22 Dekabr 2024, Bazar

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları” mövzusunda seminar-treninq keçirilmişdir.

Cəmşid Naxçıvanski Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi Tünzalə Məmmədova “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları” mövzusunda çxış etmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir. 1995-ci  ildən sonra muxtar respublikada 17 muzey yaradılmışdır. Son iki ildə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa edilmiş,. Cəmşid Naxçıvanski Muzeyinin binasında əsaslı təmir və yenidənqurma işləri aparılmış, ekspozisiyaları yenidən qurulmuşdur. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina tikilir. Bütün bunlar muxtar respublika rəhbərliyinin mədəni irsimizin qorunmasına, muzey işinin inkişafına göstərdiyi diqqətin təzahürüdür”.

Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki,  bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın eksponat mühafizə və nümayiş olunur.

Muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili üçün seminar-treninqlər, maarifləndirici tədbirlər təşkil olunur. Gənc nəslin muzeylərimizdə tanış olması, mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumata sahib olması, maddi-mənəvi sərvətlərimizin təbliği və tanıdılması ilə bağlı müxtəlif tədbirlər keçirilir. 2021-ci ilin ötən dövründə muzey əməkdaşları üçün 5 seminar-treninq, muzeylərdə ümumtəhsil məktəblərinin şagirdlərinə 9 interaktiv dərs və 205 açıq keçirilmişdir. Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələr üçün 5 açıq dərs və 1 dəyirmi masa təşkil olunmuşdur. Muzeylərdə 42482 nəfər yerli, 2160 nəfər xarici olmaqla 44642 nəfər tamaşaçıya xidmət göstərilmiş, 766 ədəd maddi-mədəniyyət nümunəsi daxil olmuşdur.

Muzeylərdə muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları ilə bağlı seminar iştirakçılarına məlumat verilmiş, onların sualları cavablandırılmışdır. 

Tədbirin sonunda ekspozisiyaya baxış keçirilmişdir. 

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR