22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi-sosial reabilitasiyalarının kompleks şəkildə həlli, o cümlədən bu kateqoriyadan olanlara protez-ortopedik xidmətlərin göstərilməsi istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən protez-ortopedik məmulatlarına və texniki-bərpa vasitələrinə ehtiyacı olan 67 məhdud fiziki imkanlıya, o cümlədən 17 ahıla və sağlamlıq imkanları məhdud 7 uşağa növbəti səyyar xidmət göstərilib.
Məhdud fiziki imkanlı şəxslərin evlərinə gedilərək onların ehtiyacları ilə maraqlanılıb, 5 nəfərdən protez və ortez sifarişləri qəbul olunub, 6 nəfərin protezləri təmir edilib, 6 nəfərə protez-ortopediya məmulatları verilib, eyni zamanda 50 nəfər texniki-bərpa vasitələri ilə, o cümlədən 2 nəfər əlil arabası, 10 nəfər eşitmə aparatı, 38 nəfər isə müxtəlif növ əsalarla təmin edilib.
Səyyar xidmət il ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR