21 İyun 2024, Cümə

Naxçıvan Muxtar Respublikası “Kardioloji Mərkəz” publik hüquqi şəxsdə tibb işçilərinin iştirakı ilə səhiyyə müəssisələrində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Səhiyyə müəssisələrində mülki müdafiə və fövqəladə hallara hazırlıq  təhlükəsizliyin qarantıdır” mövzusunda iştirakçılara məlumat verib. Məruzədə qeyd olunub ki, tibb müəssisələrində mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsi işçilərin fövqəladə hallarda təhlükəsizliyi üçün zəruri şərtdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova isə “Fərdi və kollektiv mühafizə vasitələri” mövzusunda tədbir iştirakçılarına məlumat verib. Məruzədə kimyəvi və radioaktiv zəhərlənmə zamanı tibb işçilərinin fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi, fəaliyyəti və təhlükəsizliyi ətraflı şəkildə qeyd olunub.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara mülki müdafiə və fövqəladə hallarla bağlı slaydlar təqdim olunmuşdur.

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

 

 

 

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR