22 Dekabr 2024, Bazar

Mayın 19-da Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açmış, rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Agentliyin Baş direktoru baş vermiş ayrı-ayrı sığorta hadisələrindən misallar gətirməklə sığortanın əhəmiyyətindən danışmış, vaxtında sığortalanmağın üstünlüklərini diqqətə çatdırmışdır. Hikmət Əsgərov həmçinin qeyd etmişdir ki, ötən müddətdə Şərur rayonunda da bu istiqamətdə xeyli iş görülmüş, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayı artmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi “Dizayn Mebel” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici tədbir keçirib.
Tədbirdə şöbənin əməkdaşları Asim Cəfərov, Anar Eynalov və Fərid Vəliyev məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sığortaolunanların pensiya təminatı hüququ və onların fərdi uçot sistemi vasitəsilə əhatə olunması ilə bağlı məsələlər barədə geniş məlumat veriblər.
Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında tənzimlənən münasibətlərdən ən vacibi məhz işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi kimi zəruri sosial sığorta hadisələrindən yararlanmaları üçün onların “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə məcburi dövlət sosial sığortasına cəlb olunmasının təmin edilməsidir. Bütün işləyən vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsinə maraqlı olmalıdır.
Vurğulanıb ki, məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən bank köçürmələri, onlayn ödəmə sistemi vasitəsilə bankda nağd qaydada və ya internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə muxtar respublikanın müxtəlif təbəqələrindən olan nümunəvi ailələr iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. Məhz həmin tarixdən etibarən hər il may ayının 15-i bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.

Ardını oxu...

BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərara əsasən, 1994-cü ildən başlayaraq 15 may günü hər il dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının Qadınlar Şurası tərəfindən “Milli ailə modeli: Naxçıvanda tarixi ənənə və ağsaqqallıq institutu” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva qeyd etmişdir ki, Azərbaycan xalqı özünün milli-mənəvi dəyərləri əsasında formalaşdırdığı ailə modelini əsrlərin sınağından keçirərək bu gün də müasir cəmiyyətin əsas özəyi kimi qoruyub saxlaya bilmişdir. Ölkəmizdə ailəyə daim müqəddəs ocaq kimi yanaşılmış, ailə sahibi olmaq, övlad böyüdüb tərbiyə etmək ən mühüm insanlıq vəzifələri sayılmışdır. Bu mənada xalqımıza məxsus ən gözəl xüsusiyyətlərdən biri olan böyüyə, ağsaqqala hörmətlə yanaşmaq ənənəsi bütün ailələrimizdə bu gün də qorunub saxlanılan mühüm milli-mənəvi dəyərlərimizdəndir.

Ardını oxu...

Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, İsmayıl Həsənov, baş məsləhətçi Ağa Həsənov çıxış edərək sosial sığorta qanunvericiliyi, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat vermişlər.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsədə xidmət edir. Hələ qədim zamanlardan xalqımızın düşüncəsində ailə müqəddəs ocaq anlamında olmuşdur. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondunun daşıyıcısı kimi mühüm əhəmiyyətə malikdir. Bu mənada ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəs anlayış olmuşdur. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını dolğun şəkildə qoruyub saxlamaqdadır. Tarix boyu xalqımız ailənin qurulmasına mühüm bir hadisə kimi yanaşmış, onun təməlinin möhkəm olmasına çalışmışdır.

Ardını oxu...

“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda 200-dən artıq mineral və müalicəvi su mənbəyi vardır ki, bunlardan da bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda quruculuq ərməğanlarının təbiət mənzərələri ilə həmahənglik təşkil etdiyi ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulmuş, burada yeni bina tikilmiş, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.
Darıdağ Arsenli Su Müalicəxanasının direktoru Zəfər Məmmədov deyir ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin dərmanıdır. Darıdağ arsenli suyunun araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılmış, 1928-ci ildə isə Lanqvaqren bu suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənmişdir.

Ardını oxu...

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən 6-cı nağıl

Ötən həftəsonu idi. Ailəlikcə ata ocağına – Kəngərli rayonunun Yurdçu kəndinə gedirdik. Şəhərdən yenicə çıxmışdıq. Avtomobilimiz Əliabad qəsəbəsini keçib üzüyuxarı gedəndə qızım yolun sol tərəfindəki yaşıllıqların arasındakı rəngbərəng gülləri göstərərək – ordakı güllüklərə baxın (öz aləmində ayrı-ayrı gülləri nəzərdə tuturdu), – deyə hamımızı əmrinə tabe etdirdi. Qızımın özünəməxsus sevincinə şərik olandan sonra öz-özümə uca səslə, – bir vaxtlar buralar küllük idi, indi bunları görüb heyrətlənirsən, lap nağıl kimi gəlir adama, – dedim.
Oğlum nağıl sözünü eşitcək mənə tərəf çevrilib uzun-uzun mənalı-mənalı üzümə baxdı. O müddətdə artıq hər şeyi qərarlaşdırmışdıq. Bu gecə oğluma danışacağım nağıl bu barədə olacaqdı. Mənzil başına çatana kimi nağılın süjetini qurmuş, adını da düşünmüşdüm: “Küllüklər və güllüklər”.

Ardını oxu...

Dünyanın müxtəlif ölkələrində göbələklərdən istifadə xalqların adət və ənənələri ilə bağlı olmuşdur. Son 30-40 ildə yeməli göbələklərin öyrənilməsi və süni yolla artırılmasına maraq artmışdır. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələrin olduğu aşkar edilmişdir.

Yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Göbələklər fizioloji funksiyası, xarici görünüşü və ölçüsünə görə müxtəlifdirlər. Ayrı-ayrı göbələk qrupları arasındakı kəskin müxtəlifliyə baxmayaraq, onlarda oxşar əlamətlər çoxdur. Əsas əlamətlərdən biri budur ki, göbələklər heterotrofdurlar, yəni onlarda xlorofil olmadığı üçün yaşıl bitkilər kimi üzvi maddə hazırlaya bilmirlər. Ona görə də onlar üzvi maddələri yaşadıqları mühitdən parazit və ya saprofit yolla alırlar.
Aparılan tədqiqatların nəticələri göstərir ki, Naxçıvan diyarında göbələklərin yayılma arealı və istifadəsi XI əsrə təsadüf edir.

Ardını oxu...

Qədim adət-ənənələrimizdən biri olan qan qohumlarının nikaha girməsi uzun illər psixologiyamızda özünə dərin kök salıb. Adətən, belə izdivacların təşəbbüskarları valideynlər, həmçinin xalalar, bibilər, dayılar, əmilər olublar və olurlar. Şifahi xalq ədəbiyyatı nümunələrindən olan nağıllarımızda, dastanlarımızda, bayatılarımızda “əmioğlu ilə əmiqızının kəbini göydə mələklər tərəfindən kəsilib” fikrinə rast gəlirik. Keçmiş adətlərimizdən olan ikiqat qohumluğa güclü meylin olması uzun illər, əsasən də, Sovet hakimiyyəti illərində belə nikah aktlarının sayını ilbəil artırıb. Bəlkə də, bilərəkdən bu adət-ənənənin qarşısı alınmayıb. Bu izdivacdan dünyaya gələn əksər uşaqların fiziki sağlamlığında böyük problemlərin olduğu, yəqin ki, elm adamlarına bəlli olub. Amma buna baxmayaraq, bu qohumluq əlaqələrinə bu gün də cəmiyyətimizdə rast gəlinir.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinin həllinə yönəltmək məqsədilə 1993-cü ildə 15 mayın “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən hər il may ayının 15-i “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədlərindən biri də ailələrin rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün yeni iş yerləri açılmış, iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial pro­qramlar genişləndirilmiş, nəticə etibarilə, əhalinin sosial müdafiəsi daha da gücləndirilmişdir.
15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Üstüpü kəndində yaşayan çoxuşaqlı aztəminatlı Ələkbər Məmmədovun ailəsi ilə görüşün keçirilməsi ailənin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyırdı. Adıçəkilən qurumların əməkdaşları çox­uşaqlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvləri tibbi müayinədən keçirilərək onlara dərman preparatları və ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihәlәrini həyata keçirəcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondundan məlumat verilib. 19-25 may tarixlərində həyata keçiriləcək layihələr çərçivəsində nəzərdə tutulmuş təlimlər tələbə-gənclərin psixoloji sahələrdə maariflənməsi, gənclərin karyera seçiminin və hazırlığının düzgün aparılması, cəmiyyətdə özlərinə yer tapmaları məsələsinin və bu prosesdə qarşılaşa biləcəkləri psixoloji problemlərin həlli yollarının öyrədilməsi məqsədini daşıyır.
Sosial şəbəkələrdən düzgün istifadə edilməsi, Azərbaycan və Naxçıvan həqiqətlərinin sosial şəbəkələrdə işıqlandırılması və təbliği isə “Gənclərin aktivliyinə dəstək” layihəsinin əsas məqsədlərindən biridir. Tәlimlәrdә Naxçıvan Muxtar Respublikasında fәaliyyәt göstәrәn ali vә orta ixtisas tәhsili müәssisәlәrinin tәlәbәlәri iştirak edәcəklәr. Layihə çərçivəsində Bakı şəhərindən dəvət olunmuş mütəxəssis Qail Qasımov müxtəlif mövzularda seminarlar keçəcək. Naxçıvan Gənclər Mərkəzində təşkil olunacaq seminarlarda, ümumilikdə, 100 gəncin iştirakı nəzərdə tutulmuşdur.

Xəbərlər şöbəsi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il mayın 5-i dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsinə yönəltmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirməkdən ibarətdir.

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaş hüquq və azadlıqları, o cümlədən sosial təminat hüququ dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 38-ci maddəsində hər kəsin qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malik olduğu təsbit olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin (Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara tədris müddəti ərzində  əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi) icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmış qrafikə əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün peşəyönümü məşğələlər təşkil olunur. Bu günədək, ümumilikdə, 153 ümumtəhsil məktəbinin yuxarı sinif şagirdlərinə peşəyönümü məşğələlər keçilmişdir.

Ardını oxu...

Ailə bütün dövrlərdə birlik rəmzi kimi müqəddəs sayılıb. Təsadüfi deyil ki, ailə “kiçik dövlət” adlandırılır. Bu kiçik dövlətin idarə olunması qarşılıqlı hörmət, məhəbbət prinsipinə əsaslanır. Əgər bu kiçik dövlətin təməli möhkəm, Azərbaycan milli mentalitetinə əsaslanan zəmin üzərində qurularsa, gələcək nəslin qayğısı da az olar, sağlam psixologiyalı gənclər və ən əsası düzgün tərbiyə mühitində formalaşmış gələcəyin valideynləri yetişər. Sağlam psixologiyalı gənclik həm valideynlərinə, həm də dövlətinə, millətinə xeyirli vətəndaş deməkdir. Və bu alqoritm onu göstərir ki, ailə ilə cəmiyyət, dövlət bir-biri ilə bağlı vəhdətdə inkişaf edir. Hər birinin təməli necə qoyularsa, o inkişaf xətti ilə də davam edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Culfa rayonunun Boyəhməd kəndində yaşayan aztəminatlı Habil Quliyevin ailəsinə baş çəkilmişdir. Sözügedən komitənin, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ailənin məişət şəraiti ilə maraqlanmışlar. Ailənin üzvləri tibbi müayinədən keçirilmiş, onlara ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi dövlət sosial sığortası sahəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir fondun Sədərək Rayon Şöbəsi tərəfindən keçirilmişdir. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Samil Kazımov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əməkdaşlarından Yaqubəli Vəliyev, Araz Musazadə, Elman Musayev və Elçin Əhmədov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, sığortaolunanların fərdi uçot sistemi, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə  geniş məlumat vermişlər.

Ardını oxu...

Xaşa qiymətli yem bitkisi, zəngin baltutar nektar mənbəyidir. Paxlalılar fəsiləsindəndir. Ata-babadan “xəşə”, “gürungə”, “qoringə” adlandırılıb. Əsasən, dağ yamaclarında, yəni dəniz səviyyəsindən olduqca yüksəkdə əkilib bol məhsul verən bitkidir. Xaşa yeganə bitkidir ki, onun mal-qara axurunda qırcını qalmır. Yemin tərkibi proteinlə, zülal, mineral maddələrlə zəngin olduğu kimi, şirinliyə də meyillidir. Bundan başqa, xaşa bitkisi arıçılıqda mühüm yem bazasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkalarının keçirilməsi bəndinin icrasına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ilin 1-11 aprel tarixlərində Naxçıvan şəhərində və rayon mərkəzlərində əmək yarmarkaları keçirilmişdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, bu il fevral ayının 15-dən etibarən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası muxtar respublikanın 90 illik yubiley tədbirləri çərçivəsində “Təbiətə məktəbli töhfəsi” adlı aksiyaya başlamışdır. Aksiya aprel ayının 20-dək davam etdirilmişdir. Dünən sözügedən aksiyaya yekun vurulmuş və bu münasibətlə keçirilən tədbiri kitabxananın direktoru Kamal Axundov açaraq çıxış etmişdir.
Sonra kitabxananın şöbə müdiri Naibə Abbasova bildirmişdir ki, ötən iki ay ərzində aksiyada 7 kitabxana, 30 tam orta məktəb, bütövlükdə, 8 min nəfər məktəbli iştirak etmişdir. Aksiyada hər biri ən azı 20 kvadratmetr ərazini zəhərləmək gücündə olan 12 min ədəd təbiətə zərərli olan batareya toplanaraq məhv edilmək üçün aksiya komissiyasına təhvil verilmişdir. Tullantıya çevrilən batareyalarda müxtəlif ağır metallar olur ki, onlar da hətta kiçik miqdarda belə, insan sağlamlığına ziyan vurur. Bunlar sink, manqan, kadmium, nikel, civə və başqalarıdır. Batareyalar atılandan sonra korroziyaya uğrayır, tərkibindəki ağır metallar torpağa və qrunt sularına keçir. Qrunt sularında olan bu metallar çay, göl və ya artezian sularına düşə bilər ki, həmin sulardan da içməli su kimi istifadə olunur.
Sonda toplanan batareyalar məhv edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilmişdir.
Qeyd edək ki, aksiyada fəal iştirak edən şəhər və rayon kitabxanalarının balaca oxucuları və məktəblilər hədiyyələr, diplomlar və fəxri fərmanlarla mükafatlandırılmışlar.

Xəbərlər şöbəsi

Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrasına müvafiq olaraq, əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə müəssisələrdə olan vakansiyalar barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən internet saytı hazırlanıb.
Dünən www.isaxtar.nmr.az internet saytının təqdimat mərasimi keçirilib.
İnternet saytının istifadəyə verilməsindən sonra işaxtaran vətəndaşlar məşğulluq xidməti orqanlarına müraciət etmədən sayta daxil olmaqla vakansiyalar barədə məlumat əldə edə biləcəklər. Eyni zamanda təşkilati-hüquqi formasından asılı olmayaraq, muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, həmçinin fiziki şəxslər işçi axtarışı üçün internet saytında elanlar yerləşdirə biləcəklər.
Qeyd edək ki, bu tədbir işaxtaran vətəndaşların səmərəli məşğulluq təminatı üçün əlverişli şərait yaratmaqla bərabər, onların sosial müdafiəsinin gücləndirilməsinə də xidmət edəcəkdir.

Səbuhi HƏSƏNOV

Araz çayının axarı boyunca yol gedirdim: yan-yörəmdə yalçın qayalar, bu yerlərin yay vədəsində Günəş şüasından yanıb-yaxılmış cadar-cadar dağlar, quzeyində kırs bağlayan qar təpələri, güneyində sürü-sürü otlayan, bu qayadan o qayaya atılan, sıldırımları eyninə almayan dağ keçiləri, bir tərəfimdəsə şıltaq uşaq kimi atılıb düşən, bu sahildən o sahilə, o sahildən bu sahilə hay-küylə çırpınan Araz. Yolum Ordubadın bu istiqamətindəki sonuncu kəndi olan Kotamadır. Əlbəttə ki, sonuncu kənd deyil, ondan sonra Kilid gəlirdi, sonra Zərəni gəlirdi. İndi o kəndlərdə yaşayan yoxdur. Niyə yoxdur, səbəbini deyim: sovetlər dönəmində bu kənd­lərdə elektrik, qaz, telefon yox idi, insanlar Allah ümidinə buraxılmışdılar. Ona görə də ailələrin yavaş-yavaş daha rahat yerlərə köçü başlandı. Amma Vətən Vətəndir. İndinin özündə yaşlılar yenə dədə-baba yurdlarına baş çəkirlər, çobanlar sürülərini, naxırçılar naxırlarını bu həndəvərlərdə otarırlar, cavanlar bayram tonqallarını bu dağlarda qalayırlar; çünkü torpaq unudulmazdır, torpaq müqəddəsdir. Bilmirəm, kotamlı Zabit Həsənov hardan gəlib yadıma düşdü. Kotam kəndinin kolxoz sədri idi.

Ardını oxu...

Suyun yaradılışın vacib ünsürlərindən biri olduğunu bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Harada su varsa, orada həyat var. Bu təbii nemət insanların ehtiyaclarını ödəyən meyarlar içərisində ön sırada gəlir. Hələ uzaq keçmişdən insanoğlu harada bir su mənbəyi – bulaq, çeşmə, kəhrizlə qarşılaşıbsa, orada yurd-yuva salmışdır. Muxtar respublikamızda mövcud olan kəndlərin yerləşmə prinsiplərində ən başlıca səbəb su mənbələrinin yaxınlıqda olmasıdır. Zaman keçdikcə insanoğlunun suya ehtiyacı daha da artmış, ondan bir çox məqsədlər üçün istifadə olunmasına zərurət yaranmışdır. İndi sudan yalnız  əkin sahələrini suvarmaq, içmək və ya təmizlik məqsədilə istifadə edilməsini düşünmək sadəlövhlük olardı. Müasir həyatda insanlar ondan həm də elektrik enerjisi almaq, müxtəlif dərman preparatları hazırlamaq və sair məqsədlər üçün istifadə edirlər. Buna görə də təbii su ehtiyatlarının bərpası, ondan səmərəli istifadə edilməsi dövrün ən aktual məsələlərindən birinə çevrilmişdir.

Ardını oxu...

Babək Rayon Vergilər Şöbəsindən aldığımız məlumata görə, POS-terminalların quraşdırılması və istifadəsi, nağdsız ödənişlərin üstünlükləri ilə bağlı səmərəli nəticələr əldə etmək üçün şöbə tərəfindən vergi ödəyiciləri, vətəndaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Bunun da nəticəsində sahibkarlar və istehlakçılar arasında bu qəbildən terminallara maraq artıb. Son dövrlər rayon ərazisində fəaliyyət göstərən əhalinin daha çox müraciət etdiyi 23 obyektdə 29 POS-terminal quraşdırılıb, 18 pərakəndə ticarət, ictimai-iaşə obyektində POS-terminalların quraşdırılması üçün vergi ödəyicilərinə xüsusi proqram vasitəsilə avtomatik olaraq elektron formada bildirişlər göndərilib. Nəticədə, onların 18-i POS-terminalların quraşdırılması üçün sənədlərini müvafiq bank idarəsinə təqdim ediblər. Yaxın vaxtlarda bu ödəyicilərin müraciəti təmin olunacaq və bu obyektlərdə POS-terminallar quraşdırılacaq.

Xəbərlər şöbəsi

Uşaqlar üçün körpəlikdən beyinlərinə həkk olunan mənzərələr, yaddaşlarında qalan sözlər çoх önəmlidir. Uşağa nələri təbliğ etsən, o da əvəzində bunu qaytaracaq: necə ki deyiblər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.  
İnsanoğlunun  gələcək həyatının təməli körpəlikdən qoyulur. Bu təməl nə qədər möhkəm, nə qədər etibarlı olarsa, övladlarımız psixoloji cəhətdən nə qədər sağlam böyüdülsələr, onların gələcəyi cəmiyyətimiz üçün o qədər bəhrəli olar. Bu isə güclü tərbiyə ilə mümkündür. Dünya inkişaf edir: texnologiya, əyləncə, təlim, təhsillə birlikdə, düşüncə tərzimiz də sürətlə dəyişir, inkişaf edir. İnkişafa xidmət edən, sosiallığı inkişaf etdirən ünsürlərdən biri də televiziyadır. Bu gün müхtəlif telekanalları izləmək imkanımız var. Təəssüflər olsun ki, bu imkandan çox vaxt bəzi böyüklər də düzgün istifadə etmir.

Ardını oxu...

Muxtar respublikamızda təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.      
28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əməyin mühafizəsi ilə əlaqədar tədbirlərin keçirilməsinə başlanılıb.
21 fevral 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirədə əməyin mühafizəsi üzrə ixtisasartırma kurslarının təşkil olunması barədə verilən tapşırıqların icrası məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə bilik səviyyəsinin artırılmasına dair kursa başlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, döngə 27, ev 8 ünvanında yaşayan aztəminatlı Qəhrəman Bağırovun ailəsinə baş çəkiblər. Ailənin məişət şəraiti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib.
Aztəminatlı ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agen­t­­liyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Dövlət Baş Sığorta Ağentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış etmişdir. Qeyd olunmuşdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına nəzarət işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici görüşlər keçirilməsi istiqamətində öz səylərini artırmalıdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə seminar-məşğələ keçirib. Seminar-məşğələdə plastik kartların növləri, ticarət, xidmət obyektlərində POS-terminallardan istifadə edilməsi, internet vasitəsilə kommunal xərclərin ödənişi və mobil telefonlara danışıq kartlarının yüklənməsi, eləcə də digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin edilməsi ilə bağlı məlumatlandırma aparılıb.
Tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanılması və təsərrüfat əməliyyatlarının xərclərinin azaldılmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.

Ardını oxu...

Ordubad rayonundakı Sabirkənddə “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, cəmiyyətin inkişafında ailənin üzərinə mühüm vəzifələr düşür. Ailə öz mahiyyətini və funksiyasını o zaman bütövlükdə yerinə yetirmiş olur ki, hər bir ailə üzvü üzərinə düşən vəzifələri lazımınca yerinə yetirsin. Bu mənada qadın böyük rola malikdir. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması istiqamətində təşkil olunan tədbirlər davam etdirilir.
Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 12 uşağın iştirakı ilə “Oxu, qavra” adlı  növbəti mütaliə yarışı keçirilib.
Yarış iştirakçıları bir saat ərzində elektron kitabxananın kataloqunda olan bədii ədəbiyyatdan seçilmiş hekayəni oxumaqla onun məzmununa aid tərtib olunmuş test suallarını cavablandırıblar. Ən çox test sualını düzgün cavablandıran iştirakçı yarışın qalibi hesab edilib.
Yarışda ilk üç yeri tutan sağlamlıq imkanları məhdud uşaqlara qiymətli hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.
Bu tədbir sağlamlıq imkanları məhdud uşaqlarda mütaliə vərdişi yaratmaqla onların zehni inkişafının artmasına və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında növbəti elektron ödənişli xidmətlər istifadəyə verilib.  
Yeni xidmətlərə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin əhaliyə satdığı enerjinin və qazın ödəniş haqlarının elektron formada ödənilməsi daxildir. Nazirliyin mütəxəssisləri tərəfindən hər iki müəssisənin elektron bazası formalaşdırılaraq avtomatlaşdırılıb. Bundan sonra muxtar respublika əhalisi elektrik enerjisi və qaz sərfiyyatına görə borclarını öyrənə və real vaxt rejimində plastik kartlar vasitəsilə internet üzərindən ödəyə bilərlər.

Ardını oxu...

Həyatda elə olur ki, yolunda gedən işlər bir anda dolaşığa düşür, arzusunda olduğumuzu əldə etmək üçün ummadığımız maneələrlə qarşılaşırıq. Bir çox insanlar həmin maneələrə başlıca səbəb kimi bədnəzəri əsas gətirirlər. Deyirlər ki, “mənə göz dəydi”, “nəzərə gəldim”, “üzərimdə nəfəs var” və sair. Bu fikirlərdə olan insanlar astroloqlara, bioenergetik həkimlərə və el həkimi kimi tanınan “nəzərçi”lərə üz tuturlar.

Artıq bir neçə ildir ki, parapsixoloqlar açıqlamalar verərək deyirlər ki, gözdəymədə müəyyən qədər həqiqət var. Bu, gözlərdə kəsici şüanın az və ya çox olması ilə bağlıdır. Belə gözlər insanın aurasına qəzəblə, həsədlə, hətta qibtə ilə tuşlananda həmin auranı kəsə, zədələyə bilir. Əgər gözün şüası ürəyin üstündəki cərəyan burulğanına düşsə, ürək xəstələnir, mədənin üstündəki cərəyan burulğanına düşsə, mədə ağrıları başlayır.

Ardını oxu...

Bu sərvəti göz bəbəyi kimi qoruyub gələcək nəsillərə əmanət  qoymaq bizim müqəddəs vəzifəmizdir

...Ömrü-günü açıq havada, alaçıqda keçən, beli bükülüb illərin izlərini nurlu çöhrələrindəki qırışlarda yaşadan ağbirçəklərimiz, ağsaqqallarımız əlləri iş tutandan torpaqla sirdaş olublar. Alın tərini torpağa qarışdıran, əllərinin qabarı ilə torpağı əzizləyənlər onun verdikləri ilə dövran sürüblər. Nə gecə biliblər, nə gündüz. Sağlamlığın da, uzun­ömürlülüyün də əlacını işdə, zəhmətdə, torpaqla ünsiyyətdə görüblər. “İş insanın cövhəridir” deyənlər də elə əliqabarlı babalarımız olublar. Onlar çöldə işləyib yorulanda bir ağacın dibində oturub, bir qurtum su içib, bir dürmək çörək yeməklə canlarındakı yorğunluğu çıxarıblar. Günün günorta vədəsində isə bir çimir yuxudan sonra yenidən torpaqla çək-çevirə başlayıblar ta Günəş dönüb anasının qoynuna girənə kimi. Sağlığı da, saflığı da, uzun ömrü də beləcə qazanıblar.

Naxçıvanda elə hər bir sahədə qədim adət-ənənələrə, milli dəyərlərə, tarixi köklərə bağlılıqla həyata keçirilən işlər təbiətə münasibətdə, torpağa sahiblikdə də öz əksini tapır.

Ardını oxu...

Babək rayonunda “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.  
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarından Yaşar Məmmədovun, İsmayıl Həsənovun, Nurlan Mustafayevin, fondun Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyevin çıxışları olub.

Ardını oxu...

Muxtar respublikada əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər aztəminatlı ailələri də əhatə edir. Belə qrupdan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardımların təyin olunması, əmək qabiliyyətli ailə üzvlərinin məşğulluq problemlərinin həll edilməsi diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların sosial problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan Abdulla Bağırovun ailəsinə baş çəkilib. Ailənin yaşayış vəziyyəti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara məişət əşyaları, ərzaq payı və geyim dəstləri verilib.
Ailə üzvləri belə qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi-sosial reabilitasiyalarının kompleks şəkildə həlli, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən protez-ortopedik məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan 67 məhdud fiziki imkanlıya, o cümlədən 17 ahıla və sağlamlıq imkanları məhdud 7 uşağa növbəti səyyar xidmət göstərilib.
Məhdud fiziki imkanlı şəxslərin evlərinə gedilərək onların ehtiyacları ilə maraqlanılıb, 5 nəfərdən protez və ortez sifarişləri qəbul olunub, 6 nəfərin protezləri təmir edilib, 6 nəfərə protez-ortopediya məmulatları verilib, eyni zamanda 50 nəfər texniki-bərpa vasitələri ilə, o cümlədən 2 nəfər əlil arabası, 10 nəfər eşitmə aparatı, 38 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.
Səyyar xidmət il ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Pinəçilik Azərbaycanda qədim sənət növlərindən biridir. Əksər halda bu peşənin davamçıları ya pinəçilərin övladları, ya da qohumları olublar. Vaxtilə bu peşə sahiblərinin Naxçıvan şəhərinin az qala hər küçəsində bir dükanı var idi. Həmin dövrlərdə şəhərin pinəçiləri adla tanınardılar. Ancaq son illər Naxçıvan şəhərində, eləcə də kənd­lərdə yaxşı pinəçi tapmaq müşkülə çevrilib. Biz də qərara gəldik ki, Naxçıvan şəhərində ayaqqabı təmiri dükanı tapıb bu sahədəki durğunluğun səbəbini ustaların öz dilindən eşidək. Belə ustalardan biri pinəçi İlqar usta öz müştərilərini Ş.İ.Xətai küçəsindəki kiçik bir köşkdə qarşılayır. İçəridə pinəçi dükanına xas mənzərə hökm sürür. Yorğun, zəhmətkeş çəkməçi ayaqqabıları təmir etməklə məşğuldur. Onunla söhbət zamanı müşahidə etdik ki, İlqar usta həm də maraqlı həmsöhbətdir:

Ardını oxu...

Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üz­rə Dövlət Proqramı” təsdiq  edilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, cari ilin I rübü ərzində dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə muxtar respublikanın əmək bazarının real vəziyyəti təhlil edilmiş, muxtar respublikada həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, eləcə də yaradılan yeni iş yerləri hesabına əmək bazarı və məşğulluq xidməti orqanlarında son iki il ərzində işsizlik statusunun verilməsi halları qeydə alınma­mışdır. Əmək bazarında təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlıq sabitdir.

Ardını oxu...

Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə mərkəzin direktoru Məmməd Məmmədovun, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Şərur rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Samir Qasımov tədbirin iştirakçılarına öz minnətdarlığını bildirərək qeyd edib ki, bu qəbildən fəal məşğulluq tədbirləri rayon sakinləri tərəfindən maraqla qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır.
25 təşkilatdan 287 boş iş yerinin çıxarıldığı yarmarkada 69 nəfərə işə göndəriş verilib. İki nəfər isə peşə hazırlığına cəlb olunub.

Xəbərlər şöbəsi

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası muxtar respublikanın 90 illik yubiley tədbirləri çərçivəsində “Təbiətə məktəbli töhfəsi” adlı aksiyaya start verib.
Ətraf mühitə məktəbli oxucular tərəfindən qayğı göstərilməsi, onları təbiətə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə bu il fevral ayının 15-də  start verilən aksiya çərçivəsində uşaqlar ən azı 20 kvadratmetr ərazini zəhərləmək gücündə olan elektrik batareyalarını toplamaqla məşğul olublar. Bu günə qədər uşaqlar 1000-ə yaxın təbiətə zərərli olan batareya toplayıblar. Aksiyada Naxçıvan şəhər və Şərur rayon məktəbliləri fəallıq göstərirlər.  Aksiya zamanı uşaqlara məlumat verilərək bildirilib ki, batareyalar istifadə zamanı heç bir problem yaratmır, lakin bu cərəyan mənbəyi tükənəndə lazımsız olur və tullantı kimi atılır. Məhz bu zaman o, təhlükəli olur. Müxtəlif batareyalarda müxtəlif ağır metallar olur ki, onlar da hətta kiçik miqdarda belə, insan sağlamlığına ziyan vurur. Bunlar sink, manqan, kadmium, nikel, civə və başqalarıdır. Batareyalar atılandan sonra korroziyaya uğrayır, tərkibindəki ağır metallar torpağa və qrunt sularına keçir. Qrunt sularında olan bu metallar çay, göl və ya artezian sularına düşə bilər ki, həmin sulardan da içməli su kimi istifadə olunur.
Qeyd edək ki, bu aksiya aprel ayının sonunadək davam edəcək və  məktəblilər tərəfindən toplanan batareyalar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə məhv ediləcək. Aksiyada fəal iştirak edən şəhər və rayon  kitabxanalarının  balaca oxucuları hədiyyələr, diplomlar və fəxri fərmanlarla mükafatlandırılacaqlar.

Xəbərlər şöbəsi

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsindən iki ildən artıq vaxt ötür. Muxtar respublikada əhalinin meyvə, tərəvəz və üzüm məhsulları ilə dolğun təmin olunması, həmin məhsulların xaricə ixrac edilməsi, nəticədə, kənd əhalisinin məşğulluğunun artırılması və maddi-rifah halının yüksəldilməsi dövlət proqramının əsas məqsədidir. Naxçıvan diyarı özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. 2013-cü il də kənd təsərrüfatının inkişafında uğurlu illərdən biri olmuşdur. Bütövlükdə, 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Ötən il 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm istehsal edilmişdir.

Ardını oxu...

Babək rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq rayonda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, təşkil edilən əmək yarmarkalarının əhəmiyyətindən bəhs edib. Bildirilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də hər il keçirilən əmək yarmarkalarıdır. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən genişmiqyaslı təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgöturənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edir.

Ardını oxu...

Hər daşı, qayası ox nişanlı, hər zümrüd gözlü bulağının pıçıltısında həzin ana laylası çağlayan doğma Naxçıvan diyarımız, qədimdən-qədim Naxçıvan şəhəri bina olandan bəri heç vaxt, heç zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb. Bunu inkar etməyə kimsənin dili gəlməz. Sadəcə, bu inkişafı və tərəqqini görənlər təəccüblənə bilərlər. Təəccüblənə bilərlər ki, son illər ərzində neçə-neçə keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu. Bu yerdə xəyal məni istər-istəməz bir qədər əvvəllərə, babamın söylədikləri o vaxtkı Naxçıvan şəhərinin uçub sökülən küçələrinə çəkib aparır.
Babam deyirdi ki, gecələrin lal-dinməz sükutunu pozan qatarların səhərəcən səngimək bilməyən hərəkət səsi elə bil bu gün də qulaqlarımda səslənir. Nələr daşımırdı polad relslər üzərində hərəkət edən bu yük karvanları. Naxçıvan şəhərindəki dəmiryol vağzalının həndəvərində inşaat materiallarından təpələr yaranmışdı. Və bəzən uzun müddət lövbər salaraq öz sahibini gözləyirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən diqqət və qayğının ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, cari ilin I rübü ərzində dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülmüş, muxtar respublikada yaşayan məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud 302 uşaq barəsində məlumat bazası yaradılmışdır.

Ardını oxu...

Bu amillər Cəhri kəndini qəsəbətimsallı görkəmə gətirib

Söhbətə giriş və ya kənddə ilk kompleks quruculuq tədbirləri

Muxtar respublikaya xarici ölkələrdən gələn qonaqların birindən qəzetimiz üçün müsahibə alarkən soruşdum:
– Naxçıvanın bugünkü inkişaf və tərəqqisini necə görürsünüz?
Maraqlı və dolğun bir cavab verdi:
– Diyarınızın inkişaf və tərəqqisi reallıqdır. Bu reallığın təməlində isə yüksək səviyyədə təmin edilmiş sabitlik, ciddi nizam-intizam dayanır.
Yuxarıdakı epizodu təsadüfən yada salmadım. O vaxt mən qonağa bir amili də xatırlatmışdım: insana, onun layiq olduğu səviyyədə yaşamasına və yurd yerlərinə göstərilən qayğı...
Babək rayonunun Cəhri kəndi, onun sakinləri də belə qayğıdan bəhrələniblər. Son illərdə burada iki dəfə kompleks quruculuq tədbirləri həyata keçirilib. Bu yaşayış məntəqəsini yaxından tanıyanlar bilirlər ki, Cəhri təkcə muxtar respublikanın deyil, ölkəmizin ən böyük yaşayış məntəqələrindən biridir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və muxtar respublika Gənc Vətənpərvərlər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində tələbə-gənclərlə görüş keçirilmişdir.
Tədbirdə  çıxış edən Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Canməmməd Canməmmədov bildirmişdir ki, gənc­lərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verməklə onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynamışdır. Vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalıdırlar. Gənc­lərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin yaradılmasının əhəmiyyətindən də danışan Canməmməd Canməmmədov birliyin gələcək fəaliyyət istiqamətlərini gənclərin diqqətinə çatdırmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Şahbuz rayonunda keçirilən əmək yarmarkasına 11 təşkilatdan 137 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənc­lərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarının təşkil olunmasıdır. Bu yarmarkalar vasitəsilə işaxtaranlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
İşaxtaran vətəndaş Röya Hüseynova  belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.
38  nəfərə işə göndərişin verildiyi yarmarkada Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəqani Həsənov çıxış edərək  rayonda  əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.   
Qeyd edək ki, bu qəbildən olan növbəti yarmarka bu gün Culfa  rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

Azərbaycanın sosial-iqtisadi həyatının əsl inkişafının təmin edilməsi ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların məntiqi nəticəsidir.
Azərbaycanda qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasına xidmət edən ciddi islahatların həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindəndir. Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində sığorta-pensiya sistemində aparılan köklü islahatlar da bu qəbildəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, dünən keçirilən əmək yarmarkasının ünvanı Kəngərli rayonu olub.
Tədbirdə mərkəzin direktoru Məzahir Rüstəmovun, rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyevin, işaxtaran vətəndaş Ayşən İsmayılovanın çıxışları olub. Yarmarkada 10 müəssisədən 64 boş iş yeri təqdim edilib, 32 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Şahbuz rayonunda keçiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR