22 Dekabr 2024, Bazar

İstedadlı şagirdlərin aşkar olunması, onlar arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması məqsədilə məktəblilərin fənn müsabiqələrinin final mərhələsi keçirilib. Müsabiqənin final mərhələsində ümumtəhsil məktəblərinin VI və VII siniflərdən olmaqla, 147 şagird iştirak edib.

Müsabiqədə şagirdlərə biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə 50 sual təqdim olunub və test tapşırıqlarının cavablandırılması üçün 3 saat vaxt verilib.
Bu mərhələdə muxtar respublikadan 36-sı riyaziyyat, 15-i isə informatika fənni olmaqla, ümumilikdə, 51 şagird VI sinif üzrə, 27-si fizika, 31-i kimya, 38-i isə biologiya fənni olmaqla, ümumilikdə, 96 şagird isə VII sinif üzrə öz bilik və bacarığını nümayiş etdirib.
Qeyd edək ki, respublika fənn müsabiqələrinin I mərhələsi də eyni fənlər üzrə keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR