22 Dekabr 2024, Bazar

Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatının diqqət mərkəzində saxlanması, qazanxana təsərrüfatı işçiləri üçün müvafiq kursların təşkili, həmçinin hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi istiqamətində tapşırıqlar verilib.
Nazirlik müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirir. Belə ki, nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatı diqqət mərkəzində saxlanılıb, Əlillərin Bərpa Mərkəzi və Ahıllar evi əsaslı təmir olunaraq istifadəyə verilib, həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində “qazanxana maşinisti” peşəsi üzrə kursların keçilməsinə başlanılıb. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, dünən “N” hərbi hissəyə yun corabların təhvil verilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirib ki, bu gün 1349 cüt yun corab hərbi hissəyə təhvil verilir. Yun corablar fiziki imkanları məhdud 24 şəxslə bağlanmış müqavilə əsasında toxunub. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına xidmət edir. İlin sonunadək, ümumilikdə, 4000 cüt yun corab toxunması nəzərdə tutulmuşdur.
“N” hərbi hissənin zabiti Fərhad Məcidli çıxış edərək komandanlıq adından minnətdarlığını bildirib.
Sonda yun corablar əsgərlərə təhvil verilib.
Məlumat üçün qeyd edək ki, ötən il ahıl və fiziki imkanları məhdud şəxslərlə bağlanılmış müqavilə əsasında 5000 cüt yun corab, əlavə olaraq 503 ədəd yun şərf toxunaraq hərbi hissələrə təhvil verilmişdi.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR