27 Aprel 2024, Şənbə

        Naxçıvan Dövlət Universitetinin “İncəsənət” fakültəsində “Fortepiano” kafedrasının hesabat konserti keçirilib. Kafedranın müəllimlərinin  tələbələri ilə birgə çıxış etdiyi konsertdə Fikrət Əmirov və Elmira Nəzirovanın Ərəb mövzuları əsasında “Konsert” əsəri təqdim edilib.  Səid Rüstəmovun “Oxu tar”, Arif Məlikovun İki qəlbin dastanı baletindən, Tofiq Quliyevin “Sənə də qalmaz”, “Güldür məni”,  Ludviq Van Bethoven,  Frederik Şopen, Serqey Raxmaninov və s. kimi xarici bəstəkarların bəstələri tamaşaçılar tərəfindən maraqla dinlənilib. Konserti kafedranın müəllimləri Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi dosent Vidadi Heydərov, Azərbaycan Respublikasının əməkdar müəllimi Solmaz Axundova, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Nərminə Qədimova, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Rəna Cəfərova və digərləri müşayiət ediblər.

           Sonda universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını təbrik edib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hesabat konsertini yüksək qiymətləndirən rektor tələbələrin gələcəkdə peşəkar musiqiçi kimi fəaliyyət göstərmələri üçün bu kimi tədbirlərin əhəmiyyətini önə çəkib. Rektor Konservatoriyanın son zamanlardakı uğurlarını diqqətə çatdıraraq öz təklif və tövsiyyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR