26 Aprel 2024, Cümə

Ali təhsil ocağının “İncəsənət” fakültəsində fakültə müəllim və tələbələrinin iştirakı ilə “Muğam axşamı” konserti keçirilib. Konserti “Xalq çalğı alətləri” kafedrasının müəllim və tələbələri müşayiət edib. Belə ki, tarda həmin kafedranın müəllimi Sərxan Abdullayev, elektro pianoda “Orkestr alətləri və dirijorluq” kafedrasının müəllimi Ziya Fətullayev, “Xalq çalğı alətləri” ixtisasının I kurs tələbələri- Zakir Məmmədov kamançada, Əfsun Məmmədov bas tarda, Zəkiyyə Abbasova qanunda, həmin ixtisasın II kurs tələbəsi Munis Əlisoy isə nağarada müsayiət edib. Konsert “Rahab” rəngi musiqisi il açılıb. Bundan əlavə konsertdə “Bayatı- şiraz”, “Şur”, “Segah”, “Mahur”, “Vilayəti”, “Dilkeş”, “Cahargah” təsnifləri ifa edilib. Konsert tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

Universitetin rektoru Elbrus İsayev bu kimi tədbirlərin “İncəsənət” fakültəsinin inkişaf yolunun bir nümunəsi kimi qiymətləndirib. Qeyd edilib ki, muğama  göstərilən dövlət qayğısı gənclərin  bu  sahəyə  maraq  göstərməsinə,  sonradan isə kütləvi  olaraq  muğam  ifaçılığı ilə məşğul olmasına səbəb  olub.  Artıq neçə ildir ki,  Azərbaycanda  muğam  sənəti  daha  ciddi  qayğı ilə əhatələnib, muğam  ifaçıları,  ustad  xanəndələr dövlətdən  ciddi  dəstək alır. Universitetdə də muğam ifaçılığı sarıdan qazanılan təcrübəni yüksək qiymətləndirən  rektor konsertdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, tələbə və müəllimləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Musiqili tədbirin sonunda muğam axşamına dəvət edilən qonaqlar konsertlə bağlı öz təəssüratlarını bildirib, tədbirinin gedişini yüksək qiymətləndiriblər.

Etibar Dərbəndəliyev “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR