22 Dekabr 2024, Bazar

Mayın 19-da Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın müəllimi” layihəsi çərçivəsində pedaqoji profilli ixtisasların sonuncu kursunda təhsil alan tələbələrlə görüş olub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanması üçün muxtar respublikada görülən işlərdən danışıb. Vurğulanıb ki, bu çoxsaylı tədbirlərin davamı olaraq artıq 3 ildir ki, nazirlik tərəfindən “Sabahın müəllimi” layihəsi çərçivəsində mühüm işlər görülür, tələbələrin ümumtəhsil məktəblərində yaxşı təcrübə keçmələri təmin edilir.

Rəhman Məmmədov bildirib ki, təkcə cari tədris ilində 7 məktəbdə 203 tələbə pedaqoji təcrübədə olub. Tələbələr təcrübə müddəti ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə ediblər. Nazirlik tərəfindən onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılıb, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri məktəblərdə açıq dərslər təşkil olunub, onlara STEAM Tədris Mərkəzində seminarlar keçirilib, innovativ dərnəklərə ekskursiyalar təşkil edilib.
Nazir qeyd edib ki, 2018-ci ildən başlayaraq pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işə qəbulu müsabiqə yolu ilə aparılır. Bu günədək 6-sı müəllimlər, 3-ü isə vəzifəlilər üçün olmaqla, 9 müsabiqə keçirilib. Həmin müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 466-sı müəllim, 140-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 606 gənc kadr işlə təmin edilib. 2021-2022-ci tədris ili üçün isə 200-dən çoxu müəllim, 90-dan çoxu isə müxtəlif vəzifələr olmaqla, 300-ə yaxın vakant yer müsabiqəyə çıxarılacaqdır.
Sonra Təhsil nazirinin müavini Ovni Muradov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova, Gərməçataq kənd tam orta məktəbinin müəllimi Günel Heydər­ova, Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov yeni təlim metodlarının ümumtəhsil məktəblərində tətbiqi haqqında məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR