20 İyun 2024, Cümə axşamı

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 yaşdan yuxarı oğlan idmançılar arasında süni divara dırmanma idman yarışı keçirilib. Yarışda çıxış edənlər yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat verərək uğurlar arzulayıblar. Süni Divar İdman Mərkəzində keçirilən birinciliyin yekununa əsasən Nihad Əhmədov I yerə, Canpolad Məmmədov II yerə, Samiq Həşimov isə III yerə layiq görülüb. Sonda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib. Qeyd edək ki, I, II və III yerləri tutan idmançılar 7 may 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcəklər.

Həmçinin Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər və Babək rayon ümumtəhsil məktəblərində Fiziki tərbiyə dərslərini tədris edən müəllimlər arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Çıxış edənlər görüşün keçirilmə məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıblar. Naxçıvan Şəhər və Babək Rayon Təhsil Şöbələrinin və Gənclər və İdman İdarələrinin birgə təşkil etdiyi görüşdə 3:0 hesabı ilə Naxçıvan komandası qalib gəlib. Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.

 

 

 

 

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR