22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində keçirilən şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatının ilk turuna yekun vurulub. 12 zəka sahibinin mübarizə apardığı yarışın ilk günü maraqlı qarşılaşmalarla yadda qalıb.
Dairəvi sistem üzrə keçirilən çempionatın ilk turunda qrossmeyster Nicat Abasov (2665) beynəlxalq usta Aydın Süleymanlı (2520) ilə, qrossmeyster Vasif Durarbəyli (2606) beynəlxalq usta Kənan Qarayevlə (2331), qrossmeyster Nicat Məmmədov (2609) qrossmeyster Vüqar Əsədli (2572) ilə, Fərid Abbasov (2528) beynəlxalq usta Məhəmməd Muradlı (2449) ilə, qrossmeyster Misrətdin İsgəndərov (2535) isə beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə xalları yarı bölüblər. Naxçıvan təmsilçisi qrossmeyster Urfan Sevdimalıyev (2369) ilk turda güclü rəqibi – qrossmeyster Eltac Səfərli (2598) ilə görüşdən məğlub ayrılıb.

Bu gün ikinci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Aydın Süleymanlı – Abdulla Qədimbəyli
Məhəmməd Muradlı – Misrətdin İsgəndərov
Vasif Durarbəyli – Fərid Abbasov
Eltac Səfərli – Kənan Qarayev
Nicat Məmmədov – Urfan Sevdimalıyev
Nicat Abasov – Vüqar Əsədli
Görüşlər saat 1400-da başlayacaq.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 15.000 (on beş min) manat təşkil edir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR