22 Dekabr 2024, Bazar

Şərur Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Çomaxtur kəndində ətraf mühitin mühafizəsinə, həmçinin təbii qaz və elektrik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbiri Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ədalət Rzayev açaraq tədbirin mahiyyətindən danışıb.
Şərur rayon prokurorunun müavini, birinci dərəcəli hüquqşünas Anar Həsənov “Ekoloji-hüquqi məsuliyyət” mövzusundakı məruzəsində bildirib ki, cəmiyyətin hər bir üzvünün ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu kimi təsbit edilib. Konstitusiyada nəzərdə tutulan vəzifələrin yerinə yetirilmə­məsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Buna görə də hər kəs təbiətin qorunmasında yaxından iştirak etməli, təbii sərvətlərimizin mühafizəsində əlindən gələni əsirgəmə­məlidir. Unutmaq olmaz ki, ekoloji tarazlığın qorunması həm də bizim sağlamlığımız üçün vacibdir.
Sonra Şərur rayon prokurorunun böyük köməkçisi, birinci dərəcəli hüquqşünas Araz Zöhrabovun “Enerji resurslarından səmərəli istifadə enerji təhlükəsizliyinin təminatında mühüm fak­tordur” mövzusunda məruzəsi dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR