28 Mart 2024, Cümə axşamı

Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təşkil olunan təlimlərə yekun vurulub. Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində keçirilən təlimlərə nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışının səmərəliliyini artırmaq məqsədilə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış müayinə qruplarının əməkdaşları cəlb edilib.

Mərhələli formada üç ay davam edən təlimlərdə nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər tədris olunub. Seminar-məşğələlərdə komitə əməkdaşları nəqliyyat vasitələrində gizlədilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşğələlərə cəlb olunublar. Praktik məşğələlərin nəticələrinə görə yekun qiymətləndirmələr aparılıb.
Mayın 4-də son təlimin iştirakçıları ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli muxtar respublikanın gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, muxtar respublikanın tranzit potensialından səmərəli istifadə, ticarətin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının keyfiyyətinin artırılması, riskin düzgün qiymətləndirilməsi üzrə təkmilləşmə tədbirləri bundan sonra da davam etdiriləcək.
Onu da qeyd edək ki, təlimlərdə iştirak etmiş 84 əməkdaşın 44-ü yüksək, 40 əməkdaş isə məqbul nəticə göstərib və müvafiq sertifikatlar alıblar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR