21 May 2024, Çərşənbə axşamı

Mayın 24-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olmuşdur.
Festival iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoymuş, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Muzeyi ziyarət edilmiş, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxılmışdır.

Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında keçirilən açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bildirmişdir ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər iki dövründə rəssamlıq sənəti üstün istiqamət verilən sahələrdən biri olmuş, milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanmış, rəssamlar üçün hərtərəfli yaradıcılıq imkanları yaradılmışdır. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət və incəsənətin inkişafı sahəsində əsasını qoyduğu ənənələr davam etdirilir, yaradıcı şəxslərə dəstək verilir, zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün ardıcıl tədbirlər görülür. Naxçıvan torpağının yetirdiyi görkəmli rəssamlar Bəhruz Kəngərlinin, Şamil Qazıyevin, İbrahim Səfiyevin yubileyləri muxtar respublikada geniş qeyd edilmişdir. Ali Məclis Sədri Rəssamlar Birliyinin 40 və 50 illik yubileylərinin, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Rəsm Festivalının keçirilməsi haqqında da sərəncamlar imzalamışdır. Bu il həm də muxtar respublikada Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunur. “Naxçıvan –bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalının da yubiley ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Dünyada və ölkəmizdə tanınmış rəssamların qatıldığı bu festival mədəniyyət və incəsənətimiz üçün çox əhəmiyyətli və əlamətdar hadisədir.

        

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Ötən müddət ərzində bu sahədə ciddi dönüşə nail olunmuş, ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılmışdır. Heydər Əliyev Uşaq-Gənclər və Estetik Tərbiyə mərkəzlərində, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. Bununla yanaşı, muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalereyası, 10 məktəbdənkənar müəssisədə və 3 uşaq-incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir. Rəssamların fərdi sərgilərinin açılması, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr edilməsi Naxçıvan Muxtar Respublikasında təsviri sənətin səviyyəsini, yaradıcılıq axtarışlarının istiqamətlərini müəyyənləşdirən mühüm amillərdəndir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, o cümlədən muxtar respublikada yaşayıb-yaradan rəssamların yaradıcılıq imkanlarının artırılması üçün 2013-cü ildə birlik üçün yeni bina istifadəyə verilimiş, rəssamların çalışdığı köhnə emalatxanalar yeniləri ilə əvəzlənmişdir. Muxtar respublikada fəaliyyət göstərən rəssamların əməyi də yüksək qiymətləndirilmiş, ötən dövr ərzində onlardan 1-i Azərbaycan Respublikasının Xalq rəssamı, 1-i İncəsənət xadimi, 5-i Azərbaycan Respublikasının, 6-sı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı fəxri adları ilə təltif olunmuşdur. Ülviyyə Həmzəyeva göstərilən yüksək diqqət və qayğıya görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.

 

Sonra Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifasında musiqi və rəqs nümunələri təqdim edilmiş, festivalın yaradıcılıq hissəsinə başlanılmışdır.

“Şərq qapısı”

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR