Peyvəndlərin müxtəlif ölkələrdən gətirilməsinin birinci səbəbi əhaliyə seçim imkanının verilməsidir.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
O bildirib ki, hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilməlidir:
"Vətəndaşlara müraciət edirik ki, peyvəndləmə prosesində aktiv iştirak etsinlər.
Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin istehsal etdiyi “AstraZeneca” vaksinindən də istifadə olunur".