Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiya işinin kompleks şəkildə təşkili, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3-5 noyabr tarixlərində protez-ortopedik məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan 66 məhdud fiziki imkanlıya, o cümlədən 22 ahıla və sağlamlıq imkanları məhdud 9 uşağa növbəti səyyar xidmət göstərilib.
Tibbi-texniki heyət məhdud fiziki imkanlı şəxslərin evlərinə gedərək onların ehtiyacları ilə maraqlanıb, 17 nəfərin protez və ortez sifarişləri qəbul edilib, 2 nəfərin protezləri təmir olunub, eyni zamanda 66 nəfər texniki-bərpa vasitələri ilə, o cümlədən 11 nəfər eşitmə apartı, 55 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti