“Naxçıvan” Universitetində “Əsas vəsaitlər, onlara çəkilən məsrəflərin kapitallaşdırılması problemləri və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, qloballaşan dünyada iqtisadiyyatın inkişaf etdirilməsi ölkələrin qarşısında dayanan əsas məsələlərdən biridir. Bunun üçün dövlət tərəfindən atılan addımlarla kifayətlənməməli, hər birimiz, ümumilikdə, iqtisadi inkişafa nail olmağa səy göstərməliyik. Qeyd edilib ki, bu gün auditoriyada əyləşən tələbələr sabah ixtisaslı kadr kimi çalışacaqları müəssisələrdə işlərini aldıqları təhsilə uyğun qururlar. Buna görə də bu cür konfransların keçirilməsi, gələcəyin mütəxəssislərinin hərtərəfli məlumatlandırılması baxımından vacibdir.
Universitetin müəllimlərindən Mehdi Bağırov, Elvin Əlimərdanov, tələbə Məşdi Ələkbərov müxtəlif mövzularda çıxış ediblər.
Sonda suallar cavablandırılıb.
“Naxçıvan” Universitetinin mətbuat xidməti