22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyi və muxtar respublika Gənc Vətənpərvərlər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində tələbə-gənclərlə görüş keçirilmişdir.
Tədbirdə  çıxış edən Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Canməmməd Canməmmədov bildirmişdir ki, gənc­lərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verməklə onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynamışdır. Vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalıdırlar. Gənc­lərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin yaradılmasının əhəmiyyətindən də danışan Canməmməd Canməmmədov birliyin gələcək fəaliyyət istiqamətlərini gənclərin diqqətinə çatdırmışdır.

Sonra tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Tahir Məmmədli çıxış edərək qarşıda duran planlardan danışmışdır. O, muxtar respublikamızda  gənc­lərin hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətində dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirmişdir. Vurğulanmışdır ki, Gənc Vətənpərvərlər İctimai Birliyinin yaradılması gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Birlik gələcək fəaliyyətində aidiyyəti təşkilatlarla vətənpərvərlik mövzusunda müxtəlif miqyaslı tədbirlər keçirəcək və bu tədbirlərdə gənclərin fəallığına diqqət yetirəcəkdir.
Sonda Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev görüşün əhəmiyyətindən danışmış, tələbə-gənc­lərin təklifləri dinlənilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR