22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində keçirilən təqdimat mərasimində çıxış edən rektor, dosent Nurlana Əliyeva bildirib ki, ali təhsil ocağının Elmi Kitabxanası 1999-cu ildən fəaliyyətə başlayıb. Bu kitabxana oxuculara çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə xidmət göstərir. Hər cür texniki avadanlıqlarla təchiz edilmiş kitabxanada müxtəlif elm sahələri üzrə qruplaşdırılmış 9 fond və 9 oxu zalı, şöbələrin hər birində yerləşdirilmiş kompüter və surətçıxarma aparatları və 1 idarəedici serverlə təmin olunmuş 18 yerlik elektron resurslar və konfrans zalları var.

Rektor bildirib ki, elektron kitabxananın fəaliyyətə başlaması elmi fəaliyyətlə məşğul olan hər kəsin işini daha da asanlaşdıracaq. Bu kitabxananın əsas məqsədi mərkəzləşdirilmiş kitabxana və informasiya bazasının və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı yaratmaq daha operativ istifadəni təşkil etməkdir.
Sonra universitetin İKT şöbəsinin əməkdaşı Şəfiqə İmanova elektron kitabxana haqqında geniş məlumat vermişdir.
“Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Zamin Babazadə çıxışında deyib ki, elmi kitabxananın fondunda müxtəlif illərin nəşr kolleksiyaları, görkəmli şəxsiyyətlərin avtoqrafları ilə yeganə nüsxələri qalmış çap əsərləri, regional əhəmiyyətli yerli nəşrlər külliyatı, etnik, ölkəşünaslıq, fərdi və xüsusi kolleksiyalar əks olunub. Burada 4466 adda, 13841 sayda kitab, çoxlu lüğət, qəzet, jurnal mövcuddur.
Sonda elektron kitabxananın yaradılmasında əməyi olan əməkdaşlara təşəkkürnamə verilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR