18 May 2024, Şənbə

Yay mövsümünün əvəzedilməz giləmeyvələrindən biri də qarpızdır. Giləmeyvə deyəndə gilas, gilənar, quşüzümü, moruq, çiyələk yada düşür. Bəlkə də bəzilərimiz qarpızın da ən böyük və dadlı giləmeyvə olduğunu bilmirik. Qarpızın vətəni Cənubi Afrikadır.
Qarpızın kökləri rütubəti çəkmək qabiliyyətinə malikdir. Onun yarpaqları da gün ərzində bir neçə litr suyu buxarlandıra bilir. Bu isə bitkini müəyyən temperatura qədər soyudur və qidalandırır. Biz qarpızın 3 təbəqədən ibarət olduğunu (yaşıl, ağ, qırmızı) təsəvvür edirik. Prinsipcə, bu təsəvvür doğrudur, ancaq təkcə qabıqda səkkiz-doqquz təbəqə var. İlk təbəqə xlorofilə malikdir, sonrakı epidermis, bir qədər yuxarı qat meyvəyə parlaqlıq verən ağır pansırdır. Daha sonra bütün dairə boyu dadlı, rəngsiz hüceyrə yerləşir. Yeyilən hissə meyvənin ləti adlanır. Mərkəzə doğru hüceyrələr böyüyür, tam ortada millimetrin yarısına bərabər olur. Onları gözlə də görmək mümkündür. Bu qatlar qurtaran kimi lətin al-qırmızı rəngi nəzərə çarpır. Hər şey aydındır – qarpız dəymişdir. Qarpız qabığının sıxlığı və bərkliyi onun ölçüsündən asılı olaraq dəyişir. Qoz böyüklükdə olduqda qarpızda pansır təbəqə əmələ gəlməyə başlayır. Əvvəlcə ayrı-ayrı toxumalar bərkiməyə başlayır, sonra onların ətrafı, qarpız yetişdikdə isə pansır tamamilə qalınlaşır. Qarpızın qabığı açıq, bəzən tünd, xətli və xətsiz olur. Hər şey xlorofilli hüceyrələrdən asılıdır. Qarpızın toxumları qara, qəhvəyi, qırmızı, hətta ağ rəngdə olur.

Ardını oxu...

Muxtar respublikada əmək bazarının təkmilləşməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Ötən müddət ərzində Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən proqramın icrası istiqamətində müəyyən işlər görülmüşdür.

Bəhs olunan dövrdə rayonun əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə real vəziyyət təhlil olunmuş, işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığın sabit olduğu müəyyən edilmişdir. Əmək bazarında müxtəlif peşə istiqamətləri üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə dövlətə və özəl sektora aid olan 48 müəssisədə sorğular keçirilmişdir. Mərkəzə müraciət edən 256 işaxtaran vətəndaşın vakant iş yerinə göndərilməsi təmin edilmiş və onlar daimi işlə təmin olunmuşlar. İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 21 nəfər sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Aprel və iyun aylarında keçirilən əmək yarmarkalarında 101 işaxtaran daimi işlə təmin edilmiş, tətil günlərində 3 tələbə mövsümi işlərə göndərilmişdir.
Əmək bazarının tələbinə uyğun olaraq, işaxtaranların peşə hazırlığının təşkili də diqqət mərkəzində saxlanılmışdır. Cari ilin 7 ayında Naxçıvan Regional Peşə Tədris Mərkəzində təhsil almaq üçün 18 nəfər müxtəlif kurslara cəlb edilmişdir. Kurslara cəlb edilənlərdən 2-si sağlamlıq imkanları məhdud olan şəxsdir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli sosial-iqtisadi inkişaf modelinin unikallığı onunla şərtlənir ki, ölkədə iqtisadiyyatın inkişafı üçün atılan hər bir addım əhalinin aztəminatlı təbəqəsinin maraqlarını inkar etmir, bu təbəqənin mənafeyi ilə uzlaşdırılır. Bu məqsədlə ulu öndər Heydər Əliyev tərəfindən aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxlu sayda fərman və sərəncam imzalanmışdır.
Bu sərəncamlardan biri də “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nı təsdiq edən 2001-ci il 17 iyul tarixli Sərəncamdır. Bu konsepsiya Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Bu model pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə xidmət etməkdədir.

Ardını oxu...

Avqustun 1-də Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Yığıncağı Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə qurulması işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin əhəmiyyətindən danışıb. O, inkişaf edən cəmiyyətdə sığortanın əhəmiyyətini qeyd edərək vaxtında sığorta olunmağın üstünlüklərini baş vermiş müxtəlif hadisələrlə diqqətə çatdırıb. Bildirib ki, ötən müddətdə Culfa rayonunda da sığorta işinin təkmilləşdirilməsi istiqamətində işlər görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayı artıb. Çıxışda rayonda sığorta sahəsində hər bir sığorta növü üzrə görülmüş işlər təhlil edilib. Qeyd olunub ki, rayonda cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlak­ın icbari sığortası üzrə artım müşahidə olunsa da, hələ də daşınmaz əmlakın icbari sığortasını etdirməyən vətəndaşlar vardır. Eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir sığorta obyekti sığorta olunmalıdır.
Tədbirə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev yekun vurub.

 Əli CABBAROV

Bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işlər də bu zərurətdən irəli gəlir

Naxçıvan Muxtar Respublikası özünün möhtəşəm inkişaf və tərəqqi mərhələsini yaşayır. Gündən-günə gözəlləşən, çiçəklənən, Cənubi Qafqaz regionunun mədəniyyət aləmində layiqli yer tutan Naxçıvanın özünəməxsus yüksək mədəni aurasının yaranması hər birimizdə qürur hissləri yaradır, hədsiz sevincə səbəb olur.

Ölkəmizdə, o cümlədən muxtar respublikada hər il insanların rifah halı bir öncəki ilə görə daha da yüksəlir, onların məişət şəraitləri yaxşılaşır. Bununla birlikdə müstəqilliyimizin ilk illərində mövcud olan bir sıra sosial problemlərin həllinə, sosial-iqtisadi inkişafa paralel olaraq insanların istirahətlərinin səmərəli təşkilinə ictimai tələbat da artıb. Onu da deyək ki, bu kimi sosial-mədəni ehtiyaclar dünyanın yalnız inkişaf etmiş ölkələrində nəzərə çarpır. Həmin ölkələrdə bu tələbatı təmin etmək üçün yeni istirahət mərkəzləri yaradılıb və bu gün proses davam edir. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bu məsələdə də kompleks tədbirlər həyata keçirilir, müasir dövrün tələblərinə cavab verən əhəmiyyətli obyektlər tikilərək əhalinin istifadəsinə verilir.

Ardını oxu...

Cəmiyyətin dayanıqlı inkişafı həyata keçirilən sosial siyasətin dərinliyindən çox asılıdır. Hər bir fərd cəmiyyət üzvü kimi öz sosial statusundan asılı olmayaraq, bu siyasətə çox həssasdır. Sosial siyasətin uğurla həyata keçirilməsi ilə uzunmüddətli hərtərəfli inkişafa zəmin yaradılır. Sosial siyasət isə təkcə dövlətin vəzifəsi olmayıb, əmək kollektivlərinin, onların üzvlərinin və cəmiyyətin digər qruplarının maraqlarının kəsişdiyi hər yerdə, hər bir müəssisədə, təşkilatda və özəl sektorda mütəmadi olaraq həyata keçirilən tədbirlərlə gündəmdə saxlanılır. Sosial reklam və korporativ məsuliyyət adı altında həyata keçirilən tədbirlər isə müasir dövrdə müxtəlif müəssisələrin, xüsusən özəl bölməyə aid olan iri şirkətlərin apardığı sosial məzmunlu tədbirlər arasında mühüm yer tutur.

Ardını oxu...

Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınmış meşə zolaqları qədim yurdumuzun təbii gözəlliyinə ayrı bir gözəllik bəxş edir. Məhz təbiətə xüsusi gözəllik bəxş edən bu meşələri hamılıqla qoruyub saxlamalı və hər bir əkilən ağaca qayğı göstərməliyik. İsti yay günlərində ehtimalı daha çox olan xoşagəlməz hadisələrdən  biri də yanğınlardır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərlərinə çox mühüm vəzifələr düşür. Qeyd edək ki, külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə daha çox diqqət yetirilməlidir. Təbiətə xüsusi gözəllik bəxş edən meşələrin yanğından qorunması isə ən qiymətli sərvətlərimizdən birinin qorunması deməkdir. Çünki insanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin məhv olmasının əsas səbəblərindən biri də yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. 

Ardını oxu...

Cari il fevral ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirədə əməyin mühafizəsi və sağlam təhlükəsiz iş yerlərinin yaradılması məqsədilə müvafiq orqanlara tapşırıqlar verilib.
Verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin birinci yarımili ərzində bir sıra işlər görülüb. Belə ki, tikinti və istehsal müəssisələrində işçilərin əmək hüquqlarının qorunması məqsədilə nəzarət qaydasında 127 obyektə baxış keçirilib, 108 yeni əmək müqaviləsinin bağlanmasına, 153 halda isə əməkhaqqının real göstərilməsinə nail olunub. Əmək şəraitinin, habelə iş yerlərinin əməyin mühafizəsi qaydalarına uyğun olmasının, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin olunmasının və həmin vasitələrdən istifadə edilməsinin vəziyyəti ilə bağlı 67 obyektdə nəzarət işi həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmədiyindən 20 işçi tikinti sahəsindən uzaqlaşdırılıb, istehsalatda çalışan 50 işçi fərdi və kollektiv mühafizə vasitələri ilə yerində təmin edilib.

Ardını oxu...

Heç bir yuva ana qucağını əvəz edə bilməz. Və heç bir mühit ailə mühitindən üstün ola bilməz. Ancaq nə edəsən ki, bizdə də valideyn himayəsindən, qayğısından məhrum uşaqlar var. Onlar bu gün dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər.
Uşaq hüquqlarının qorunmasını, onların sağlam böyümələrini, cəmiyyət üçün yararlı vətəndaşlar kimi yetişmələrini dövlətin başlıca vəzifəsi hesab edən ulu öndər Heydər Əliyev demişdir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur və biz bu borcu yerinə yetirməyə çalışırıq”. Ümummilli liderin layiqli davam­çısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət uşaqların rifahının yaxşılaşdırılmasına, uşaq və yeniyetmələrin fiziki və mənəvi cəhətdən güclü nəsil kimi böyümələrinə, onların hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, müxtəlif problemlərinin həllinə xidmət edir. Bunu Naxçıvan Muxtar Respublikasında da bütün çalarları ilə görmək mümkündür. Naxçıvan şəhərində inşa olunan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, burada yaradılan şərait bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.

Ardını oxu...

“Valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş aztəminatlı və ya sağlamlıq imkanları məhdud uşaqların məktəbli ləvazimatları ilə təminatı diqqət mərkəzində saxlanılmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu kateqoriyadan olan uşaqları pulsuz məktəbli geyimləri və məktəbli ləvazimatları ilə təmin etməlidir”. İyul ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun nitqində yer alan bu fikirlər diqqətləri yenidən sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi ilə bağlı məsələlərə yönəltdi. 

Ardını oxu...

(əvvəli qəzetimizin 16 iyul tarixli nömrəsində)

Tanınmış rus alimi D.S.Stepanyuk tibb elmləri doktoru, professor V.İ.Murax və tibb elmləri namizədi A.V.Xapalyukun uşaqların sağlamlığı ilə bağlı fikirlərini toplayaraq “Müdrik tibb bilicilərinin gizli sirləri” adlı kitab nəşr etdirmişdir. Kitabda öz əksini tapan dəyərli fikirlərin gənc analar üçün faydalı olacağını nəzərə alaraq həmin məsləhətləri ixtisarla oxucularımıza təqdim edirik.

İlk vaxtlarda yeni doğulmuş uşaqlarda göbək xüsusi diqqət tələb edir. Əgər doğuşdan həmən sonra göbəkdə qan görsənirsə, demək, o, yaxşı bağlanmayıb. Bu cür qan­axma, adətən, tez bitir. Pis hal odur ki, qan doğuşdan 3-5 gün sonra, göbək düşən zaman görsənir. Bu zaman göbəyə yandırılmış zəy səpmək və ya onu bir neçə dəfə zəif yod məhlulu ilə yumaq lazımdır (bir stəkan suya 1-2 damcı yod). Bəzən göbək düşəndən sonra orda qırmızı, nazik bir artıq ət qalır. Bu, “yabanı ət”dir. Onu çox asan kəsmək olar: çox da nazik olmayan, steril sapla onun nazik hissəsindən bağlayın, 2-3 gün sonra düşəcəkdir. Həmçinin ora yandırılmış zəy də tökmək olar və o, tədricən itir.
Körpələrdə blenoreya (gözün irinli iltihablaşması). Uşaq doğulan kimi onun gözlərini steril bintlə silmək lazımdır. Çimdirdikdən sonra isə göz qapaqlarını isti suda isladılmış pambıqla silib pipetka ilə hər birinə bir damcı 1 faizli lyapis (gümüş nitratı) məhlulu salmaq məsləhətdir.

Ardını oxu...

“Din” sözünün etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi dilçi alimlər onun ərəb dilindəki “eyn” sözündən törədiyini və “adət, mükafat və ya itaət” mənalarına gəldiyini, digər dilçilər isə “deyn” sözündən törədiyini “hökm, itaət, mükafat, fərman və ibadət” mənalarını verdiyini qeyd etmişlər. “Qurani-Kərim”də “din” sözü 92 dəfə işlənmiş, bəzi ayələrdə isə “yavm” sözü ilə birlikdə “yavmiddin” –  “din günü” şəklində ifadə olunmuşdur.   

“Qurani-Kərim”in “Qiyamət” surəsinin 36-cı ayəsində Allah-Taala tərəfindən “İnsanoğlu özünün başıboş buraxılacağınımı zənn edir?” – deyə buyurulmaqdadır. Allah-Taala yaratdığı insanı dünyada və axirətdə doğru şəkildə yaşaması üçün yer üzünə peyğəmbərlər göndərmiş və bu peyğəmbərlər Allahın özü ilə qulları arasında elçilik missiyasını həyata keçirərək ondan aldıqları əmr və qadağaları insanlara çatdırmış, onları Allahın əmrlərinə riayət etməyə dəvət etmişlər. Beləliklə də, Allahın insanlara elçiləri vasitəsilə göndərdiyi əmr və qadağalar “din”i meydana gətirir. Başqa sözlə, dinə Allah ilə insan arasındakı əlaqələri formalaşdıran qanun da deyə bilərik. Tanrı hər dövrdə bəşəriyyətə peyğəmbərlər göndərmiş və insanlara həmin peyğəmbərlərin gətirdikləri dinə itaət etmələrini buyurmuşdur. Peyğəmbərlərin göndərilmədiyi müddətlərdə isə insanları dünyada etdikləri əməllərə görə axirətdə sorğu-sual etməyəcəyini də müqəddəs kitabımızda bildirmişdir. “İsra” surəsinin 15-ci ayəsində deyilir: “Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (hərə öz günahına cavabdehdir). Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”

Ardını oxu...

Peşəmlə əlaqədar Şahbuz rayonunun kəndlərində, yaşayış məntəqələrində tez-tez olur, həyata keçirilən quruculuq və yenidənqurma işlərinin yurd yerlərinə bəxş etdiyi gözəlliklərin insanlarda doğurduğu əhval-ruhiyyəni davamlı müşahidə edirəm. Gəldiyim qənaət budur ki, uğurlu inkişafın əsas səbəbi dövlət qayğısı və hər kəsin vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsidir. Qurulanlar, yaradılanlar Vətənimizi gülüstana çevirməkdədir.
Bu günlərdə haqqında tez-tez xoş sözlər eşitdiyim bir kəndə getdim. Dəniz səviyyəsindən 1900 metrə yaxın yüksəklikdə yerləşən Ağbulağa yol aldıq. Getdikcə çiyin-çiyinə dayanmış əzəmətli dağların əhatəsinə düşdük. Üzüyuxarı yüksəkliyə qalxdığımız ərazidə dağların ətəyindəki yaşıllıq adamı valeh edirdi. Yol boyu isə yeddi rəngin müxtəlif çalarları ilə gözümüzü, könlümüzü oxşayan gül kollarının qönçələri ətrafdakı gözəlliyə başqa bir təravət verirdi.

Ardını oxu...

Muxtar respublikada tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu il fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirədə tikinti işçilərinin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işəgötürənlər tərəfindən işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlə təmin edilməsinə, işçilərin hüquqlarının qorunması məqsədilə qanunvericiliyə uyğun əmək müqaviləsinin bağlanmasına nəzarəti gücləndirmək, həmçinin əməyin mühafizəsi üzrə ixtisasartırma kurslarının təşkil olunması barədə müvafiq orqanlara tapşırıqlar verilib.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin həcmi ildən-ilə artır. Üstün istiqamət verilən bu sahədə də cari ilin ilk 6 ayı ərzində bir sıra uğurlu layihələr icra edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bəhs olunan dövrdə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 724 min manatdan artıq həcmdə ünvanlı dövlət sosial yardımı ödənilib. Ümumilikdə, bu dövr ərzində 530 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib. Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 88 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 166 uşağın müalicəsi təşkil olunub, istirahət etmələri üçün sağlamlıq imkanları məhdud olan 47 uşaq Ağbulaq İstirahət Mərkəzinə, bu qəbildən olan 6 uşaq isə valideynlərinin müşayiəti ilə Latviya Respublikasına, məhdud fiziki imkanlı 6 nəfər Yunanıstan Respublikasına müalicəyə göndərilib, 48 nəfər əlil müxtəlif sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilib. 91 nəfərə protez-ortopedik xidmət göstərilib, 190 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə “Muxtar respublika ərzisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı” mövzusunda səyyar seminar-müşavirə keçirib.
Sədərək rayonunun Heydərabad qəsəbəsində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət və aqroservis sektorunun müdiri Zərrab Əfəndiyev, Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidov, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət kapitanı Zamiq Məmmədov çıxış ediblər. Çıxışlarda ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə görüləcək işlərdən və qarşıda duran vəzifələrdən, biçin dövrü ərzində taxıl zəmilərində işləyən kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətindən bəhs edilib.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumata görə, muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, bir sıra quruculuq işləri görülmüş, Şahbuz Rayon Rabitə İdarəsi üçün yeni bina istifadəyə verilmiş, Şahbuz və Babək rayonlarını əhatə edən 13 min 952 abunəçi tutumlu 38 ədəd yeni nəsil telefon stansiyaları quraşdırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyindən aldığımız məlumata görə, bu il iyun ayının 23-də Kəngərli rayonunun Yurdçu və Qarabağlar kəndlərində güclü yağış nəticəsində sel basqını olmuş və vətəndaşlara ziyan dəymişdir. Dəymiş zərərlərin ödənilməsi məqsədilə daşınmaz əmlakını icbari sığorta etdirmiş vətəndaşlardan Yurdçu kənd sakinləri Əvəz Əliyevə 3030 manat, Əntiqə Atayevaya 175 manat, Yavər Rüstəmova 265 manat, Qarabağlar kənd sakinləri İlham Muradova 550 manat, Fatma Şirzadovaya 410 manat sığorta ödənişləri verilmişdir.
Bundan əlavə, 10 iyul 2014-cü il tarixdə Babək rayonunun Xəlilli kənd sakini Tofiq Bayramova məxsus yaşayış evi yandığından ona dəymiş zərər müqabilində 7 min manat sığorta ödənişi verilmişdir.

Xəbərlər şöbəsi

Çox zaman insanların həyat tərzində möhkəmlənərək gündəlik yaşayış normasına çevrilmiş elə elementlərə rast gəlirik ki, onları təkcə icbari qəbul edilmiş norma və qaydalar kimi deyil, eyni zamanda bir adət-ənənə kimi də başa düşmək olar. Bütün cəmiyyət üçün faydalı olan sığorta da kütləvi tələbat halına gəldikdə hər kəs tərəfindən asanlıqla qavranılıb başa düşülür və bir ənənə halına gəlir. Çünki risk doğuran hadisələrin nəticələrindən sığortalanmaqla sabah baş verə biləcək maddi zərərlər indidən zəmanət altına alınmış olur. Həyatda bir nəfərin başına təsadüfən, heç kimin gözləmədiyi bir hadisə gəldikdə ən tez yada düşən bir sual da bunu bir daha təsdiq edir: “Görəsən, sığortası varmı?”

Ardını oxu...

İsti yay günlərində insanlar sərinləmək üçün çimərliklərə, su hövzələrinə üz tuturlar. Belə məkanlardan biri də Uzunoba Su Anbarında yaradılmış yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyidir. İnsanların asudə vaxtlarını səmərəli keçirmələri, onların sağlamlıqlarının qorunması üçün burada hərtərəfli şərait yaradılmış, təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılaraq müşahidə qülləsi qurulmuş, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupunun fəaliyyəti təşkil olunmuşdur. Bundan əlavə, çimərlik ərazisində xəbərdaredici və məlumatlandırıcı lövhələr də yerləşdirilmişdir. 

Vətəndaşlarımız tərəfindən mü­əyyən olunmuş təhlükəsizlik tədbirlərinə əməl olunmaması bədbəxt hadisələrin baş verməsi ilə nəticələnə bilər.

Ardını oxu...

...Avtomobilimiz dağın sinəsi ilə çəkilmiş yolla irəlilədikcə adama elə gəlir ki, qartal yuvasına qalxırsan. Hündürlüyə qalxdıqca Şahbuz rayonunun bu qol üstündəki kəndləri aşağıda qalır. Bu isə Ağbulağın ən gözəl mənzərələrindən biridir. Bu mənzərəyə baxmaqdan əsla doymursan. Düşünürsən ki, belə yerdə “hər kim yüz il yaşamasa, günah onun özündədir”. Şair istəyir ki, bu gözəlliklərə şeir qoşsun, bəstəkar sorağındadır ki, nəğmə bəstələsin, rəssam gərəkdir ki, bu gözəlliyi tabloya çevirsin. Ağbulaq kəndinə gedən yolun sağında yerləşən çeşmənin suyu qışda isti, yayda isə buz kimi sərin olur. Bura gələn qonaqlar bu bulağın suyundan içir, bir an nəfəslərini dərir və ilan kimi qıvrılan dağ yolları ilə kəndə qalxırlar. Biz də bu ənənədən kənara çıxmadıq, bulağın suyundan içib yolumuza davam etdik.

Ardını oxu...

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya böyük uğurlara nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

Ardını oxu...

...Avtomobillərin səs-küyü, işıqforların yaşıl işığını gözləmək, işlərinə gecikməmək üçün tələsən adamların xəfifcə həyəcanlı görünən üzləri, ictimai nəqliyyat dayanacaqlarında tez-tez saata baxaraq avtobus gözləyən insanlar. Artıq onlar arxada qalır. Şəhərin səs-küyündən uzaqlaşaraq yola düşürük. Gedəcəyimiz ünvana çatana kimi yol boyu düşünürdüm ki, ötən illər ərzində Naxçıvanda insanlar ağır şəraitdə fədakarcasına çalışıblar. Blokadanın çətinliklərinə baxmayaraq, naxçıvanlılar həmişə qurub-yaradıblar, öz torpaqlarını qoruyublar. İşıqsız da qalıblar, yandırmağa yanacaq da tapmayıblar, çörəklə imtahana da çəkiliblər, ancaq bütün bu çətinliklərə dözərək hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına ümidlərini itirməyiblər. 

Müstəqil Azərbaycanın qurucusu və yaradıcısı ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda çıraq işığında qəbul etdiyi qərarların qədim Naxçıvanı nura boyayacağına inanıblar.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsindən başlamış çoxuşaqlı ailələrin, məhdud fiziki imkanlıların, tənha yaşayan ahılların həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Keçili kəndində yaşayan aztəminatlı, II qrup əlil Natiq Məmmədovun ailəsinə baş çəkilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvlərini tibbi müayinədən keçirərək onlara soyuducu, geyim dəstləri və ərzaq payı vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Tanınmış rus alimi D.S.Stepanyuk tibb elmləri doktoru, professor V.İ.Murax və tibb elmləri namizədi A.V.Xapalyukun uşaqların sağlamlığı ilə bağlı fikirlərini toplayaraq “Müdrik tibb bilicilərinin gizli sirləri” adlı kitab nəşr etdirmişdir. Kitabda öz əksini tapan dəyərli fikirlərin gənc analar üçün faydalı olacağını nəzərə alaraq həmin məsləhətləri ixtisarla oxucularımıza təqdim edəcəyik.

Südəmər uşaqlar niyə ağlayır və qışqırırlar?
Südəmər uşaqlar aclığı, ağrını, ümumiyyətlə, narahatlıqlarını ağlayaraq və qışqıraraq bildirirlər.

Təcrübəli ana bunun səbəbini asanlıqla başa düşür. Təcrübəsizlər isə öz ehtimalları ilə dolaşırlar ki, bəzən bu, uşağın ziyanına olur. Çox vaxt qidalandıqda belə, uşaqlar aclıqdan ağlayırlar. Bu halda ağlamalar öncə yüksək olur, sonra sakit, yazıq-yazıq, daha sonra isə üzüntülü obraz formasında baş verir. Əgər uşaqda çəki azalması da baş verirsə, aydındır ki, qida ona azlıq edir. Bəzən uşaqlar süd həddən artıq yağlı olanda da ağlayırlar. Belə ki, yağlı süd onlarda sancılar yaradır. Bu zaman ağlama ucadan və uzunmüddətli olur. Bu səbəbdən yağlı südü qaynanmış su ilə qatmaq lazımdır. Sancını isə bir qaşıq çobanyastığı və ya şüyüd toxumu dəmi verməklə aradan qaldırmaq mümkündür.

Ardını oxu...

O, maşından düşüb kombayna tərəf addımladı. Kombaynçı Bahaddin Nağıyev köməkçisi, taxıldaşıyan maşının sürücüsü ilə birlikdə taxılbiçənin sazlığını yoxlayırdılar.
Onlar bir anlığa işdən ayrılıb: “Salam, Aqil müəllim, sabahın xeyir”, – dedilər. Aqil gülümsünərək: “Nə vaxtdan saat doqquz kəndlinin sabahı olub? Kənd adamı səhər tezdən, beşlə altı arasında bu sözü işlətməlidir”, – deyə sözünə davam etdi: “O ki Günəşin çıxmasını iş üstündə qarşılamadı, deməli, tənbəldir, canına əziyyət verən deyil. Mən bura gəlincə tezdən durub mal-qaranı yerbəyer eləmişəm, o biri taxıl sahələrinə də baş çəkmişəm”.
Aqil Məmmədov beş addımlıqdakı buğda zəmisinə tərəf addımlayıb dayandı. Zəmidən sünbül qırıb ovucunun içində ovxaladı. Bahaddinin nəzəri onda idi:
– Hə, necədi, biçinə başlamaq olar?
– Hələ bir az gözləsək, yaxşıdır. Axşamın şehi tam çəkilməyib. Siz işinizdə olun, mən də təpənin o üzündəki sahəyə baxım, gəlirəm.

Ardını oxu...

Naxçıvan şəhərindəki 5 nömrəli uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli məşğələ keçilib. Tədbirin keçirilməsində əsas məqsəd bu məktəbəqədər tərbiyə müəssisəsində çalışan tərbiyəçilərə, dayələrə, eləcə də uşaqlara baş verə biləcək fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarını öyrətməkdən ibarət olub.
Tədbirin proqramına uyğun olaraq, uşaqlar fövqəladə hallarla bağlı müxtəlif mövzularda şeirlər söyləyib və səhnəciklər təqdim ediblər. Sonra süni yaradılmış zəlzələ ocağında uşaqlar zəlzələ zamanı davranış və fəaliyyət qaydalarını göstəriblər. Bununla yanaşı, odla bağlı səhnəcik də canlandırılıb, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Sonda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə kursunun elmi-metodik işlər üzrə baş müəllimi, baş leytenant Şərif Əsədov çıxış edərək belə məşğələlərin keçilməsinin əhəmiyyətindən danışıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın fəal və idmançı gənclərinin 7 günlük istirahət düşərgəsini təşkil edib.
Dünən düşərgənin açılış mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, gənclərin düşərgədə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradılıb. Burda gənc fəallar müxtəlif mövzularda diskussiyalar aparacaq, intellektual oyunlarda iştirak edəcək, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə aktivliyin təmin edilməsi mövzularında keçiriləcək seminarlarda müzakirələr aparacaqlar.
7-13 iyul tarixləri arasında Ağbulaq İstirahət Mərkəzində bir arada olacaq gənc­lər düşərgədə “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “İdman insanın sağlamlığına və mənəvi kamilliyinə xidmət edir”, “Naxçıvanın muxtariyyəti və gənclik” mövzularında keçiriləcək seminarlarda iştirak edəcək, Batabat Astrofizika Rəsədxanasında və Batabat yaylağında, Şahbuz rayon ərazisindəki tarixi yerlərdə olacaqlar. İyulun 11-də isə gənc­lərin asudə vaxtının və istirahətlərinin maraqlı təşkili məqsədilə Bakı şəhərindən dəvət edilmiş gənc müğənnilər əyləncəli konsert pro­qramı ilə çıxış edəcəklər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2014-cü ilin ilk 6 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, nəzarət-kassa aparatlarından istifadə edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işə götürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 58 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Regional Peşə Tədris Mərkəzində ağac üzərində oyma sənəti üzrə kurs təşkil edilib.
Kursa 9 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 6 şəxs cəlb edilib. Kurs iki ay davam edəcək.
Kursun təşkilində məqsəd qədim xalq sənətini yaşatmaq və sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etməkdir.
Məlumat üçün qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirən müdavimlərin sosialyönümlü haqqı­ödənilən ictimai işlərə cəlb edilməsi də nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünyada maddi və qeyri-maddi hesab etdiyimiz çox sayda sərvətlər var. Uca Tanrının iradəsi ilə insanlara verilmiş bu sərvətlər yalnız insan həyatda var olduqca faydalı olur, həyatdan köçdükdən sonra onların heç bir dəyər və əhəmiyyəti qalmır. İnsanoğlu daim bu sərvətləri əldə etmək və artırmaq üçün mübarizə aparır. İbtidai təhsil almaq, müxtəlif ixtisaslara yiyələnmək, bunun müqabilində mütəmadi olaraq çalışmaq, böyüklərin həyat təcrübəsindən yararlanmaq bizi maddi və mənəvi sərvətlərə daha da yaxınlaşdırır, bu sərvəti artırmağa sövq edir.

Ardını oxu...

Muxtar respublika sakinlərinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək, müasir texnologiyalara əsaslanan xidmət növlərini tətbiq etmək istiqamətində həyata keçirilən tədbirlər son illər bu sahədə öz bəhrələrini verib.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada bu istiqamətdə daha bir addım atılıb. Belə ki, muxtar respublikada şəbəkədaxili və şəbəkədənkənar sms qəbulunu və göndərilməsini həyata keçirən “Naxtel” mobil operatorunun sms xidməti yaradılıb. Məlumatda o da bildirilir ki, “Naxtel”in toplu sms xidməti mərkəzi də fəaliyyətə başlayıb.

Ardını oxu...

Həmkarım Elxan Yurdoğlunun bu başlıq altında yazdığı silsilə yazıların sırasına birini də mən əlavə etmək istədim.
Bu gün hər bir qələm sahibi hər hansı bir mövzu haqqında yazarkən, adətən, girişdə regionumuzda görülən işlər, yaradılan gözəlliklər, salınan yaşıllıqlardan bəhs edir. Bunun gerçəklik olduğunu isə oxucularımız hər an rastlaşdıqları yaşıl sərvətə heyranlıqları ilə bildirir və bu gözəlliyin müəllifi olduqları üçün onun qədrini də bilməyə çalışırlar. Bu istək daha çox yaşlı nəsildə hiss olunur. Yaradılanları qorumaq, gözəlliyin qədir-qiymətini bilmək, yaşıllıqları artırmaq onlara daha çox zövq verir. Bütün bunlar ölkə Prezidenti və muxtar respublika rəhbəri tərəfindən həyata keçirilən tədbirlərin, qəbul olunan dövlət proqramlarının, reallaşdırılan irimiqyaslı layihələrin bəhrəsidir. Bəs əvvəllər, lap elə sovetin vaxtında ağac əkilib, bağ salınmırdımı? Əgər ağac əkilirdisə, onda niyə kəndlərimizdə meyvə ağacları, bağ sahələri barmaqla göstərilirdi. Bu sualı dünyanın gərdişini yormuş ahıllara verdim, müxtəlif cavablar aldım. Diqqətimi çəkən o ahılların indiki dövrana – bolluğa, ucuzluğa görə ağızdolusu şükür etmələri oldu.

Ardını oxu...

Babək rayonunun Sirab kəndində Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri açaraq bildirib ki, qadınlarımız övladlarımıza düzgün yol göstərən, onu sabahkı cəmiyyətə hazırlayandır. Uşaqları vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri, sağlam həyat tərzini övladlarına aşılamaq qadının – ananın müqəddəs amalıdır. Ana adı hamı üçün əziz və müqəddəsdir. Ananın övladının qayğısına qalması xalqımıza məxsus ən üstün keyfiyyətlərdəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə Şərur rayonundakı Təzəkənddə ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət və aqroservis sektorunun müdiri Zərrab Əfəndiyev, Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidov, Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Şakir Ağalarov çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, seminar-müşavirələrin mütəmadi keçirilməsində əsas məqsəd muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin strateji əhəmiyyətli məhsulların yanğından qorunması, biçin zamanı yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsindən ibarətdir.
Sonda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli kitabçalar təqdim olunmuş, yanğınsöndürmə balonlarından istifadə qaydaları əyani olaraq izah edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Dünən Şahbuz Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Kolanı kəndində ətraf mühitin qorunmasına, həmçinin elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Şahbuz rayon prokuroru, ədliyyə müşaviri Ramiz Novruzov “Ekoloji cinayətlər”, həmçinin “Təbii qazdan və elektrik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət” mövzularında məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması sahəsində mühüm addımlar atılmışdır. Nəzərə çatdırılmışdır ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və sair hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Ardını oxu...

Muxtar respublikamızda iqtisadi fəaliyyət sahələrində mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub.
Bu vəzifələrin uğurlu həllinə nail olunmasında başlıca məsələlərdən biri POS-terminalların quraşdırılmasıdır. Muxtar respublikada POS-terminallar, əsasən, ictimai-iaşə obyektlərində, ərzaq, inşaat və tikinti materiallarının satışı mağazalarında, restoranlarda, əczaxanalarda, yanacaqdoldurma məntəqələrində, Dövlət Yol Polisi avtomobillərində və di­gər xidmət müəssisələrində quraşdırılıb.
POS-terminallar vasitəsilə ödəniş kartı sahibləri gündəlik ərzaq və təsərrüfat mallarının, kommunal xidmətlərin, tikinti materiallarının, mebel avadanlıqlarının, benzin və dizel yanacaqlarının, otel və ictimai-iaşə xidmətlərinin, Naxçıvan-Bakı-Naxçıvan aviareysinə uçuş biletlərinin dəyərini, gömrük rüsumlarını, Dövlət Yol Polisinə ödənilən cərimə və ya rüsumları öz ödəniş kartları ilə asanlıqla ödəyə bilərlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, 20 iyun 2014-cü il tarixə quraşdırılmış POS-terminalların sayı 646-ya çatdırılıb. Xatırladaq ki, 2013-cü ilin 1 iyun tarixinə bu rəqəm 185 olub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərdə xalça toxunması ənənəsini davam etdirmək məqsədilə təşkil olunan “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai iş davam etdirilir.
Bunun üçün Şərur, Babək, Ordubad, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 14 ailə xalça toxumaq üçün bütün avadanlıqlarla, o cümlədən digər lazımi alət və materiallarla təmin ediliblər.
Bu tədbir eyni zamanda Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsinə və təbliğinə, milli ənənələrimizin yaşadılmasına xidmət edir. Çünki Azərbaycan xalça sənətinin ənənəvi naxışlar və elementlər, özünəməxsus rəng çalarları ilə zənginləşdirilməsində Naxçıvan xalçaçılıq məktəbi mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, xalçaçılıq sənətinin incəliklərini öyrənmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edilib.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada görmə məhdudiyyəti olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, onlara audio kitabxana xidməti göstərilir, onlar üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur. Həmçinin bu kateqoriyadan olan şəxsləri muxtar respublikada baş verən yeniliklər və inkişaf barədə məlumatlandırmaq üçün “Könül işığı” adlı aylıq brayl jurnalının nəşri həyata keçirilir.

Ardını oxu...

Tibb işçiləri ilə xəstə arasında olan münasibətlər, tibb işçisinin nümunəvi davranışı xəstəliyin müalicəsində mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Uzunmüddətli həkimlik təcrübəmdən deyə bilərəm ki, elə ilk görüşdən xəstə ilə özü arasında qarşılıqlı səmimi münasibətlər yarada bilən tibb işçisi xəstələrin müalicəsində müvəffəqiyyət əldə edir. İxtisasından asılı olmayaraq, hər bir həkim həm də psixoloq olmağı bacarmalıdır. Çünki insanların öz sağlamlıqlarına münasibəti heç də eyni deyil. 

Ardını oxu...

Ölkədə həyata keçirilən iqtisadi tənzimləmə vasitələri arasında əhalinin məşğulluğunun təmin edilməsi mühüm əhəmiyyətli məsələlərdəndir. Məşğulluq kimi vacib bir sahədə də görülən işlər məhz davamlı inkişaf üçün əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədi güdür. Bu, peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və vərdişlərindən maksimum səmərə ilə istifadə olunması üçün dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sistemidir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məşğulluq tədbirləri də hər kəsin qabiliyyətindən, sahib olduğu iş qüvvəsindən səmərəli istifadəni qarşıya məqsəd qoyaraq bu istiqamətdə dövlətin yeritdiyi sosial siyasətdə mühüm yer tutur.

Ardını oxu...

Kəngərli rayonunun Çalxanqala kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, qadın və ailə anlayışına ölkəmizdə dövlət səviyyəsində həssaslıqla yanaşılır.

Ardını oxu...

Müasir dünyada texniki avadanlıqlar insanların işini yüngülləşdirən ən önəmli vasitələrdəndir. Texnikalar vasitəsilə insan əməyi yüngülləşir, əlçatmaz görülən işlər, layihələr qısa zamanda reallaşır. Ancaq insan əli ilə yaradılan möcüzələrin yerini verən texniki vasitə müasir dünyamızda hələ icad edilməyib. Bu, geniş mövzudur və barəsində saatlarla danışmaq olar. Ancaq məqsədimiz texnologiyaların üstünlüklərinin üstündən xətt çəkmək deyil, əl əməyi, göz nurunun əhəmiyyəti haqqında söhbət açmaqdır. Məsələn, götürək xalçaları. Bu gün, demək olar ki, hamımızın evində sənaye üsulu ilə, yəni dəzgahda toxunan xalçalar vardır. Onu da bilirik ki, bu xalçaların toxunmasında insan əməyindən minimum istifadə edilib.

Ardını oxu...

Muxtar respublikamızın zəngin və rəngarəng təbiəti burada turizmin inkişafına əlverişli şərait yaradır. Ötən il Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi yaradılan şəraitə bariz nümunədir. Yayın isti vaxtlarında dağlar qoynunda yerləşən bu sərin məkan Şahbuza üz tutan insanların diqqətini cəlb edir. Yay fəsli ilə əlaqədar olaraq bu məkana gələnlərin sayı çoxalıb.
Bu dəfə isə Ağbulaq İstirahət Mərkəzində gənclərin yay düşərgəsi təşkil olunub. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və ictimai işlərdə fəallıq göstərən gənc­lərin iştirakı ilə təşkil edilən yay düşərgəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən təşkil olunub.

Ardını oxu...

Bəs bunun üçün cavabdeh olan orqanlar hansı işləri görüblər?

“Uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir. O cəmiyyət öz sabahına ümidlə baxa bilər ki, gənc nəslin yetişməsi qayğısına qalsın, bununla bağlı vəzifələri yerinə yetirsin. Bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda tikilən məktəblər, məktəbdənkənar və məktəbəqədər tədris müəssisələri, kitabxanalar xalqımızın və ölkəmizin gələcəyinə hesablanmış tədbirlər idi. Müstəqillik dövründə isə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda dövlət uşaq siyasətinin əsası qoyulmuş, uşaq hüquqlarının qorunması sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır”.

Ardını oxu...

Muxtar respublikamızda ahıl insanların, o cümlədən Ahıllar evinin sakinlərinin sağlamlığının qorunması daim diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri ənənəyə sadiq qalaraq iyunun 28-də Ahıllar evində olublar. Onlar sakinləri müayinədən keçirib, xəstəliklərin qarşısının alınması və vaxtında müalicə edilməsi üçün tibbi məsləhətlər veriblər. Həmçinin bir ahıl eşitmə aparatı, iki ahıl əsa ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

İnsan həyatı üçün ən zəruri element­lərdən biri də qidalanmadır. Əgər insan qidalanmasa, yaşaya bilməz. Və qidalardan elə istifadə etməliyik ki, bunun sağlamlığımıza ziyanı yox, xeyri olsun.
Ötən günlərdə həmkarlarımızdan birinin azyaşlı övladının mağazadan alınan şirniyyatdan zəhərlənməsi və son anda həkimlər tərəfindən xilas edilməsi məni bu yazını yazmağa vadar etdi. “Qida zəhərlənməsindən necə qorunmalıyıq?” – deyə öz-özümə sual verdim, cavabını bu sahənin mütəxəssislərində axtardım.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələrin metodist və tərbiyəçi-müəllimlərinin iştirakı ilə kurs təşkil edilmişdir.
Tədbiri komitənin aparat rəhbəri Zeynal Hümbətov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoymuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açmışdır.
Sosial sığorta qanunvericiliyinin izahı, məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsilə ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı Fərdi uçotun təşkili şöbəsinin müdiri İsmayıl Həsənov, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsi haqqında Pensiya şöbəsinin aparıcı məsləhətçisi Həbib Rzayev çıxış edərək tədbir iştirakçılarına məlumat vermişlər.

Ardını oxu...

Rahat yol və vaxt sürücüyə mürgü gətirir. Naxçıvan şəhərindən üzüyuxarı Zəngəzur sıra dağlarının ətəyində yerləşən Biçənək kəndinə gedərkən belə bir əhval-ruhiyyə də məndən əl çəkmirdi. Qapqara uzanan asfalt yolda bir çala-çuxur da yox idi. Arabir görünən yol nişanları, sürətin məhdudlaşdırılmasını bildirən işarələr, hər iki tərəfdə sarı-qırmızı fosforlu yol çubuqları. Belə şeyləri çox görmüşəm, amma məni təəccübləndirən yolun hər iki tərəfinə səliqə-sahmanla əkilmiş və təzə-təzə yarpaqlayan tinglər idi: sovetlər dönəmindəki kimin ağlına nə gəldisə, əkilən barsız-bəhrəsiz, yarsız-yaraşıqsız oduncaqlı yöndəmsiz ağaclar yox ha, hamısı Naxçıvanımızın ağız şirinliyindən xəbər verən meyvə ağacları. Yolçuda xoş ovqat yaradan həmişəyaşıl ağaclar da buraların ab-havasına bir təzəlik gətirib.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR