21 İyun 2024, Cümə

Mayın 20-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilmişdir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişiklik edilmişdir. Federasiya bu müddət ərzində onlayn yarış və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənarda qalmamasını təmin etmişdir. Muxtar respublikada pandemiya ilə bağlı vəziyyətin sabit olması imkan verdi ki, Azərbaycan çempionatı Naxçıvanda keçirilsin.

Bildirilmişdir ki, Azərbaycanda şahmata olan dövlət qayğısı daim hiss olunur, şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Bu gün Azərbaycan şahmatçıları dünyada sayılıb-seçilən şahmatçılardandır. Növbəti Azərbaycan çempionatının uğurla keçirilməsi bir daha şahmata olan qayğının bariz nümunəsidir. Bundan əvvəl şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatı artıq uğurla yekunlaşıb. İnanırıq ki, qadınlar arasında keçiriləcək yarış da gərgin mübarizə şəraitində, olduqca maraqlı və yaddaqalan olacaq.
Seymur Talıbov çempionatda iştirak edən hər bir qadın şahmatçıya uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə Bakıdan kənarda Azərbaycan çempionatının daha maraqlı və yüksək səviyyədə keçirildiyini vurğulayan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qonaqpərvərliyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, növbəti çempionatın muxtar respublikada keçirilməsinin başlıca səbəbi məhz Naxçıvanda daxili turnirin beynəlxalq turnir səviyyəsində təşkil olunması, eyni zamanda ənənəvi Naxçıvan Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə təşkilidir. Naxçıvanda şahmatın yüksəliş mərhələsində olduğunu vurğulayan Faiq Həsənov bildirmişdir ki, hazırda muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılmışdır.
Yarışın baş hakimi Emin Hacıyev iştirakçılara nailiyyətlər arzulamış, yarışın qaydaları haqqında məlumat vermişdir.
Sonra qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılmışdır.

“Şərq qapısı”

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR