22 Dekabr 2024, Bazar

Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirilib. İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə, 63 binada aparılıb. İmtahanda 14 min 693 bakalavr iştirak edib. Onlardan 13 min 529 nəfəri Azərbaycan bölməsi, 1164 nəfəri rus bölməsi üzrə imtahan verib. İmtahan bütün binalarda eyni vaxtda saat 1100-da başlanıb və 3 saat davam edib.

Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahanda, ümumilikdə, 512 bakalavr iştirak edib. Bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahanın təşkili üçün 44 zal, 2 buraxılışa məsul şəxs, 6 rəhbər, 53 nəzarətçi ayrılıb. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb.

İştirakçılar imtahanın nəticələri ilə yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az saytında tanış ola bilərlər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR