyatını xilas etmək isə savabların ən üstünlərindəndir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR